Allah yolunda ehsan edən namaz qılanlar


Digərləri 03 Yan 2023 20:20:00 353 0

Allah yolunda ehsan edən namaz qılanlar

İslam dinində başqalarına edilən hər hansı bir yaxşılığa ehsan deyilir. Bu gözəl əməl həm Qurani-kərimin, həm də məsumların (ə) buyuruqlarında təqdir edilmişdir. Belə ki, Allah könül xoşluğu ilə digərlərinə borc verənlərə çox böyük mükafat verəcəyini bildirir:

يُضَاعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ إِنَّ الْمُصَّدِّقِينَ وَالْمُصَّدِّقَاتِ وَأَقْرَضُوا اللَّهَ قَرْضًا حَسَنًا "Şübhəsiz ki, sədəqə verən kişi və qadınların, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlərin (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!"(Hədid", 18.) Ədalət sahibi olan Allah şübhəsiz ki, hər bir yaxşılığı yaxşılıqla cavablandırandır. "Ər-Rəhman" surəsində isə bu haqda oxuyururq: هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ "Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!"("Ərrəhman", 60.) Həmçinin, ehsan etməyin dəyər və mahiyyəti haqqında isə İslam peyğəmbəri (s) buyurur: "Qohumlarının yanına canı və malı ilə yaxşılıq etmək üçün gedənlərə yüz şəhid məqamı və hər qədəminə isə qırx savab verilir"("Biharul-ənvar", c. 74, səh. 89.) Qurani-kərimdə yaxşı işlər görən şəxslərin ən üstün cəhətlərindən biri də onların namaz qılmalarıdır. Loğman surəsində oxuyuruq: وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ الَّذِينَ يُقِيمُونَ الصَّلوةَ وَيُؤْتُونَ الزَّكَوةَ .هُدًى وَرَحْمَةً لِّلْمُحْسِنِينَ "(O Qur'an) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir. O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar"("loğman", 3-4.). Digər əməllərinin, ehsanlarının qəbul edilməsini istəyən şəxslər namaza böyük əhəmiyət verməlidirlər. Bu haqda İmam Baqir (ə) buyurur: "اول ما يحاسب به العبد الصلاه فان قبلت قبل ما سواها" "Qiyamət günü bəndədən ilk soruşulan əməl namazdır, əgər namaz qəbul olunubsa, sair əməllər də qəbul olunacaqdır. Əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir"("Bihar əl-ənvar", c. 7, səh. 267.). Namaz təvazökarlıq nişanəsidir Əsl bəndəlik təzahürü təvazökarlıqdır. Təvazökarlıq özünü digərlərindən üstün tutmamaq, onlara ehtiram etmək və təkəbbür kimi rəzil əxlaqi keyfiyyətlərdən uzaq olmaqdır. Həzrət Əli (ə) təvazökar olmağı ən böyük ibadət hesab edərək buyurur: " عليك با لتواضع فانه من اعظم العباده " "Sizi təvazökar olmağa dəvət edirərm. Çünki, təvazö ən böyük ibadətdir"("Kafi", c. 2, səh. 123.). Ən böyük təvazökarlıq isə Allah qarşısında edilməlidir. O Allah ki, bəndənin hər bir şeyi onun tərəfindəndir. Bəndənin Allah qarşısında itaətsizlik göstərib, əmrlərinə etinasız yanaşması isə təvazökarlığın əksidir. Təvazökar olmağın ilk nişanələrindən biri də Namaz qılmaqdır. Qurani-kərimdə bu əxlaqi sərvətin əlamətləri belə xatırlanır: الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَى مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلوةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ "Onlar o kəslərdirlər ki, Allahın adı çəkiləndə qəlbləri (qorxudan) titrəyir, hər bir müsibətə səbr edirlər, namaz qılırlar və onlara verdiyimiz ruzidən ehsan edirlər"("Həcc", 35.). "Fiqh ər-Rza" kitabından nəql edilir ki, namazı yuxulu, tənbəl, tələsik halında yox, mətinlik və vüqarla qılmaq lazımdır. Namazda xüşu və təvazö halında ol. Namazda həmişə ümid və qorxu arasında qal. Allahın hüzurunda elə namaz qıl ki, sanki, günahkar bir şəxs tövbə edib bağışlanmasını diləyir. Sağa-sola boylanma. Elə təsəvvür et ki, sən Allahı görürsən, ən azı sən Onu görməsən də O, səni görürr("Adabe-səlat", səh. 151.). Səid ibn Cübeyr deyir: "Qırx il namaz qıldım, lakin namaz halında sağ və solumda dayananları tanımadım. Çünki, İbn Abbasın belə buyurduğunu eşitmişdim: "Namaz halında təbazö etmək odur ki, namaz qılan şəxs sağ-solunda dayananları tanımasın (diqqəti yalnız namazda olsun)("Əsrare-səlat və muhemmatuha", səh. 156.). İmam Sadiq (ə) قوموا الله قانتين (Allaha itaət halında namaz qılın) ayəsinin təfsir edərəkən buyurur: "Yəni təvazökarlıqla namaz qılın"("Təfsiri-nümunə", c. 2, səh. 148.).

