Vardanyan bilmədən ermənilərin “aclıq və fəlakət”


Siyasət 07 Yan 2023 23:38:00 272 0

Vardanyan bilmədən ermənilərin “aclıq və fəlakət”

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolundakı etiraz aksiyası bu dəhliz vasitəsilə hərəkət edən nəqliyyat vasitələrininin, o cümlədən Ermənistan ərazisindən yük maşınları ilə Xankəndinə gətirilən ərzaq, dərman və digər məhsulların hərəkətinə heç bir maneə törətmədiyindən bölgəyə zəruri həcmdə ərzaq və digər həyati vacib olan mal və vasitələrin daşınması normal qaydada davam edir.

Faktyoxla.az mövzu ilə bağlı məqalə dərc edib:

Caliber.Az-ın əldə etdiyi məlumata görə, bu aksiyanın keçirildiyi yolun (Laçın-Xankəndi yolu) hər iki istiqaməti üzrə 12 dekabr 2022-ci il tarixindən 5 yanvar 2023-cü il tarixinədək 370 müxtəlif təyinatlı nəqliyyat vasitəsi maneəsiz keçib. Onlardan 330-u Rusiya sülhməramlı kontingentinə aid müxtəlif təyinatlı avtomobillər, 31-i təcili yardım maşını olmaqla Beynəlxalq Qırmızı Xaç Komitəsinə, 3-ü isə yerli erməni sakinlərə məxsus olub.

Qırmızı Xaç Komitəsinə və yerli erməni sakinlərə məxsus avtomobilləri kənara qoyaraq  sülhməramlılara məxsus kortejlə və digər 330 avtomobilin daşıdığı mallar əsasında bölgəyə hansı həcmdə ərzaq aparıldığını müəyyənləşdirməyə çalışaq.

Əvvəlcə, Rusiya sülhməramlılarına məxsus maşınlarla daşınmanın sayı və həcminə diqqət ayıraq.

Dekabrın 12-dən yanvarın 5-dək Rusiya sülhməramlı kontingentinə məxsus 40 ədəd "KAMAZ" və 15 ədəd "URAL" markalı yük maşını ilə yük yerləri tam yüklənmiş şəkildə Xankəndi istiqamətinə ərzaq məhsulları daşınmışdır. Yük avtomobillərinin yoxlanılması zamanı daşınan ərzaqların böyük əksəriyyətinin düyü, ət konservi, makaron, un, kartof, soğan, toyuq əti, tərəvəz, kələm, qənd, qəhvə kimi məhsulların olduğu müəyyən edilib. Məlumdur ki, Rusiya sülhməramlılarının kontingentində olan  yük maşınlarının əksəriyyəti "KAMAZ -5350" markalı yük maşınlarıdır. Onların birinin yükgötürmə qabiliyyəti 8 tona bərabərdir.

Eyni zamanda, sülhməramlıların maşın parkında yer alan "URAL" avtomobillərinin "URAL4320" markalı avtomobillərinin yükgötürmə qabiliyyəti 6 ton təşkil edir.

Beləliklə, Rusiya sülhməramlıları 40 "Kamaz"la (40*8=320) 320 ton, "URAl" maşınları ilə (15*6=90) 90 ton, birlikdə 410 ton yük daşıyıblar.

Ərazidə yerləşən 2000 nəfərlik sülməramlıların şəxsi heyətinin 1 aylıq ərzaq tələbatının cəmi 130 ton təşkil etdiyi bildirilir. 130 tonu şəxsi heyətin sayına böldükdə bir nəfərə gündəlik 2,2 kq ərzaq payı düşdüyü riyazi hesablamalarla alınır. Həmin norma ən maksimal qida normativləri əsasında hesablanmış ərzaq ehtiyatıdır. Yəni, dünyada bir nəfərin istehlak səbətinə daxil olan normadan 2 dəfə çox ərzaq ehtiyatı. Yəni, rəqəmləri nəzərə aldıqda bu qida rasionuna əsas istifadə olunan məhsullardan təxminən 4 ton düyü, 3 ton makaron, 1,5 ton ət konservi, 4 ton qarabaşaq, 1 ton un, 10 ton kələm, 5 ton soğan, 30 ton kartof və s. ərzaq, meyvə-tərəvəz, içkilər daxil olmaqla ən yüksək halda 50 ton edə bilər. Sülhməramlıların isə 55 maşın ərzaq yükünün həcmi 410 ton təşkil edir. Yəni onların normasından 6-7 dəfə çox ərzaq daşınıb. Bu, onu əsaslandırır ki, həmin ərzaq məhsulları Xankəndinə və ətraf zonalara daşınıbdır. Halbuki sülhməramlılar oktyabr və noyabr aylarında bu sayda avtomobillə və bu həcmdə ərzağı Xankəndinə daşımırdılar. Demək, sülhməramlılar öz ehtiyaclarından əlavə son bir ayda ən azı 15-20 min nəfərin də ərzağını gətiriblər. Rəqəmə diqqət edin: cəmi 15-20 min nəfərin.

