“Tənbəl gözdibi”: 6 yaşa kimi diqqətli olun
Digərləri 03 Yan 2023 20:35:00 386 0
Ambliopiya - gözdən birinin tam və ya 90% görmə qabiliyyətini itirməsi ilə nəticələnən göz dibi xəstəliyi olub, kiçik yaşlardan, hətta yeni doğulmuş uşaqlarda başlayır.
Bu xəbəri də oxu: Bu həftə ardıcıl yeddi gün iş olacaq
Son zamanlar Azərbaycanda geniş yayılmış ambliopiya haqqında Bioloji Təbabət klinikasının oftalmoloqu Nuridə Məmmədəliyeva Medicina.az-a ətraflı məlumat verib:
"Anadangəlmə kataraktası olan körpələrdə aydın görmənin qarşısını aldığına görə, gözün biri işlək vəziyyətdə olmur. Gözdibi hüceyrələri işləmədiyinə görə "yatmış" vəziyyətdə olur.
Uşağın gözündə zəiflik varsa, bu zəiflik irəliləyir və vaxtında eynək vasitəsilə korreksiya olunmayıbsa, bu zaman göz yenə də aydın görüntü vermir və gözdibi hüceyrələr yatır. Baş beyinə siqnal ötürülmədiyindən, beyin bu gözü sanki "söndürür". Bu dəyişiklikləri yalnız oftalmoloji müayinədə görmək mümkündür. Çünki ambliopiyanı valideynlər gözə baxaraq bilmir, kosmetik olaraq heç bir fərq yoxdur. Uşaq da danışa bilmədiyindən izah edə bilmir. Hətta böyüdükcə, bir gözü aydın görməsə də, getdikcə zəifləsə də elə biləcək ki, belə də olmalıdır. Tək gözün hesabına uşaq özünü idarə edir. Amma müayinə olunduqda məlum olur ki, digər gözdə 10 faiz də görmə yoxdur.
Yüksək dərəcəli hipermetropiya - uzaqdan görmə sindromu həm çəplik, həm də ambliopiya verir. Ona görə uzaqdan görmə xəstəliyində də müayinə, eynəklə korreksiya vacibdir.
Burda əsas məsuliyyət valideynlərin üzərinə düşür. Xüsusən yarımçıq doğulmuş, bətndaxili qüsurları olan uşaqların gözü mütləq ciddi yoxlanmalıdır. Əslində hər yeni doğulmuş körpənin mütləq göz dibi yoxlanmalıdır.
İnsanın görmə analizatoru 9-11 yaşa kimi tam inkişafını bitirir. Ona görə 9 yaşdan sonra ambliopiyanın müalicəsi mümkün deyil və effektsizdir. Valideynlər uşaqların görmə orqanlarına biganə qalmayaraq, mütləq doğumdan sonra ilk 3-6 ayda uşağın gözlərini yoxlatmalı, sonra ildə bir dəfə oftalmoloqa göstərməlidirlər. Əgər problem çıxırsa, mütləq eynək korreksiyası edib, oftalmoloq nəzarətində olmalıdır.
Çəpgözlüyü olan uşaqlarda da göz alması tam yerində olmadığına görə göz dibinə təsir edib ambliopiya verə bilər. Ona görə çəplik mütləq körpə yaşlarında həll olunmalıdır ki, ağır görmə pozulmasına gətirib çıxarmasın. Hazırda Azərbaycanda körpələr üzərində uğurlu çəpgözlüyün korreksiyası əməliyyatları icra olunur.
Yadda saxlamaq lazımdır ki, ağrının olması heç də hər zaman pis əlamə
Orta əsrlərdə hələ anbiotik olmayan dövrdə Avropada epidemiya vaxtı bu r
İslam dinində başqalarına edilən hər hansı bir yaxşılığa ehsan deyili
Bristol universitetinin tədqiqatçıları təsdiq edirlər ki, erkən yaşlı u
2022-ci il Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar il oldu.
Allah-taala Qurani-kərimdə insanın həris və eyni zmanda ona edilən bəzi p
Slovakiyanın qərbindəki Nitra şəhərində 1995-ci ildə inkassatoru qarət
Ukraynanın Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Riş
Masallıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi
İsrailin xarici işlər naziri Eli Koen rusiyalı həmkarı Sergey Lavrovla tel
Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir. Hal-hazırda b
Musiqi təsirinə düşən şəxsin sinir sistemi deaktivləşir və yalnız əy
Məla ibni Xənis adlı bir şəxs imam Sadiq (ə)-dan soruşur: Möminlərin bi