"Ermənistan terrorçularını dayandırın!"
Digərləri 30 Yan 2023 10:04:00 301 0
ABŞ-ın Hyuston şəhərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına və Ermənistanın ekoloji terror siyasətinə etiraz əlaməti olaraq dinc aksiya keçirilib.
Bu xəbəri də oxu: Küləyə görə gəmilərə xəbərdarlıq edildi
Bu barədə Son.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Bildirilib ki, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Hyuston şəhər meriyası önündə baş tutan aksiyada Azərbaycan icmasının Texas ştatında yaşayan fəalları iştirak ediblər. Aksiya Laçın-Xankəndi yolunda fasiləsiz aksiya keçirən azərbaycanlı ekofəallara və vətəndaş cəmiyyəti nümayəndələrinə dəstək məqsədilə təşkil olunub.
Aksiya zamanı "Qarabağ Azərbaycandır!", "Erməni terrorizmi", "Ermənistan terrorçularını dayandırın!", "Azərbaycanın təbii sərvətlərinin talanmasına son!", "Erməni ekosidinə son!", "Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!" tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib.
Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin Ermənistan və erməni separatçıları tərəfindən talanmasına göz yummayacağına, Qarabağ iqtisadi rayonunda törədilən ekoloji terrorun artıq qlobal problemə çevrildiyinə diqqət cəlb edilib.
Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlər barədə ətraflı məlumat verilib.
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılan az�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Ukraynanın "HackYourMom" qrupunun hakerləri İranın ən böyük mob
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Bu yaya toy etmək istəyirik. Məhərrəmlik ayından öncə olacaq. Art�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Yanvarın 29-da Goranboyda yenidoğulmuş uşağın meyiti tapılıb.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Hər kəsi sən məşhur etmisən. Bütün sənətçilərin hit mahnılar�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid ol
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), 19 nəfərin Laçın yolu il�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiya Balkanlarda, o cümlədən Bolqarıstan və Şimali Makedoniya arasında
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Qərbin Ukraynaya hərbi yardımı kəskin şəkildə artırmaq qərarı uzun s�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)