Bir yaşında atasını itirdi, anasıyla eyni gündə səhnəyə çıxdı
Kriminal 01 Yan 2023 11:00:00 463 0
Son.az Kulis.az-a istinadən Xalq artisti, aktrisa Sona Hacıyeva haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Ağstafada ər arvadını qətlə yetirdi
Sona Salman qızı Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə ziyalı ailəsində dünyaya göz açıb. Anası Əzizə Məmmədovanın aktrisa olması, gözəl qarmon ifa etməsi, babası Əbdülbağı Zülalovun xanəndəliyi onda musiqiyə maraq oyadır.
***
Sonanın bir yaşı olanda atası vəfat edir. O, və qardaşı babası Əbdübağı Zülalovun himayəsində qalır. Onlar 1916-cı ildə anası ilə Tiflis şəhərinə köçürlər. Sonra Tiflisdən Türkmənistanın Aşqabad şəhərinə, 1919-cu ildə isə oradan Bakıya gəlirlər. Əvvəl anası, sonra isə Sona şəhərdəki Əli Bayramov klubunda fəaliyyət göstərən dram dərnəyinə üzv olurlar.
Ana ilə övlad eyni vaxtda səhnəyə gəlirlər. Bu barədə Sona Hacıyeva xatirələrində yazır: "Bir gün anam mənə dedi ki, bu axşam tamaşamız var. Gəl, səni də ora aparım. Bir şərtlə ki, sakitcə oturub tamaşa edəcəksən. Mən buna çox sevindim. Yadımdadır ki, klubda bir kişi mənə yaxınlaşıb dedi:
"Qızım, sən bizə lazımsan. Bu gün Çimnaz olacaqsan".
Onun sözlərindən təəccüblənib dedim ki, mənim adım Çimnaz deyil, Sonadır. Özüm də Əzizə xanımın qızıyam".
***
Balaca Sonaya tapşırırlar ki, çıxarsan səhnəyə, suflyorlar nə desə, təkrar edərsən. O, bu sözləri təəccüblə qarşılasa da, anasının səhnədə bülbül kimi ötməsi onu ürəkləndirir. Səhnəyə çıxanda ayaqları əsir, dili tutulur, nə edəcəyini bilmir. Çətinliklə də olsa, suflyordan eşitdiklərini təkrar edir. Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar" tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində ilk addımı olur.
***
Səhnədəki ilk rollarından sonra dövrün görkəmli aktyorlarından Mirzağa Əliyev və Hacıağa Abbasov onu Bakı İşçi Teatrına dəvət edirlər.
Sona Hacıyeva 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrında işə qəbul olunur. Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" əsərində Səlimə obrazını yaradır. Bu onun dram teatrının səhnəsində ilk rolu olur. Mənbələrdə qeyd olunur ki, Sona xanımın oynadığı bu rol teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlir. Aktrisa uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqəti cəlb edən obrazlar yaradır.
***
Meyxanaçı Rəşad Dağlının övladları üçün Yeni il sürprizi edilib.
Tanınmış fransız markası "Maison Margiela" vedrə şəklində ola
Prezident İlham Əliyevin 2022-ci ilin noyabrın 26-da imzaladığı sərəncam
Azərbaycan Dövlət Sərhəd Xidmətinin kollektivi Ümummilli lider Heydər Ə
Fransız-erməni qardaşlığının kökündə konkret nələrin dayandığını
Yağlı dəriyə sahib olanlar sızanaq problemlərindən əziyyət çəkir. Sı
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis
Goranboy rayonunda 1965-ci il təvəllüdlü İlham Haqverdiyev 1970-ci il təv�
Əmək pensiyalarının orta aylıq məbləği 12 faiz artıb.
Hər birimiz ilin istənilən vaxtı gözəl görünmək istəyirik. Amma bu soy
Azərbaycanda 2023-cü ilin ilk körpəsi dünyaya gəlib.
İsti hava, günəş şüaları, dəniz suyu saçların nəm balansını pozur,
Bu gündən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarıl�
Son.az Kulis.az-a istinadən aktrisa Zemfira İsmayılova haqqında on maraqlı
Fibrozlaşan alveolitlər diffuz ağ ciyər fibrozuna qədər proqressivləşən