Qida məhsullarına dair yeni tələblər qüvvəyə minib
Digərləri 01 Yan 2023 12:11:00 397 0
Bu gündən "Qida təhlükəsizliyi haqqında" qanun qüvvəyə minib.
Bu xəbəri də oxu: Avtobus və velosiped zolaqları taksi sürücülərinin "gününü qara edib"
Son.az xəbər verir ki, yeni qanuna əsasən, qida məhsullarının, o cümlədən mineral suların üzərində "müalicəvi" sözünün yazılmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq.
Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda, həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək. Qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək.
Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələb olunacaq.
Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən və idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılacaq.
Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara Agentlik tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq.
Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək.
Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Adəm Quliyev 1975-ci il
İsveç bazar günü 6 ay müddətinə Çexiyadan ona keçən Avropa İttifaqı
Azərbaycan Prezidenti Sudan Respublikasının Suveren Keçid Şurasının Sədr
Prezident İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik mə
Qadınların qarderobu müxtəlif geyimlərlə zəngindir. Ancaq onların daha �
Şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq rayonlarda
Xanımların ən çox əziyyət çəkdiyi problemlərdən biri də cilddəki lə
Azərbaycanlılar "Trendyol" elektron ticarət platformasında hər ay
Son.az Kulis.az-a istinadən Xalq artisti, aktrisa Sona Hacıyeva haqqında mara
Meyxanaçı Rəşad Dağlının övladları üçün Yeni il sürprizi edilib.
Tanınmış fransız markası "Maison Margiela" vedrə şəklində ola
Prezident İlham Əliyevin 2022-ci ilin noyabrın 26-da imzaladığı sərəncam
Azərbaycan Dövlət Sərhəd Xidmətinin kollektivi Ümummilli lider Heydər Ə
Fransız-erməni qardaşlığının kökündə konkret nələrin dayandığını
Yağlı dəriyə sahib olanlar sızanaq problemlərindən əziyyət çəkir. Sı