"Breyn Rinq" yarışmasında gözlənilməz nəticə "BDU" "Qarabağ"a yenildi
Digərləri 30 Yan 2023 10:46:00 276 0
Yanvar ayının 29-da İctimai Televiziyanın efirində Azərbaycanın ən böyük və maraqlı intellektual bilik oyunu - "Breyn Rinq"in növbəti verilişi baş tutub.
Bu xəbəri də oxu: AZALda digər uçuşlar təxirə salınıb? AÇIQLAMA
Sayca iyirminci mövsümdür davam edən oyunların on ildir ki dəstəkçiləri - Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Oyunlara dəstək verən isə "Nar" mobil operatorudur. Yüksək peşəkarlıq və tərtibatla təşkil olunan oyunlara tamaşaçı marağı hədsizdir.
İlk yarışmada bir reytinq xalı uğrunda yarışan komandalar "Sumqayıt" və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) komandaları olub. Yüksək liqaya "Sumqayıt" 6-3 hesabı ilə keçməyə müvəffəq olur. Bu yarışmada sualların tərtibi və verilən cavablar xüsusilə maraqlı idi. Qalib komanda rəqib kimi Bakı Dövlət Universitetinin (BDU) komandasını seçir. "BDU" komandası rəqibini yüksək hesabla 5-0 hesabı ilə məğlub edir. Və rəqib kimi "Qarabağ" komandasını seçir.
Beş reytinq xalı uğrunda keçən yarışda gərgin və maraqlı, həyəcanlı anlar yaşanıb. Sevindirici hal həm də ondan ibarətdir ki, uduzan komandalar masadan durarkən üzlərindən hər hansı bir narazılıq hiss olunmur. Yarışmanın nəticələri də gözlənilməz oldu. "BDU" komandası əla oyun nümayiş etdirsə də, sonda "Qarabağ" komandasına məğlub oldu.
Bununla da, "Qarabağ" komandası favoritlər liqasına geri qayıtmağa müvəffəq oldu. Münsiflər də qeyd etdilər ki, "BDU" komandasının həddən artıq həyəcanlı olması onun məğlubiyyətinin əsas səbəbi olub. Qeyd edək ki, "Nar"ın baş sponsorluğu ilə keçirilən yarışlar gəncləri stimullaşdırmağa yönəlib. Bu tip oyunlar gəncləri elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir, maariflənməni təşviq edir.
Sonda vacib bir məsələni də qeyd etmək istərdik. Hörmətli "Breyn-rinq" izləyiciləri. Əgər siz də yarış həyəcanını hiss etmək istəyirsinizsə, onda hər həftənin birinci günü yazımızın sonunda qoyulacaq suala düzgün cavab verin və "Nar"ın xüsusi hədiyyəsini qazanın.
Ötəndəfəki, suala cavab verən izləyicimizin adını elan edirik - Ülkər Nəsibova. Düzgün cavab isə belədir:
"Arşın mal alan"
Növbəti sual isə belədir:
"Səni zəmanə yetirməz dübarə, bir dənəsən" misrasının müəllifi hansı şairimizdir?
Sualın cavabını bu ünvana göndərə bilərsiniz:
[email protected]
Azər Nuriyev Son.az
İrana zərbələr Tehranı Rusiya ilə əməkdaşlıqdan imtinaya məcbur etmə
"Həyatda başımıza gələn hadisələr insanları tanımaq üçündür.
NATO Cənubi Qafqazdakı tərəfdaşları ilə siyasi dialoqu və tərəfdaşlı
Tehran rejiminin beynəlxalq hüquqa zidd olan son hərəkətləri onun Cənubi
Ermənistanda hərbi hissələrin birində hərbçi özünü güllələyib.
Ötən gün Qəbələdə meşədə tapılan insan skeleti ilə bağlı bəzi tə
Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı tör�
ABŞ-ın Hyuston şəhərində Rusiya sülhməramlılarının müvəqqəti nəza
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun
Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılan az�
Ukraynanın "HackYourMom" qrupunun hakerləri İranın ən böyük mob
"Bu yaya toy etmək istəyirik. Məhərrəmlik ayından öncə olacaq. Art�
Yanvarın 29-da Goranboyda yenidoğulmuş uşağın meyiti tapılıb.
"Hər kəsi sən məşhur etmisən. Bütün sənətçilərin hit mahnılar