Türkiyənin yeni silahı tarazlığı dəyişəcək “Artıq “Patriot”a


Siyasət 01 Yan 2023 14:43:00 421 0

Türkiyənin yeni silahı tarazlığı dəyişəcək  “Artıq “Patriot”a

Türkiyənin yeni "Sipər" raket sistemi ötən günlərdə uğurla sınaqdan keçirilib. Raket ilk atışında 100 km-dən çox məsafədə hədəfi vurub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, hərbi-siyasi mütəxəssislər "Sipər"i ABŞ-ın "Patriot", Rusiyanın S-400 kimi müdafiə sistemləri ilə müqayisə edirlər.

İstefada olan general Ərdoğan Karakuş Türkiyənin bu raketlə "Patriot"u "ələ keçirdiyini" deyib:

"Uzunmüddətli səylər nəticəsində bu nöqtəyə çatmağımız Türkiyə üçün çox vacibdir. Bu sistemləri çox qısa müddətdə S-400 raketlərinin olduğu nöqtəyə gətirə bilərik. Artıq "Patriot"lara ehtiyacımız olmaya bilər. Bu texnologiya "Patriot"a bərabərdir".

Sistemin qısa müddətdə kütləvi istehsalının başlayacağını bildirən general bunun qeyri-adi uğur olduğunu söyləyib:

"100 kilometrdən irəli o deməkdir ki, bundan sonra bizi təhdid edənlər düşünməlidir. Əgər bu, Ukraynanın əlində olsaydı, strateji infrastrukturunu hədəfə alan Rusiyanı asanlıqla dayandıra bilərdi. Məsələn, infrastruktur obyektlərinə yönələn raketləri zərərsizləşdirə bilərdi, onda Ukraynada elektrik enerjisi, suyun kəsilməsi, istiliklə bağlı heç bir problem olmayacaqdı. İndi Türkiyəni düşünün, təhlükə qarşısında buna nail oldu. İllərdir bu günü gözləyirdik. Türkiyənin təhlükəsizliyi daha da güclənir".

Təhlükəsizlik siyasəti üzrə mütəxəssis Mete Yarar da o fikirdədir ki, "Siper" heç də dünyanın ən qabaqcıl müdafiə sistemlərindən geri qalmır:

"Altı il ərzində aşağı, orta və yüksək hündürlüklərdə hava hücumundan müdafiə sistemlərində önəmli irəliləyiş əldə etmişik. Radar texnologiyasının ASELSAN tərəfindən qısa müddətdə bu nöqtəyə gətirilməsi iki il ərzində S-400 kimi bir sistemə sahib olacağımızı göstərir".

Yararın fikrincə, hava hücumundan müdafiə sisteminin bütün hissələrinin yerli olması Türkiyənin xarici siyasətdə də gücünü təmin edəcək: "Təhdidi nə qədər uzaq tuta bilməyimiz vacibdir. Təhlükə sizə çatmadan əngəllənməlidir".

"Sipər"i qiymətləndirən isimlərdən biri də terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağardır. Türkiyənin yeni raketini "Patriot"la müqayisə edən Ağar bunun Amerika sisteminin qabaqcıl modellərinə bərabər hava hücumundan müdafiə sistemi olduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyə öz silah sistemləri ilə alçaq, orta və yüksək hündürlükdən gələ biləcək bütün raket və təyyarələrin qarşısını almaq üçün çəkindirici vasitə əldə edib.

Ağar "Sipər"in mənzilinin 100 km-dən çox olmasına diqqət çəkib: "İndi mənzili 100 km-dən çoxdur. Bu o deməkdir ki, radar aşkarlama sistemləri yaxınlaşan döyüş təyyarəsini, raketi və ya PUA-nı bundan çox uzaq məsafədən də görə biləcək".

