Can verən insanın ölən zaman gördüyü 5 şey
Digərləri 01 Yan 2023 15:20:00 378 0
Can verən insan ölüm yaxınlaşan ana yaxın dünyada görmədiklərini müşahidə etməyə başlayar. Ona görə də bu zamana müayinə deyirlər. Can verən insanın qeyb gözü açılar və mələkut aləmini sirləri onun üçün aşkar olar.
Bu xəbəri də oxu: Masallıda partlayış xəsarət alan var
Can verən insanın gördüyü 5 şey nədir?
1. Mələklər. "O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) "Salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun" deyərlər". ("Nəhl" 32).
Bu mələklər kimlərdir?
a). Ölüm mələyi. İmam Əli (ə) buyurur: "O zaman ki, ölüm mələyi mənzilə daxil olar, hiss edirsinizmi? O zaman ki, kiminsə ruhunu qəbz etməklə məşğul olar, onu görürsünüzmü?".
"Əgər mələklərin kafirlərin canlarını aldıqları zamanı görsən (belə bir səhnənin şahidi olarsan ki, alovlu qamçı ilə) onların üz və arxalarına vururlar və "dadın yandırıcı əzabı!" (deyirlər)". ("Ənfal" 50).
Xülasə, can verən insanın ilk görəcəyi mələk - ölüm mələyi olar. Ölüm mələyi mömin üçün bir simada, kafir üçün isə başqa simada zahir olar.
b). Əməlləri yazan mələklər. İnsanın ömrü boyu yerinə yetirdiyi yaxşı və pis əməlləri Rəqib və Ətid adlı mələklər qeydə alarlar. Ölən zaman bu əməllər dəftəri həmin şəxsə təqdim olunar. Yəni, can verib ölmək üzrə olan insan artıq bilər ki, yeri haradadı - cənnətdədir, yoxsa cəhənnəmdədir.
c). Ruzi mələyi. Can verən insanın gördüyü mələklərdən biri də ruzi paylayan mələklərdir. İnsan ölən zaman üç mələk onun başı üstünə gələr və deyər: "Birincisi salam verib deyər: "Mən sənin ruzinə məmur idim.
Dünyanın şərq və qərbini axtardım və sənin ruzindən elə bir tikə tapmadım ki, yeməmiş olasan".
Sonra ikinci mələk deyər: "Salam olsun sənə! Mən sənin içdiyin mayelərə, su və onun kimilərə məmur idim.
Dünyanın şərq və qərbini gəzdim, sənə aid olan elə bir su tapmadım ki, ondan içməmiş olasan".
Sonra üçüncü mələk gələr, salamdan sonra deyər: "Mən sənin nəfəslərinə məmur idim. Dünyanın şərqini və qərbini gəzdim, sənin çəkmədiyin nəfəsi tapa bilmədim"".
2. Həzrət Peyğəmbəri (s) və başqa Məsumları (ə) görər. İmam Sadiq (ə) buyurur: "Elə bir insan yoxdur ki, ölümü gəlib çatsın, məgər o halda ki, Peyğəmbər (s) və Məsum İmamların (ə) hamısı onun yanında hazır olarlar. Belə ki, onları görər. Əgər can verən mömindirsə, onları müşahidə edən zaman eşq bəsləyər. Əgər mömin olmazsa, onları müşahidə edən zaman onları düşmən bilər. Onlarla görüşməyə əlaqəsi olmaz".
3. Behişti və cəhənnəmi görər. Həzrət Peyğəmbər (s) buyurur: "Mömin insan dünyada davamlı olaraq öz gələcəyinə və qarşıda onu gözləyənlərə görə nigaran olar və qorxar. Hətta ölən zaman bəzi məsələlər, həmçinin ailəsindən və malından ayrılmaq onun qəmini artırar. Ancaq behişti və nemətlərini görərək təsvirolunmaz rahatlıq əldə edər".
Başqa hədisdə oxuyuruq ki, ölüm mələyi möminin yanına gələndə onu narahat görür və ona deyir: "Bu nə narahatlıqdır ki, malik olmusan? Məgər aqil insan dəyərsiz bir şeyi əldən verməkdən narahat olar? Halbuki onun yerinə dünyanın milyon bərabəri ona təqdim olunar?". Mömin cavabında deyər: "Yox".
