Qəbirdə keçirəcəyimiz ilk gecə üçün lazım olan əməllər
Digərləri 01 Yan 2023 14:20:00 393 0
Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlar yuxudadırlar, o zaman ki, ölürlər - ayılırlar".
Bu xəbəri də oxu: Masallıda partlayış xəsarət alan var
Qəbir aləmi - dünyanın son mənzili və axirətin ilk mənzilidir. Heç kim oradan dünyaya qayıtmamışdır. İnsan ölərək, qəbir evinə daxil olar və vəzifəsi sona çatar.
Şəkk və şübhə aradan qalxar. Axirətə iman kamilləşər. Ancaq bu imanın bir faydası olmaz. İman o zaman dəyərlidir ki, qeyb imanı olsun.
O zaman ki, hər şey aşkar olar, İlahi qüdrətə təslim olar, imanın dəyəri olmaz. Saleh əmələ daha bir şey əlavə olmaz. Məgər o halda ki, özü saleh əməl qoyub gedər, ya da qalanları onun arxasınca göndərərlər. Günahlarından heç nə azalmaz.
Məgər o halda ki, saleh əməlləri özündən sonra da qalmış olsun. Ya da onun üçün yerdə qalanlar istiğfar edərlər. Əks halda həsrətdən başqa bir şey qalmaz.
İmam Sadiq (ə) buyurur: "Allahım! Qəbir əzabından, qəbir sıxıntısından Sənə pənah aparıram".
Meyiti qəbrə daxil edən zaman qəbirin ilk gecəsi başlanar. İnsan həqiqətləri qəbul edər və Nəkir və Münkirlə, hesab-kitabla üzləşər. Meyitin keçirtdiyi ən çətin gecədir.
Ondan qaçış yoxdur. Ancaq insan bu şiddətli qorxunu aradan aparmaq üçün Məsumlara (ə) pənah aparıb onları yardıma çağıra bilər.
Qəbirin ilk gecəsi mömin üçün də çətindir. Ancaq İlahi mələklərin və saleh əməllərin yardımı ilə onu bir qədər sakitləşdirər və kafirlərin əzabları ilə müqayisədə asan olar.
Nəkirlə Münkirin sual-cavabı - qəbirin ilk gecəsinin hadisələrindən biridir. Onlardan biri sağdan və o birisi isə soldan qəbrə daxil olar. Ona sual verməyə başlayarlar.
Bu suallar Allaha, Peyğəmbərə (s), İmamlara (ə) aid olar. Peyğəmbər (s) buyurur: "Həqiqətən o zaman ki, bəndə qəbrə daxil olar, iki mələk yanında hazır olar.
Əvvəl ona sual verərlər. (Allahdan, Peyğəmbərdən (s), İmamlardan (ə)). Əgər cavab versə, nicat tapmış olar. Əgər cavab verməsə, əzab verərlər".
İmam Sadiq (ə) buyurur: "Qəbrinə daxil olan zaman iki mələk yanına gələr. Saçlarını torpağa tökər və ayaqları ilə yeri açarlar. Səsləri gör gurultusu kimidir, gözləri işıq kimi göz qamaşdırar.
Ona deyərlər: "Sənin Pərvərdigarın kimdir, dinin nədir, Peyğəmbərin (s) kimdir?" Deyər: Allah - mənim Pərvərdigarım, İslam - dinim, Muhəmməd (s) - mənim peyğəmbərimdir". Ona deyərlər: "Allah səni sevdiyinlə, razı olduğunla sabit və möhkəm etsin"".
Hədislərdən belə görünür ki, meyiti qəbirə qoyandan sonra iki mələk gələr. Göy gurultusu kimi nərildəyərlər. Hər iki gözlərindən atəş çıxar.
Əgər ölən mömin olarsa, ağlı yerində qalar. Onların suallarına cavab verə bilər. Qəbri behişt bağına çevrilər. Əgər kafir və fasiq olarsa, qəbri cəhənnəm çalasına çevrilər.
Bu iki mələyin belə gəlməsi meyiti çox qorxudar. Ona görə də hədislərdə bizə tövsiyə edilir ki, meyiti basdırandan sonra onu tək qoymayaq. Ona təlqin edək və cavab verməsi üçün yardım edək.
Bəzi hədislərdə isə oxuyuruq ki, qəbir sual-cavabı hamıya şamil edilmir. Ancaq o kəslər ki, xalis mömin və ya xalis kafirdilər, onlara edilir. Qalanların hesab-kitabı Qiyamətə qalacaqdır.
Əbu Bəkr Həzrəmi İmam Sadiqdən (ə) nəql edir ki, Həzrətdən (ə) soruşdum: "Qəbirdə kimlərdən sual olunacaqdır? Buyurdu: O kəslərin ki, xalis imanı və ya xalis küfrü vardır".
Bəlkə də ona görədir ki, bəziləri Qiyamət günü hesab-kitab olmadan behiştə və cəhənnəmə daxil olarlar.
Bizim qəbir əzabımızı yüngül edən əməllər:
1. Namaz.
Həzrət Peyğəmbərə (s) namaza görə sual verilir və Həzrət (s) buyurur: "Namaz - dinin vacibatıdır, ölüm mələyinin yanında şəfaətçi, qəbirdə munisidir. Nəkir ilə Münkirin cavabıdır".
2. Gecə namazı.
Həzrət Peyğəmbər (s) buyurur: "Gecə namazı Allahın razılığına və mələklərin dostluğuna səbəb olar. Nəkir ilə Münkirin cavabı və onun qəbirdəki munisidir".
3. Şəban ayının orucu.
"Hər kim Şəban ayının 9 gününü oruc tutarsa, Nəkir ilə Münkir sual zamanı insanla mehriban olar".
4. Həzrət Əli (ə) ilə dostluq.
"Hər kim Əlini (ə) sevər, Allah Nəkir ilə Münkirin qorxusunu ondan uzaq edər. Qəbirini aydın edər, simasını nurani edər".
Çoxsaylı elmi araşdırmalar sübut edib ki, soğan və sarımsaq həqiqətən
Qiyamət mövzusu önəmli və vacib mövzulardan olduğundan Qurani-Kərimdə b
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil
Con Hopkins Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə q�
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliya, Qvatemala və
Tərtər rayonunda 2004-cü il təvəllüdlü Cəlil mübahisə zamanı Əzizi (
Şimali Koreya lideri Kim Çen In taktiki nüvə silahının kütləvi istehsal�
Çəki gündəlik həyatla yanaşı sağlamlığı da ciddi təhlükə altına s
Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 "
Son.az Kulis.az-a istinadən əməkdar artist Zöhrə Abdullayeva haqqında mara
İranın hərbi elitası ölkədə bir neçə aydır davam edən etirazların ya
Müasir zamanda insanları telefonsuz təsəvvür etmək olmur. Hətta artıq u�
Ukraynalılar üçün "qaranlıq, səs-küylü və çətin" ola bilər