İki övladını birdən itirdi, anası onu heç vaxt bağışlamadı, saçlarını kəsdirib torbaya yığdı
Kriminal 03 Yan 2023 16:00:00 483 0
Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Nuriyyə Əhmədova haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Ağstafada ər arvadını qətlə yetirdi
Əsl adı Nuriyyəxanım olan Nuriyyə Əliağa qızı Əhmədova 26 dekabr 1950-ci ildə Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. Atası hərbçi, anası evdar qadın olub.
***
1970-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsinə daxil olub. İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
Ailəsi aktrisa olmasını istəməyib. Anası onu sonadək bu peşəyə görə bağışlamayıb. Nuriyyə xanım bunu lənət hesab edib. Ümumiyyətlə, aktrisanın dəhşətli etiraflarından biri də məhz budur; o sənətə görə lənətləndiyini düşünüb:
"Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, bir saat sonra ağlamışam. Anam aktrisa olmağıma görə məni son nəfəsinə kimi bağışlamadı".
*** "Həm ziyarət, həm ticarət", "Bağ mövsümü", "Yuxu", "Bala başa bəla", "Fransız", "Bəxt üzüyü", "Hər şey yaxşılığa doğru", "Yoxlama", "Sahilsiz gecə", "Yerlə göy arasında", "Milli bomba", "Mozalan" süjetləri...
Kinoda onun istedadını üzə çıxaran Şahmar Ələkbərov olub. "Sahilsiz gecə" filmində erməni fahişəsi Roza rolunu verməklə onun aktyor ampluasının genişliyini sübut edib: "Ürkək utancaq qız idim. O zamanadək ana, bacı rolları oynayırdım. Birdən-birə bu obraz!".
***
Filmoqrafiyasında bu qədər epizodik olsa da, parlaq, yaddaqalan filmləri, obrazları olan aktrisa şübhəsiz xoşbəxtdir. Amma, yəqin ki, kino sənəti tarixində onun qədər faciəli taleyi olan aktrisa yoxdur. Həyatda bədbəxt, sənətdə xoşbəxt qadın. Özü haqqında "mənim həyatım elə ayrı bir filmdir" deyirdi...
Nuriyyə Əhmədova Musiqili Teatrda işlədiyi vaxtda Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla tanış olub ailə qurur. Bu evlilikdən onların 3 övladı dünyaya gəlir: İlahə, Əli və Faiq.
***
Ailəsinin, övladlarının sevincini yaşamaq aktrisaya nəsib olmur. 20 yaşında ikən yenicə ana olmuş qızı gözünün qarşısında kürəkəni tərəfindən qətlə yetirilir. Nuriyyə xanım bundan böyük sarsıntı keçirir. Kinoda dil-dil ötən aktrisa üç gün danışa bilmir. Dili tamam tutulur. Özünə gələndən sonra qızının övladını götürüb saxlamağa qərar verir.
Qadınların bir çoxunun böyük problemlərindən biri də evdən çıxan zam
"Xəzər axşamı" verilişində kuryoz hadisə baş verib.
Bu eliksir yaşlanmanın qarşısını alır, ürəyin fəaliyyətini yaxşıla�
ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson
Son.az Kulis.az-a istinadən Xalq artisti Muxtar Maniyev haqda 10 maraqlı fakt�
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qa
Amerikalı pop müğənni Britni Spirs əri Sem Asqarı ilə 2022-ci ilin iyunu
"TikTok" platformasında təəccübə səbəb olacaq gözəllik sirlə
Əgər Rusiyada səfərbərliyin ikinci dalğası başlasa, yeni çağırışç�
Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, dah
Bir çox insan üçün absurd görünə də, kahinlərin proqnozlarına inananla
Çobanyastığının müalicəvi xüsusiyyətindən əsrlər boyu geniş istifad
Rusiyanın təhdidlərinə baxmayaraq, Qərb Ukraynanın müharibədə tezliklə
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
2023-cü il fevralın 1-dən Xankəndi şəhərinin boşaldılması üçün 50 a