Şirin və yağlı qida intelekt səviyyəni aşağı salır like
  • 03 Yan 20:15  
Digərləri Şirin və yağlı qida intelekt səviyyəni aşağı salır

Bristol universitetinin tədqiqatçıları təsdiq edirlər ki, erkən yaşlı u

arrow Ətraflı
"İsraillə Azərbaycan arasında sıx dostluq..." like
  • 03 Yan 20:11  
Siyasət "İsraillə Azərbaycan arasında sıx dostluq..."

2022-ci il Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar il oldu.

arrow Ətraflı
Bakıda evdə yanğın like
  • 03 Yan 20:11  
Digərləri Bakıda evdə yanğın

Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.

arrow Ətraflı
Gözəl əxlaq sahibləri həmişə namaz qılırlar like
  • 03 Yan 20:10  
Digərləri Gözəl əxlaq sahibləri həmişə namaz qılırlar

Allah-taala Qurani-kərimdə insanın həris və eyni zmanda ona edilən bəzi p

arrow Ətraflı
27 il əvvəl inkassatoru qarət edən şəxs like
  • 03 Yan 20:09  
Dünya 27 il əvvəl inkassatoru qarət edən şəxs

Slovakiyanın qərbindəki Nitra şəhərində 1995-ci ildə inkassatoru qarət

arrow Ətraflı
Zelenski Sunakla danışıqlar apardı like
  • 03 Yan 20:07  
Siyasət Zelenski Sunakla danışıqlar apardı

Ukraynanın Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Riş

arrow Ətraflı
Masallıda ev yandı, 1 nəfər like
  • 03 Yan 20:06  
Digərləri Masallıda ev yandı, 1 nəfər

Masallıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi

arrow Ətraflı
Sosisi niyə qaynatmaq olmaz like
  • 03 Yan 20:05  
Digərləri Sosisi niyə qaynatmaq olmaz

Əslində sosisləri qaynatmaq olmaz.

arrow Ətraflı
Lavrov israilli həmkarı ilə like
  • 03 Yan 20:02  
Siyasət Lavrov israilli həmkarı ilə

İsrailin xarici işlər naziri Eli Koen rusiyalı həmkarı Sergey Lavrovla tel

arrow Ətraflı
Saçların süni uzadılması nə dərəcədə ziyansızdır? like
  • 03 Yan 20:01  
Digərləri Saçların süni uzadılması nə dərəcədə ziyansızdır?

Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir. Hal-hazırda b

arrow Ətraflı
Hansı məstlik halı bundan üstün ola bilər? like
  • 03 Yan 19:55  
Digərləri Hansı məstlik halı bundan üstün ola bilər?

Musiqi təsirinə düşən şəxsin sinir sistemi deaktivləşir və yalnız əy

arrow Ətraflı
Möminlərin davranışları və öhdələrinə düşən vəzifələr haqqında like
  • 03 Yan 19:50  
Digərləri Möminlərin davranışları və öhdələrinə düşən vəzifələr haqqında

Məla ibni Xənis adlı bir şəxs imam Sadiq (ə)-dan soruşur: Möminlərin bi

arrow Ətraflı
Miqren hamiləlik üçün təhlükəlidir like
  • 03 Yan 19:45  
Digərləri Miqren hamiləlik üçün təhlükəlidir

Peru alimlərinin fikrinə görə, güclü baş ağrıların və özbaşına dö

arrow Ətraflı
Özünütərbiyə və təqva like
  • 03 Yan 19:40  
Digərləri Özünütərbiyə və təqva

"Hәr kәs tәzkiyәyi-nәfs еtdi nicаt tаpdı vә hәr kәs küfr vә g

arrow Ətraflı
Bağırsaq xərçəngi yaradan qidalar məlum oldu like
  • 03 Yan 19:35  
Digərləri Bağırsaq xərçəngi yaradan qidalar məlum oldu

Harvard  Sağlamlıq məktəbinin yeni araşdırmasına görə - kolorektal ( y

arrow Ətraflı