Dolların məzənnəsi dəyişərsə...
Digərləri 03 Yan 2023 19:18:00 356 0
Güclü ABŞ dolları inkişaf etməkdə olan ölkələr üçün onsuz da qeyri-müəyyən olan proqnozu çətinləşdirsə də, onun son dövrlərdə zəifləməsi ağır zərbələrə məruz qalan borc alan dövlətlərə təzyiqləri bir qədər azalda bilər.
Bu xəbəri də oxu: Honda tam elektrikli modellərinin FOTOlarını paylaşdı
Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Standard&Poors" (S&P) beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
"Hazırda 2023-cü ildə ödəmə müddəti başa çatan inkişaf etməkdə olan ölkələrin korporativ borclarının 80 %-i dollarla ifadə edilir və belə dövlətlərin təxminən, 24 %-i "BB+" və ya daha aşağı reytinqə malikdir. Dolların məzənnəsi möhkəm qalmaqda davam edərsə, bu, kapital axınının və yenidən maliyyələşdirmə riskinin kəskin artmasına səbəb ola bilər", - reytinq agentliyinin hesabatında qeyd edilib.
"S&P"inin ekspertlərinin fikrincə, Avropada dolların möhkəmlənməsi inflyasiya təzyiqlərini artıra bilər. Yəni, daha çox ABŞ dolları ilə alınan bahalı enerji fonunda Avropa ölkələrinin valyutalarının ucuzlaşması inflyasiyanın artırmasına səbəb olur. Üstəlik, bu, Avropa Mərkəzi Bankının qiymətləri sabitləşdirməsini çətinləşdirir.
"Bizim hesablamalarımıza görə, avronun dollara nisbətdə ucuzlaşması avrozonada inflyasiyaya təxminən, yarım faiz bəndi əlavə edib və ev təsərrüfatlarının istehlakını bu səviyyədə azaldıb. Ümumilikdə, ABŞ-da faiz dərəcələrinin yüksəlməsi perspektivi dolları dəstəkləyə və digər mərkəzi bankları daha aqressiv faiz artımlarına müqavimət göstərməyə vadar edə bilər. Eyni zamanda dolların kəskin ucuzlaşması nəticəsində problemlərin yaranması mümkündür. Dolların digər əsas valyutalara nisbətən son zamanlar zəifləməsi bazarda volatilliyi artırmasa da, bu mənada sürətli və ya qeyri-müntəzəm dönüş maliyyə bazarlarında dalğalanmalara səbəb ola və şirkətlər, investorlar üçün problemlər yarada bilər", - hesabatda vurğulanılıb.
Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları instaqram sosi
Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyas�
Krımda Rusiyanın yerüstü, hava və dəniz nüvə silahı daşıyıcıları b
Sosial şəbəkələrdə Xalq artisti Nurəddin Mehdixanlının səsləndirməsi
Qan tərkibində hemoqlobinlər olan oksigenlərlə zəngindir. Oksigen məhz qa
Ukraynanın Xerson vilayətində itkin düşən azərbaycanlı qızlardan biri �
Son.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Kəmalə Rəhimli haqq
Təbrizdə koronavirusun "omikron" ştamının alt ştamı müşahidə
Dünyanın ən uzun daş körpüsünün Türkiyədə olduğunu bilirsinizmi?
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeyd
Türkiyəli sənətçi İbrahim Tatlısəs dünyaca məşhur müğənni Dua Lipa
Günəşli, küləkli havalar, dərinin uzun müddət baxımsız qalması, az s
Rusiya Silahlı Qüvvələrinin son sutka ərzində itkiləri 750 hərbçi, 5 ta
Şabran rayonunda 1992-ci il təvəllüdlü Aydın qısqanclıq zəminində yara
Xəbər verdiyimiz kimi, bu gün Bakı - Astara yolunun Qobustan rayonu ərazisi