Əsəddən İrana qarşı növbəti həmlə: Türkiyə ilə
Siyasət 03 Yan 2023 20:43:00 367 0
11 ildən sonra ilk dəfə Türkiyə ilə təmas quran Suriya hökumətin orduda yüksək səviyyəli dəyişikliklər edib.
Bu xəbəri də oxu: Ermənistan bu ərazini itirir Qərbin Paşinyandan istədiyi də budur
Son.az teleqraf.com-a istinadən bildirir ki, İranın blokadası altında olan və çevrilişdən qorxan Əsəd orduda əsaslı dəyişikliklərə gedib.
Bildirilib ki, son 1,5 ayda iki sui-qəsd cəhdindən sağ çıxan Əsəd İran mühasirəsini qırmaq və daxili tarazlığı bərpa etmək üçün Türkiyədən müəyyən təminatlar istəyib.
Əsəd Suriya ordusu komandanlığı, kəşfiyyat və polis bölmələrində kritik təyinatlar edib. Suriyalı polkovnik Yusuf Hamud yeni il öncəsi təhlükəsizlik bölmələrində edilən köklü dəyişikliklə bağlı Dəməşqdə çevriliş qorxusunun gündən-günə artdığını, İran-Rusiya qarşıdurmasının daha çox ordu eşelonunda əks olunduğunu bildirib: "İran həm mərkəzi qərargah, həm də sahədəki hərbi ünsürlər üzərində hökmranlığını böyük ölçüdə itirib. Bunun narahatlığı açıq-aşkar görünür. Şiə milislərinin ordu üzərində təqibləri bütün cəbhə boyu artıb. Bu nöqtədə Rusiyanın təsiri həlledicidir".
Qeyd edək ki, Əsəd ordusunda aşağıdakı dəyişiklikləri edib:
General-mayor Süheyl Abbas Ümumi Əməliyyat Mərkəzi Komandanlığı,
General-mayor Mühəndis Qassan Əli Ərəfat 6-cı Diviziya Komandanlığı,
General-mayor Məhəmməd İbrahim İsa 10-cu Diviziya Komandanlığına,
Briqada generalı Samir Əli Məhəmməd 4-cü Diviziya/38-ci Briqada Komandanlığı,
General-mayor Muhammed Khalif Muhammed 1-ci Korpus Komandanlığı,
General-mayor Mahmud Subh 8-ci Diviziya Komandanlığı,
General-mayor Nezzar Kamil Yunus 30-cu Diviziya Komandanlığına,
General-mayor Hüseyn İsmail Cedavi 9-cu Diviziya Komandiri təyin edildi.
Qeyd edək ki, Moskva zirvəsindən dərhal sonra komandanlıq səviyyəsində dəyişiklik İran təhdidi ilə yanaşı, qarşıdakı dövrdə Türkiyə Silahlı Qüvvələri ilə Suriya ordusu arasında əməkdaşlığa doğru bir addım kimi qiymətləndirilib.
Ölkə ərazisində qış fəslinə uyğun olmayan isti hava şəraiti müşahid
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Evinə qonaq gələ
Naxçıvanın Şərur rayonu Kosacan kənd məktəbinin direktoru Təhminə Şə
Ambliopiya - gözdən birinin tam və ya 90% görmə qabiliyyətini itirməsi il
Yadda saxlamaq lazımdır ki, ağrının olması heç də hər zaman pis əlamə
Orta əsrlərdə hələ anbiotik olmayan dövrdə Avropada epidemiya vaxtı bu r
İslam dinində başqalarına edilən hər hansı bir yaxşılığa ehsan deyili
Bristol universitetinin tədqiqatçıları təsdiq edirlər ki, erkən yaşlı u
2022-ci il Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar il oldu.
Allah-taala Qurani-kərimdə insanın həris və eyni zmanda ona edilən bəzi p
Slovakiyanın qərbindəki Nitra şəhərində 1995-ci ildə inkassatoru qarət
Ukraynanın Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Riş
Masallıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi