Ermənistandan qovulmuş bütün azərbaycanlıların vətənlərinə qayıtmaq hüququ var


Siyasət 30 Yan 2023 09:56:00 322 0

Ermənistandan qovulmuş bütün azərbaycanlıların vətənlərinə qayıtmaq hüququ var

Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Bundan başqa, Konsepsiyada o da bildirilir ki, Qərbi azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan, eləcə də hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir.

Bu barədə Trend-ə müsahibəsində Qərbi Azərbaycan İcmasının Mətbuat Katibi Ülviyyə Zülfiqar bildirib.

O qeyd edib ki, İcma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə, tətbiq olunması mümkün olan bütün beynəlxalq standartlar əsasında, eləcə də Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planını hazırlamağa çalışacaq.

"İndiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların varislərinin öz vətənlərinə qayıtmaq hüququ var. Bu onların haqqıdır. Son 200 ildə başımıza gələn müsibətlərdən dolayı İcma təhlükəsizlik məsələlərində əlbəttə ki, Ermənistan hökumətinə etibar etmirik. Bu təbiidir. Ona görə də Konsepsiyamızda da qeyd olunur ki, müvafiq mandatla beynəlxalq təhlükəsizlik missiyası qayıdış olacaq ərazilərə yerləşdirilməlidir. Həmçinin Missiya bizim - yəni Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır. İcmamız da missiyasın mandatının formalaşdırılması və idarə edilməsi üzrə formatda maraqlı tərəf kimi təmsil olunmalıdır.

Azərbaycanlılara qarşı törədilən bütün hüquq pozuntuları, indiyə qədər yaşadığımız bütün ağrı-acılı hadisələr kimi mülkiyyət hüququnun pozulması və onların nəticələrinin aradan qaldırılmasına görə məsuliyyəti də Ermənistan hökuməti daşıyır. Ermənistan hökuməti bizə məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətimizə vurulan zərərə görə kompensasiya ödəməli, həmçinin azərbaycanlıların mülkiyyət hüquqlarının bərpasından irəli gələn bütün xərcləri ödəməli və digər lazımi tədbirləri görməlidir. Bundan başqa deportasiya edilmiş azərbaycanlılar qayıtdıqdan sonra ilk dövrlərdə humanitar yardıma, sonra uzunmüddətli sosial və iqtisadi inkişaf üçün re-inteqrasiya və reabilitasiya proqramına və yardımlara ehtiyac duyacaqlar. İcma bu sahədə müvafiq proqram həyata keçirmək üçün beynəlxalq qurumlar və donorların əsas tərəf müqabili olmaqda qərarlıdır", - deyə o vurğulayıb.

Ü. Zülfqar həmçinin bildirib ki, bizim missiyamız təkcə qayıdış məsələsi ilə məhdudlaşmır.

"İcma Qərbi Azərbaycanlılar öz vətəninə qayıtdıqdan sonra da təşkilat kimi fəaliyyətini, o cümlədən orada yaşayan azərbaycanlıların maraqları, hüquqları, inkişafı və təhlükəsizliyinin təmin edilməsi üzrə səylərini, bu məqsədlə, Azərbaycan Respublikası, xarici dövlətlər və beynəlxalq təşkilatlar, eləcə də Ermənistan hökuməti ilə və Ermənistan ictimaiyyəti ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirmək niyyətindədir. Bizə - Qərbi Azərbaycanlılara qarşı böyük haqsızlıqlar törədilib, görülməz müsibətlər yaşamışıq. Bu ağrılı keçmişi tarixi yaddaşımızda saxlayacağıq. Bununla bərabər İcmamız qəbul edir ki, sülh və inkişafın təmin edilməsinin yolu barışıqdan keçir. Qərbi azərbaycanlılar onların vətəninə başqa ölkələrdən köçürülən ermənilərlə dinc və yanaşı yaşamağa hazırdır. Eyni zamanda, Ermənistan hökuməti azərbaycanlılara qarşı nifrət və ayrıseçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalıdır", - deyə o əlavə edib.