İndi isə digər 330 müxtəlif təyinatlı avtomobillərin daşınma həcmi əsasında ərzaq ehtiyatını müəyyənləşdirməyə çalışaq. Həmin avtomobillər sərnişin maşını olsa belə yük baqajı, üst baqaj və arxa oturacaqda ən azı 700 kq yük götürmək qabiliyyətinə malikdir. Hətta onların sırasında "Ford", "Qazel" və s. iri avtomobilləri nəzərə aldıqda bir maşının orta yük daşıma həcmi 1500  kq (1,5 ton) edir. Biz, ən aşağı rəqəmi götürək, 330 avtomobilin təxmini 200 ədədinin daşıya bildiyi 700 kq yükü və qalan 130 maşının daşıdığı 1500 kq yükü. Birlikdə orta rəqəm (200*700 kq = 140 ton +130*1500 kq=195 ton) 335 tona bərabər olur. 230 ton ərzaq bir ayda ən azı 15 min nəfərin normal qida ehtiyatı deməkdir.

Beləliklə, Rusiya sülhməramlılarının 55 maşın gətirdiyi 410 ton və digər 330 maşınla daşınan ərzağın birlikdə həcmi 740 ton edir. Həmin ərzağın 50-60 tonunu sülhməramlıların tələbatı üçün çıxdıqdan sonra yerdə qalan 680 tondan çox ərzaq məhsulları Xankəndi və ətrafdakı ermənilərin ən azı 20 gün ehtiyaclarını ödəyə bilir. Bir daha təkrar edirik, bu rəqəmlər 15-20 min insan üçün nəzərdə tutulur.  

Digər faktlara da nəzər salaq.

R.Vardanyan erməni mediasına açıqlamasında bildirib ki, Xankəndindəki xəstələr Qırmızı Xaç Komitəsinin köməyi ilə normal qaydada Ermənistana aparılır, eyni zamanda, Rusiya sülhməramlılarından da ərzaq alınır. Sitat: "Bir az taxılımız, ətimiz və bir az südümüz var. Başqa şeylər artıq yoxdur".

Bundan başqa, Ağdərə rayonunun Şen icmasının rəhbəri David Ananyan da bir müddət əvvəl bildirmişdi ki, meyvə yoxdur, ancaq kartof problemimiz də yoxdur.

Xocalının erməni icmasının rəhbəri Boris Qəhrəmanyan isə Ermənistan mediasına açıqlamasında deyib ki, mağazalarda piştaxtalar yarıboş vəziyyətdə olsa da çörək qıtlığı yoxdur.

Yuxarıdakı 3 açıqlama əsasında tam belə bir qənaət yaranır ki, bölgədə taxıl, çörək, kartof, ət və süd ehtiyatları var. Son bir ayda daşınmış 680 ton ərzaq mallarını da bura əlavə etsək ümumilikdə toplanmış böyük bir ərzaq deposu yaranmış olur. Bütün bu hallar ermənilərin aclıqla üzləşməsi barədə iddiaları yalanlayır.

Beləliklə, Xankəndinə və ermənilərin məskunlaşdığı digər yaşayış bölgələrdə ərzaq, dava-dərman və s. malların təminatında heç bir problem yoxdur.

Ermənilərin və "liderləri" Vardanyanın "iyirmi dörd gündür ki, blokadadayıq", "ərzaq ehtiyatları tükənib", "aclıq hökm sürür"  kimi fikirləri yalandır və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün növbəti şou nümunəsidir.

