Saçların süni uzadılması nə dərəcədə ziyansızdır?
Digərləri 03 Yan 2023 20:01:00 338 0
Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir. Hal-hazırda bu arzunu 2-3 saat ərzində, saçların süni şəkildə uzadılması prosedurası ilə həyata keçirmək olar.
Bu xəbəri də oxu: DİQQƏT! Bakının bu yolları "keçilməz" oldu
Bu proseduranın yerinə yetirilməsinə qərar verməmişdən əvvəl yaxşı-yaxşı fikirləşmək və mütləq həkimlə də məsləhətləşmək lazımdır. Çünki saçların tökülməsi, saçların və baş dərisinin müxtəlif xəstəlikləri, baş dərisinin yüksək həssaslığı, bir sıra dərmanların qəbul edilməsi (antibiotiklər, kimyəvi və hormonal preparatlar), bəzi xəstəliklər bu proseduranın yerinə yetirilməsinə əks göstəriş hesab olunur. Öz saçlarınız xeyli nazik və zəif olduqda da onların uzadılmasından imtina etmək lazımdır, çünki bu zaman onların daha çox zədələnmə təhlükəsi olur. Saçların uzadılması prosedurasından qabaq maskaların köməkliyi ilə onları yaxşıca qidalandırmaq və möhkəmləndirmək lazımdır. Saçların uzadılmasını mütləq yaxşı salonda və ixtisaslaşmış ustanın yanında etmək lazımdır.
Uzadılan saçlara diqqətlə və ehtiyatla qulluq etmək (bu barədə öz ustanızdan soruşun) lazımdır: xüsusi şampunlarla səliqə ilə yumaq və daramaq, xüsusi balzamlardan istifadə etmək, saçların bir-birinə dolaşmasına imkan verməmək (əks halda, sonradan onları daraya bilməyəcəksiniz) və s. Uzadılan saçlarla saunaya, üzgüçülüyə gedərkən və ya dənizdə çimərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki günəş şüaları, duzlu və xlorlu su, həmçinin hovuzda və ya dənizdə çimmək onları xeyli dərəcədə korlayır və bir-birinə dolaşdırır.
Saçların uzadılmasını isti və ya soyuq üsulla edirlər. Bu zaman 200-dək saç dəstini əlavə etmək olar. Uzadılma üsulundan asılı olaraq uzadılan saçlar 6 ayadək qala bilər.
Saçların isti üsulla uzadılması zamanı artırılan saç dəsti qadının özünün 1 saç dəsti ilə, əridilmiş keratinlə (qətran şəkilli maddə), xüsusi isti kəlbətindən istifadə edilməklə birləşdirilir. Birləşdirilmə yerinə xırda lövhəcik forması verilir ki, o da sonra saçların arasında gizlədilir.
Musiqi təsirinə düşən şəxsin sinir sistemi deaktivləşir və yalnız əy
Məla ibni Xənis adlı bir şəxs imam Sadiq (ə)-dan soruşur: Möminlərin bi
Peru alimlərinin fikrinə görə, güclü baş ağrıların və özbaşına dö
Harvard Sağlamlıq məktəbinin yeni araşdırmasına görə - kolorektal ( y
Avstraliyalı pediatrların rəyinə görə, zorla yedizdirdirilən uşaqlar bö
Hidrogen peroksidlə müalicəyə onlarla film və kitab həsr olunub. Səhiyyə
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nə
Azərbaycanda ətin qiyməti kəskin artıb. Hazırda paytaxt bazarlarında dana
Rəsmi məlumatlara görə, ötən ilin 11 ayında Azərbaycana 1 milyon 458 min
Allah-təala Qurani-Kərimin bir ayəsində buyurur: "O möminlər və xeyi
Güclü ABŞ dolları inkişaf etməkdə olan ölkələr üçün onsuz da qeyri-
Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları instaqram sosi