Zəhranın sözlərində dua
Digərləri 07 Yan 2023 23:20:00 460 0
Mərhum Seyyid Möhsün Əmin "Əyanuş-şiə" adlı çox qiymətli kitabında o böyük fəzilət sahibi kamil xanımın bir nitqində buyurduğu ən ali bir duanı vermişdir. Müəllifin "Məhüüd-dəvat" adlı bir kitabdan rəvayət etdiyi həmin dua belədir:
Bu xəbəri də oxu: Qışda əllərin dərisini qorumaq üçün
"Ya Rəbb, mənə verdiyin ruzi ilə məni qane et!" "Ya Rəbb, mənim iffətimi (həya və namusumu) qoru və mənə sağlamlıq nəsib et!" "Ya Rəbb, ölərkən məni Öz xüsusi rəhmət və mərhəmətinə qovuşdur!" "Ya Rəbb, məni nəsibim etmədiyin bir şeyi arayıb-axtarmaq yolunda təlaşa və əziyyətə salma!" "Ya Rəbb, mənə ata-anamı və üstümdə haqqı olan kəsləri çox görmə!" "Ya Rəbb, mənə - tövbə (yolunda) və Sənə qayıtma yolunda olan bəndənə əzab vermə!" "Ya Rəbb, nəfsimi öz içimdə öldür, öz böyüklüyünü daha da əzəmətli et. Ey bağışlayanların bağışlayanı, Səni sevindirən amillərə itaətimdə mənə ilham ver, qəzəb və narazılığına səbəb olan işlərdən məni çəkindir!"
Paxıllıqdan çəkinmə
Səxavət və kərəm sahiblərinin başçısı, fədakar oğul, peyğəmbərlik, vilayət və imamlıq məktəbinin yetirməsi, mübarək Siddiqənin pak ətəyində böyüyüb tərbiyə almış imam Hüseyn (ə) anası Zəhradan (ə) belə bir rəvayəti nağıl edir: Allahın Rəsulu (s) bir dəfə öz əziz qızına müraciətlə buyurmuşdu: "Olmaya-olmaya, qəlbində paxıllığa yol verəsən. Paxıllıq elə bir bəladır ki, kərəm və mərhəmət sahiblərində əsla tapılmaz. Paxıllıq elə bir ağacdır ki, kökləri oddan (cəhənnəmdən) yaranır, budaqları isə (bu) dünyadadır. Onun hər hansı bir budağından asılan kəsi odla öldürür."
Nur duası
Bu duanı Salman Farsi böyük İslam xanımı Fatimədən (ə) nağıl etmişdir. Mərhum Məclisinin yazdığına görə, o həzrət Məkkədə və Mədinədə çoxlu xəstələri bu pak və bərəkətli duanın müqəddəs təsiri ilə sağaltmışdır. Duanın mətni belədir: "Bismillahir-rəhmanir-rəhim. Bismillahin-nur. Bismillahi nurun əla nur. Bismillahil-ləzi huvə müdəbbül-umur. Bismillahil-ləzi xələqən-nurə minən-nur. Əlhəmdulillahil-ləzi xələqən nurə minən-nur və ənzələn-nurə əla tur fi kitabin məstur fi ruqqin-mənşur bi qədəri-məqdur əla nəbiyyin məhbur. Əlhəmdulillahil-ləzi huvə bil-izzi məşhur və ələs-sərrai vəz-zərrai məşkur və səlləlahu ələs-seyyidun-Muhəmməd və Alihit-tahirin."
Bu sual bütün anaları çox maraqlandırır və narahat edir. Böyüklərdəki
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dü
Nikahın köhnəsi, təzəsi olmaz. Əgər ər arvad bir birindən boşanmışsa
Müğənni Afaq Aslan böyük səs-küy yaradacaq şəkillərini sosial şəbək
ABŞ-ın Karolina ştatında yaşayan 33 yaşlı keçmiş müəllimə və hazır
Özünü təcrid etmək bu çətin dövrdə ən düzgün qərardır, amma bunun
Oksford Universitetinin alimləri qadınlarda süd vəziləri xərçənginin əm
Ölən biri yaxınları üçün böyük bir acı buraxır və bu acının keçm�
Uca Allah, Talaq surəsinin ilk ayələrində boşanma barədə məlumat verir.
Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazil�
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın məşhur mədəniyyət xadimlə
Əvvəlki vaxtlara nisbətən, hazırda normal saç tipinə daha az hallarda tə
Ermənistanın Gegarkunik vilayətində baş verən ağır yol qəzasında altı
Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xid