Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin
Digərləri 01 Yan 2023 14:05:00 383 0
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil olan Uşaq Nevroloji Xəstəxanası və Uşaq Bərpa Mərkəzi bundan sonra "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərəcək.
Bu xəbəri də oxu: Sənədsiz evləri etibarnamə ilə alanların NƏZƏRİNƏ: Risklər açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov tərəfindən "Bəzi tibb müəssisələrinin ştat və strukturuna əlavə və dəyişikliklərin edilməsi haqqında" əmr imzalanıb. Əmrə əsasən daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin strukturuna daxil edilib.
Məlumat üçün bildirək ki, Uşaq Nevroloji Xəstəxanasında 10 şöbə və 80 nəfər tibb personalı fəaliyyət göstərir. Tibb müəssisəsində sinir sistemi xəstəlikləri və xəsarətləri olan uşaqlar müalicə edilir.
Uşaq Bərpa Mərkəzində isə 5 şöbə və 96 tibb personalı fəaliyyət göstərir. Uşaq Bərpa Mərkəzi ölkədə uşaq reabilitasiyasının və sağlamlıq imkanları məhdud uşaqların inkişafına çalışan tibb müəssisəsidir. Mərkəz uşaqlar arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması, vaxtında müdaxilə olunması, xroniki xəstəliklərin, dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsini təmin edir.
Con Hopkins Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə q�
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliya, Qvatemala və
Tərtər rayonunda 2004-cü il təvəllüdlü Cəlil mübahisə zamanı Əzizi (
Şimali Koreya lideri Kim Çen In taktiki nüvə silahının kütləvi istehsal�
Çəki gündəlik həyatla yanaşı sağlamlığı da ciddi təhlükə altına s
Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 "
Son.az Kulis.az-a istinadən əməkdar artist Zöhrə Abdullayeva haqqında mara
İranın hərbi elitası ölkədə bir neçə aydır davam edən etirazların ya
Müasir zamanda insanları telefonsuz təsəvvür etmək olmur. Hətta artıq u�
Ukraynalılar üçün "qaranlıq, səs-küylü və çətin" ola bilər
Cilddəki ləkələri azaltmağın və dərinin nəfəs alması üçün öncə �
Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk�
Bu gündən "Qida təhlükəsizliyi haqqında" qanun qüvvəyə minib.
Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Adəm Quliyev 1975-ci il