Qonaqların qarşılanması haqqında
Digərləri 03 Yan 2023 20:40:00 413 0
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Evinə qonaq gələn ev sahibi qonağa qulluq etməli və isdədiyi hər bir şeyi yerinə yetirməyə çalışmalıdır. Getdiyi zaman onu qapıya qədər ötürməli və bir daha gəlməyi təklif etməlidir."
Bu xəbəri də oxu: Viruslardan necə qorunaq?
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Evinizə mömin qardaşlarınız gəldikləri zaman onlara mütəkkə, yemək və paltar verin. Allah-təala mömin qardaşlarına qayğı göstərən kəslərə axirətdə bol-bol nemətlər əta edər. Onlar məhşərə daxil olduqdan sonra cənnət və cəhənnəm əhlinə nəzər salıb heyran qalarlar. Və qarşılarındakı ləziz yeməkləri yeməyə çətinlik çəkərlər. Ərşin altından onlar belə bir səs eşidərlər: "Allah cəhənnəm əhlinə cənnət əhlinin yeməklərini haram etmişdir." Onlar bunu eşitdikdən sonra təqdim olunan yeməklərdən yeyib Allahın birliyinə şükr və səna edərlər."
Rəvayətlərdən birində deyilir: Əli (ə)-ın evinə iki nəfər qonaq gəlir. Əli (ə) onlara döşəkcə təklif edir,onlardan biri döşəkcəni alır, digəri isə almaqdan imtina edir. Əli (ə) həmən şəxsə deyir: Qonaq getdiyiniz zaman sizə hörmət məqsədi ilə verilən şeylərdən imtina etməyin. Sonra onlara Peyğəmbər (s)-dan eşitdiyi tövsiyələrdən birini nəql edir. Öz qövmü (el-oba) arasında ehtiram olunan və hörmətlə yanaşılan şəxslərə hörmət edin.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Ağsaqqala xüsusi diqqət yetirin. Din yolunda ömrünü fəda edən ruhanilərə, Quran hafizlərinə və ədalətli rəhbərlərə sevgi və məhəbbət göstərin. Onların salamatlığı üçün Allaha dua edin və bağışlanmalarını istəyin.
İmam Həsən Əsgəri (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Hədiyyə vermək isdədiyiniz şəxslərə qəbul edə bilməyəcəyi şeyləri təklif etməyin və onların sizə hədiyyə etdiyi şeyləri rədd etməyin.
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Dünyada müsəlmanlara xidmət edən əməli-saleh insanlara, cənnətdə xidmət etdiyi müsəlmanların miqdarında cavan kənizlər qulluq edər və onun bütün istəklərini yerinə yetirməyə çalışarlar.
Naxçıvanın Şərur rayonu Kosacan kənd məktəbinin direktoru Təhminə Şə
Ambliopiya - gözdən birinin tam və ya 90% görmə qabiliyyətini itirməsi il
Yadda saxlamaq lazımdır ki, ağrının olması heç də hər zaman pis əlamə
Orta əsrlərdə hələ anbiotik olmayan dövrdə Avropada epidemiya vaxtı bu r
İslam dinində başqalarına edilən hər hansı bir yaxşılığa ehsan deyili
Bristol universitetinin tədqiqatçıları təsdiq edirlər ki, erkən yaşlı u
2022-ci il Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar il oldu.
Allah-taala Qurani-kərimdə insanın həris və eyni zmanda ona edilən bəzi p
Slovakiyanın qərbindəki Nitra şəhərində 1995-ci ildə inkassatoru qarət
Ukraynanın Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Riş
Masallıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi
İsrailin xarici işlər naziri Eli Koen rusiyalı həmkarı Sergey Lavrovla tel
Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir. Hal-hazırda b