Hakerlər İranın ən böyük mobil operatorunun məlumat bazasını yaydılar like
  • 30 Yan 09:53  
Dünya Hakerlər İranın ən böyük mobil operatorunun məlumat bazasını yaydılar

Ukraynanın "HackYourMom" qrupunun hakerləri İranın ən böyük mob

arrow Ətraflı
Aparıcı Çinarə nişanlısı ilə TOYLARINDAN DANIŞDILAR like
  • 30 Yan 09:47  
Şou-biznes Aparıcı Çinarə nişanlısı ilə TOYLARINDAN DANIŞDILAR

"Bu yaya toy etmək istəyirik. Məhərrəmlik ayından öncə olacaq. Art�

arrow Ətraflı
Daha bir yenidoğulmuş uşağın meyiti küçədə tapıldı like
  • 30 Yan 09:40  
Digərləri Daha bir yenidoğulmuş uşağın meyiti küçədə tapıldı

Yanvarın 29-da Goranboyda yenidoğulmuş uşağın meyiti tapılıb.

arrow Ətraflı
"Hamını Tunar məşhur edib" like
  • 30 Yan 09:33  
Şou-biznes "Hamını Tunar məşhur edib"

"Hər kəsi sən məşhur etmisən. Bütün sənətçilərin hit mahnılar�

arrow Ətraflı
Aksiyanın 50ci günü like
  • 30 Yan 09:26  
Digərləri Aksiyanın 50ci günü

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

arrow Ətraflı
Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir like
  • 30 Yan 09:21  
Digərləri Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid ol

arrow Ətraflı
19 erməni Laçın yolunu keçərək Ermənistana gedib like
  • 30 Yan 09:15  
Siyasət 19 erməni Laçın yolunu keçərək Ermənistana gedib

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), 19 nəfərin Laçın yolu il�

arrow Ətraflı
Quldur ələ keçdi like
  • 30 Yan 09:11  
Kriminal Quldur ələ keçdi

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməl

arrow Ətraflı
Rusiya bu bölgədə də münaqişəni qızışdırır like
  • 30 Yan 08:59  
Dünya Rusiya bu bölgədə də münaqişəni qızışdırır

Rusiya Balkanlarda, o cümlədən Bolqarıstan və Şimali Makedoniya arasında

arrow Ətraflı
76 avtobus gecikir like
  • 30 Yan 08:54  
Digərləri 76 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Rusiya qalib gələ bilər  Qərb hərəkətə keçdi like
  • 30 Yan 08:49  
Dünya Rusiya qalib gələ bilər Qərb hərəkətə keçdi

Qərbin Ukraynaya hərbi yardımı kəskin şəkildə artırmaq qərarı uzun s�

arrow Ətraflı
Xarkovda partlayışlar baş verdi like
  • 30 Yan 08:42  
Dünya Xarkovda partlayışlar baş verdi

Ukraynanın Xarkov şəhərində partlayışlar qeydə alınıb.

arrow Ətraflı
Paytaxtın bu yollarında sıxlıq var like
  • 30 Yan 08:40  
Digərləri Paytaxtın bu yollarında sıxlıq var

Yollardakı son vəziyyət açıqlanıb.

arrow Ətraflı
"TürkiyəAzərbaycanPakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk" like
  • 30 Yan 08:27  
Siyasət "TürkiyəAzərbaycanPakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk"

Türkiyə-Azərbaycan-Pakistan arasında üçtərəfli əlaqələrə xüsusi ön

arrow Ətraflı
Zelenski: Vəziyyət ağırdır, hər şey edirik ki... like
  • 30 Yan 08:22  
Dünya Zelenski: Vəziyyət ağırdır, hər şey edirik ki...

Ukrayna hər şeyi edir ki, onun təzyiqi Rusiya ordusunun hücum imkanlarından

arrow Ətraflı