Azərbaycanda kişi arvadını hamamda başqası ilə tutdu, qardaşı isə...
Kriminal 03 Yan 2023 17:20:00 403 0
Şabran rayonunda 1992-ci il təvəllüdlü Aydın qısqanclıq zəminində yaranan münaqişə zamanı 23 yaşlı bacısı Nərminəni (adlar şərti verilib - red.) qətlə yetirib.
Bu xəbəri də oxu: Heydər Əliyev Sarayında Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək
Son.az Teleqraf.com-a istinadən bildirir ki, Nərminə ərindən boşandıqdan sonra 2018-ci ildən atası evində yaşamağa başlayıb.
Nərminənin ərindən boşanmasına səbəb mobil telefon vasitəsi ilə başqa kişilərlə ünsiyyətə girməsi olub.
Ata evinə gəldikdən sonra qardaşı Aydın ona bir daha mobil telefondan istifadə etməyi qəti qadağan edib. Qadağanı pozacağı təqdirdə öldürəcəyini deyib.
Aydın 2021-ci il dekabrın 4-də xəbərdarlıqlara baxmayaraq bacısının gizlin istifadə etdiyi mobil telefon vasitəsi ilə başqa kişilərlə yenidən ünsiyyətə girdiyini görüb. O, məsələyə birdəfəlik son qoymaq qərarına gəlib.
Cibinə bıçaq qoyaraq bacısını axtarıb və onun həyərdəki yardımçı tikilidə olduğunu bilib. Qapını açmaq istəyəndə onun bağlı olduğunu görüb, bacısından qapını açmağı tələb edib. Qardaşının niyyətini başa düşən bacı ona dəfələrlə yalvarıb, öldürməməyi, bağışlamağı xahiş edib, Aydın isə buna məhəl qoymayıb. Bacısına çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.
İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. İşə hakim Hafiz Əliyev sədrlik edib.
"Bacımı başqa kişilərlə danışmasını tutub"
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, atası Vəli, anası Səmayə, bacısı Nərminə və Nərminənin oğlu İlqarla birlikdə yaşayır:
"Atamla mal-qara saxlayaraq ailəmizi dolandırırmışıq. Ailədə 4 uşaq olmuşuq, 3 bacım var. Bacılarım Səlimə və Xumar evli olduqları üçün ayrı yaşayırlar. Bacım Nərminə də ailəli olub. Lakin əri ilə münasibətləri pozulduğu üçün 3 ildir bizimlə birlikdə yaşayır. Rəsmi qaydada boşanmayıb.
Nərminənin 2 övladı var, qızı atası ilə Siyəzən rayonunda, oğlu isə bizimlə qalır. Nərminənin əri ilə münasibətinin pisləşməsinə səbəb onu bir neçə dəfə başqa kişilərlə telefonla danışdığını tutması olub. Bu səbəbdən əri Nərminəni 2018-ci ildə Siyəzəndən Şabran rayonundakı yaşdığımız evə gətirib".
"Açıq-saçıq danışıqlarının olduğunu gördüm"
Aydının sözlərinə görə, bacısı Nərminəyə etdiyi əməlin çox pis iş olduğunu bildirib, bundan sonra bir də belə hala yol verəcəyi təqdirdə öldürəcəyi barədə xəbardarlıq edib: "Bacım da bundan sonra başqa kişilərlə danışmayacağına söz verdi. 4 dekabr 2021-ci ildə səhər saat 8 radələrində mal-qaranı örüş yerinə apardım, saat 18 radələrində evə qayıtdım.
Heyvanları yerləşdirdim, çörək yedikdən sonra Nərminənin harada olması ilə maraqlandım. Onu evin hamam otağında tapdım. Məni görən kimi nəyisə gizlətdiyini, yaxasına baxdıqda telefonun olduğunu gördüm. Ona telefondan istifadəni qadağan etmişdim.
Telefonun mesaj bölməsinə baxdıqda "ürəyim" adı altında qeyd eləmiş şəxslə sevgi və açıq-saçıq danışıqları olduğunu gördüm. Mesajları oxuduqdan sonra hədsiz əsəbləşərək onu hamamdan çıxardım. Şillə-yumruqla üz nahiyələrinə vurdum. Ona özünü öldürməyini, bunu etməsə özüm onu öldürəcəyini bildirdim.
O, qaçaraq atamın ətəyindən yapışdı, ağlaya-ağlaya ondan kömək istədi".
"Qapı arxasından bir daha yalvardı"
Təqsirləndirilən şəxs deyib ki, təxminən saat 21 radələrində Nərminə yaşadıqları evin həyətyanı sahəsində anbar kimi istifadə edilən tikilinin içərisinə girib, qapını bağlayıb: "Qapının arxasından yalvararaq onu bağışlamağımı, bir daha belə bir şey etməyəcəyini dedi. Qapını cəftəsindən çıxartdım. Bu zaman Nərminə ikilinin içərisindən çıxaraq evə doğru qaçmaq istədi.
Tikilinin qarşısında cibimdən bıçağı çıxardım və Nərminənin qarın, bel və baş nahiyəsinə çoxsaylı zərbələr endirdim. Tikilinin qarşında qan içərisində yerdə uzanılı vəziyyətdə qaldı. Həyətdə heç kəs yox idi".
"Meyitin evə gətirdi"
Xəbər verdiyimiz kimi, bu gün Bakı - Astara yolunun Qobustan rayonu ərazisi
Rusiyanın Ukraynaya müharibəsi və Kremlə qarşı tətbiq olunan sanksiyalar
Türkiyənin "Haber Global" kanalında yayımlanan "Sahrap Soysal
Almaniyanın Kənd Təsərrüfatı Naziri Cem Özdemir zibil qablarından yemək
Bəzi qidalar var ki, onlar həm orqanizm, həm də gözəllik üçün önəmlid
Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Nuriyyə Əhmədova haqqında
Qadınların bir çoxunun böyük problemlərindən biri də evdən çıxan zam
"Xəzər axşamı" verilişində kuryoz hadisə baş verib.
Bu eliksir yaşlanmanın qarşısını alır, ürəyin fəaliyyətini yaxşıla�
ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson
Son.az Kulis.az-a istinadən Xalq artisti Muxtar Maniyev haqda 10 maraqlı fakt�
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qa
Amerikalı pop müğənni Britni Spirs əri Sem Asqarı ilə 2022-ci ilin iyunu