Dünyanın ən güclü orduları: Ermənistan axırdan üçüncü, like
  • 01 Yan 14:42  
Siyasət Dünyanın ən güclü orduları: Ermənistan axırdan üçüncü,

ABŞ-da fəaliyyət göstərən "Global Firepower" internet saytında

arrow Ətraflı
“Uşaq yaşlı analar” üçün özəl məktəb açıldı... like
  • 01 Yan 14:41  
Dünya “Uşaq yaşlı analar” üçün özəl məktəb açıldı...

ABŞ-ın Texas ştatındakı bir məktəbdə bütün şagirdlərin gənc yaşlar

arrow Ətraflı
Rəisin sirriPutin ona niyə like
  • 01 Yan 14:28  
Siyasət Rəisin sirriPutin ona niyə

Şaymiyev üçün prezidentlik onun siyasi irsinin simvollarından biri idi, Min

arrow Ətraflı
“Bəli”si “xeyr”ə bənzəyən Paşinyan – ermənilər çürük like
  • 01 Yan 14:27  
Siyasət “Bəli”si “xeyr”ə bənzəyən Paşinyan – ermənilər çürük

Ermənistan rəhbərliyi 2022-ci ili də sülh boşboğazlığı ilə başa vurd

arrow Ətraflı
Hesabında pensiya kapitalı olanlara 25 il staj hədiyyə edilməsi like
  • 01 Yan 14:26  
Digərləri Hesabında pensiya kapitalı olanlara 25 il staj hədiyyə edilməsi

Bu il yanvarın 1-dən fərdi hesabında pensiya kapitalı olanlara 25 il staj h

arrow Ətraflı
“Bayram ürəyi” sindromu nədir? like
  • 01 Yan 14:25  
Digərləri “Bayram ürəyi” sindromu nədir?

Kardioloq Anastasiya Yusupova Yeni il yeyib içməyindən sonra çox insanlarda

arrow Ətraflı
"Bu məsələ çözülməsə, İranın "qorxu divarı" işə düşə bilər" like
  • 01 Yan 14:23  
Siyasət "Bu məsələ çözülməsə, İranın "qorxu divarı" işə düşə bilər"

İranda etiraz aksiyaları 100 gündən çoxdur ki, davam edir. Repressiv hökum

arrow Ətraflı
Qəbirdə keçirəcəyimiz ilk gecə üçün lazım olan əməllər like
  • 01 Yan 14:20  
Digərləri Qəbirdə keçirəcəyimiz ilk gecə üçün lazım olan əməllər

Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlar yuxudadırlar, o zaman ki, ö

arrow Ətraflı
Soğansarımsaq qarışığı  soyuqdəymə və qripp sizi qorxutmasın! like
  • 01 Yan 14:15  
Digərləri Soğansarımsaq qarışığı soyuqdəymə və qripp sizi qorxutmasın!

Çoxsaylı elmi araşdırmalar sübut edib ki, soğan və sarımsaq həqiqətən

arrow Ətraflı
Xorvatiya Şengen vizasına qoşulub like
  • 01 Yan 14:13  
Dünya Xorvatiya Şengen vizasına qoşulub

Xorvatiya yanvarın 1-dən Şengen Viza Sazişinin üzvü olub.

arrow Ətraflı
Yəcuc və Məcuc qövmü Quran və hədislərdə like
  • 01 Yan 14:10  
Digərləri Yəcuc və Məcuc qövmü Quran və hədislərdə

Qiyamət mövzusu önəmli və vacib mövzulardan olduğundan Qurani-Kərimdə b

arrow Ətraflı
Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin like
  • 01 Yan 14:05  
Digərləri Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil

arrow Ətraflı
Siqaret çəkən insanla bir evdə yaşayırsınızsa... like
  • 01 Yan 14:01  
Digərləri Siqaret çəkən insanla bir evdə yaşayırsınızsa...

Con Hopkins Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə q�

arrow Ətraflı
Çavuşoğlu bir sıra görüşlər keçirib like
  • 01 Yan 13:51  
Dünya Çavuşoğlu bir sıra görüşlər keçirib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliya, Qvatemala və

arrow Ətraflı
Bakıda ağır qəza like
  • 01 Yan 13:47  
Digərləri Bakıda ağır qəza

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

arrow Ətraflı