Ölüm mələyi deyər: "Başının üstünə nəzər sal".
Can verən insan behiştin dərəcələrini və arzu etdiyindən də yüksək sarayları görər.
Ölüm mələyi deyər: "Bura sənin mənzilindir. Davamlı nemətlər, mal, ailə və qohumlar buradadır. Qohumlarından və ailəndən hər kim saleh olar, burada səninlə olacaqdır. Dünyadakı mal və mülkünün yerinə bunları əldə etməyə razısanmı?".
Deyər: "Allaha and olsun ki, müştaqam və hazıram".
4. Şeytan (lən). İmam Sadiq (ə) buyurur: "Elə bir insan yoxdur ki, ölən zaman şeytan öz məmurlarından birini onun yanında hazır etməsin ki, onu vəsəvəsə etsin, dinində şəkkə salsın və onu küfrə tərəf çəksin. Bu vəsvəsə ruhu bədənindən çıxana qədər davam edər. Əgər can verən həqiqi mömin olarsa, şeytan ona qələbə çala bilməz. Ona görə də sizlərdən hər kim ölən kəsin yanına getsə, ona şəhadətləri təlqin etsin ki, şeytanın əli ona çatmasın".
5. Mal, övladlar və əməllər. Əmirəl-möminin (ə) buyurur: "Həqiqətən də Adəm övladı dünyadakı günlərinin son günündə və axirətin günlərinin ilk günlərində qərar tutanda malı, övladı və əməlləri ona təcəssüm olar.
Malına diqqət edib deyər: "Allaha and olsun ki, mən səni (toplamaqda) həris və simic idim. Səndən mənə nə xeyir vardır?".
Mal deyər: "Kəfənini məndən al".
Sonra övladlarına diqqət edər və deyər: "Allaha and olsun ki, mən sizə qarşı mehriban ata və himayəçi olmuşam. Sizdən mənə nə fayda vardır?".
Övladları deyər: "Biz səni sakin olacağın qəbrə qoyacağıq. Səni orada gizlədəcəyik".
Sonra əməllərinə diqqət edər və deyər: "Allaha and olsun ki, mənim sizə rəğbətim və meylim olmamışdır. Siz mənim üçün ağır və bahalı idiniz. Sizdən mənə nə fayda vardır?".
Deyər: "Biz sənin yoldaşınıq".
Onun yanına xoş ətirli və xoş simalı şəxs gələr və deyər: "Sənə müjdə verirəm, bol nemətli behiştdə rahatlığa, daim həyata, pak və pakizə ruziyə görə".
Can verən soruşar ki, sən kimsən?
Deyər: "Mən sənin saleh əməllərinəm"".
Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının Fələstin əraz
"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri xeyli sayda ukra
İnsanın sağlamlığı bir çox amillərdən asılıdır. Bu amillərdən ən
Türkiyənin ATV telekanalında yayımlanan "Kim milyoner olmak ister"
İmam Sadiq (ə) buyurur: "Ata ilə düşmənçilik etmək zillət və xarl
Xalq artisti Yusif Eyvazov Yeni ili ailəsi ilə birlikdə Avstriyadakı dəbdə
İri, qabarıq xallar onkoloji baxımından çox təhlükəli sayılır. Onları
Türkiyənin yeni "Sipər" raket sistemi ötən günlərdə uğurla s�
ABŞ-da fəaliyyət göstərən "Global Firepower" internet saytında
ABŞ-ın Texas ştatındakı bir məktəbdə bütün şagirdlərin gənc yaşlar
Şaymiyev üçün prezidentlik onun siyasi irsinin simvollarından biri idi, Min
Ermənistan rəhbərliyi 2022-ci ili də sülh boşboğazlığı ilə başa vurd
Bu il yanvarın 1-dən fərdi hesabında pensiya kapitalı olanlara 25 il staj h
Kardioloq Anastasiya Yusupova Yeni il yeyib içməyindən sonra çox insanlarda
İranda etiraz aksiyaları 100 gündən çoxdur ki, davam edir. Repressiv hökum