Ən vacibi isə Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin sayı haqda növbəti təkzib faktının aşkarlanmasıdır. Diqqət yetirdinizsə sülhməramlıların daşıdıqları ərzaq ehtiyatı yalnız 15-20 min üçün nəzərdə tutulub, 120 min deyil. Yəni, ermənilərin "120 min insan blokadadır" yalanı növbəti dəfə özləri tərəfindən təkzib olundu.

Yumurta sarısı kimlərə ziyandır? like
  • 07 Yan 23:35  
Digərləri Yumurta sarısı kimlərə ziyandır?

Yeni elmi araşdırmalara görə, diabet, yüksək təzyiq, yüksək xolesterini

arrow Ətraflı
Yağlı saçlara qulluq edilməsi like
  • 07 Yan 23:30  
Digərləri Yağlı saçlara qulluq edilməsi

Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağl

arrow Ətraflı
Türk alimlər xərçəngin yeni müalicəsini tapdı like
  • 07 Yan 23:25  
Digərləri Türk alimlər xərçəngin yeni müalicəsini tapdı

Türkiyənin 5 universitetinin həkim və mühəndisləri xərçəng xəstələr

arrow Ətraflı
Zəhranın sözlərində dua like
  • 07 Yan 23:20  
Digərləri Zəhranın sözlərində dua

Mərhum Seyyid Möhsün Əmin "Əyanuş-şiə" adlı çox qiymətli ki

arrow Ətraflı
Uşaq nə qədər yatmalıdır? like
  • 07 Yan 23:15  
Digərləri Uşaq nə qədər yatmalıdır?

Bu sual bütün anaları çox maraqlandırır və narahat edir. Böyüklərdəki

arrow Ətraflı
Nehrəmdə gəncin öldürülməsinin like
  • 07 Yan 23:14  
Digərləri Nehrəmdə gəncin öldürülməsinin

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dü

arrow Ətraflı
Nikah təzələməyin dindəki yeri nədir? like
  • 07 Yan 23:10  
Digərləri Nikah təzələməyin dindəki yeri nədir?

Nikahın köhnəsi, təzəsi olmaz. Əgər ər arvad bir birindən boşanmışsa

arrow Ətraflı
Müğənni Afaq Aslan sinəsini açıb paylaşım etdi – like
  • 07 Yan 23:07  
Şou-biznes Müğənni Afaq Aslan sinəsini açıb paylaşım etdi –

Müğənni Afaq Aslan böyük səs-küy yaradacaq şəkillərini sosial şəbək

arrow Ətraflı
Gecəni birlikdə keçirdiyi gəncin kim olduğunu biləndə heyrətə gəldi like
  • 07 Yan 23:06  
Digərləri Gecəni birlikdə keçirdiyi gəncin kim olduğunu biləndə heyrətə gəldi

ABŞ-ın Karolina ştatında yaşayan 33 yaşlı keçmiş müəllimə və hazır

arrow Ətraflı
Həqiqətən acmışıq, yoxsa can sıxıntısından yeyirik? like
  • 07 Yan 23:05  
Digərləri Həqiqətən acmışıq, yoxsa can sıxıntısından yeyirik?

Özünü təcrid etmək bu çətin dövrdə ən düzgün qərardır, amma bunun

arrow Ətraflı
Artıq çəki təhlükəlidir like
  • 07 Yan 23:01  
Digərləri Artıq çəki təhlükəlidir

Oksford Universitetinin alimləri qadınlarda süd vəziləri xərçənginin əm

arrow Ətraflı
Ölmüş insanların yasını doğru aparmaq barədə dinimiz nə buyurur? like
  • 07 Yan 22:55  
Digərləri Ölmüş insanların yasını doğru aparmaq barədə dinimiz nə buyurur?

Ölən biri yaxınları üçün böyük bir acı buraxır və bu acının keçm�

arrow Ətraflı
Ər öz arvadını şahidsiz olaraq boşaya bilərmi? like
  • 07 Yan 22:50  
Digərləri Ər öz arvadını şahidsiz olaraq boşaya bilərmi?

Uca Allah, Talaq surəsinin ilk ayələrində boşanma barədə məlumat verir.

arrow Ətraflı
Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə like
  • 07 Yan 22:49  
Digərləri Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə

Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazil�

arrow Ətraflı
Zelenski Rusiyanın bir sıra məşhurlarına qarşı like
  • 07 Yan 22:47  
Siyasət Zelenski Rusiyanın bir sıra məşhurlarına qarşı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın məşhur mədəniyyət xadimlə

arrow Ətraflı