Ana ola bilmədi, Azərbaycanı həmişəlik tərk etdi,


Kriminal 01 Yan 2023 09:00:00 403 0

Ana ola bilmədi, Azərbaycanı həmişəlik tərk etdi,

Son.az Kulis.az-a istinadən aktrisa Zemfira İsmayılova haqqında on maraqlı faktı təqdim edir.

Səməd Vurğunun "Komsomol poeması" əsasında çəkilmiş "Yeddi oğul istərəm" filmində Gəray bəyin qızı Humayı canlandıran aktrisa Zemfira İsmayılova daha çox bu obrazla tanınıb və sevilib. Zemfira İsmayılovanın həyatı təvəllüd tarixi ilə bağlı heç bir məlumat yoxdur. Lakin deyilənlərə görə, aktrisa Bakıda dünyaya gəlib, burada təhsil alıb.

***

Aktrisanın kinoya ilk gəlişi "Dəli Kür" filmi ilə olub. Zemfira İsmayılova bu filmdə "Pakizə" rolunu canlandırıb. Sonralar "Sevil"də Gülüş, "Ən vacib müsahibə"də neftçi, "Gilas ağacı"nda Sadıqın anası, "Həyat, sən kiminsən?"də Məleykə, "Bizim küçənin oğlanları"nda Gülyaz, "İşgüzar səfər"da Roza kimi müxtəlif səpkili rolları ifa edib.

Zemfira İsmayılova uzun müddət kino sahəsində fəaliyyət göstərsə də, ailə qurduqdan sonra, həyat yoldaşının təkidi ilə sənətdən uzaqlaşıb. Səhnədən uzaqlaşması ilə o, bütün sənət yoldaşlarından, ictimaiyyətdən də uzaqlaşıb. Çünki aktrisanın kinodan sonrakı həyatı haqqında demək olar ki, kimsə hər hansı bilgiyə sahib deyil.

***

"Yeddi oğul istərəm" filmində Humayın sevgilisi olmuş Cəlal obrazının ifaçısı, Azərbaycanın xalq artisti Ənvər Həsənov Zemfira İsmayılova haqqında deyir:

"Mən kinostudiyada çalışanda Zemfira xanım hələ cavan idi, bizdə redaktor işləyirdi. Həmin o illər ərzində Zemfira ilə dostluğumuz yarandı. Bizim dostluğumuza söz ola bilməzdi, hər kəs münasibətimizə pərəstiş edirdi. Onun Musabəyov küçəsində birotaqlı evi var idi. Biz tez-tez həmin evdə yığışıb söhbətləşərdik, filmləri müzakirə edərdik. Zemfiranın ailəsi haqqında isə heç nə bilmirdik, çünki heç özü də bu mövzuda danışmağı sevmirdi. Onu tanıyandan tək görmüşəm, tək də yaşayıb. Amma qonaqpərvərliyinə söz ola bilməzdi. Çayı, kofesi, bir də dadlı tortu süfrədən heç əskik olmazdı. O, hamını özünə yaxın buraxmazdı, amma sevdiyi adamları da həqiqətən sevirdi. Onun pərəstişkarları, arxasıyca gəlib-gedənlər də az deyildi. Çünki çox gözəl xanım idi. İlk dəfə "Yeddi oğul istərəm" filmində tərəf müqabili olduq. Bu filmdən sonra Zemfira xanım kino aləmindən uzaqlaşdı. Film yayımlanandan sonra da 1, ya 2 dəfə görüşə bildik. Bir də xəbər tutdum ki, Moskvaya gedib. Elə ondan sonra da əlaqələrimiz tamamilə kəsildi. Amma o, həmişə mənim ürəyimdədir..."

Kinostudiyada kursun işi dayanandan sonra Zemfira İsmayılova Moskvaya gedib Qorki adına Ədəbiyyat İnstitutunda poliqrafiya üzrə təhsil alır. 20 il orada yaşayır, sonra yenidən Azərbaycana qayıdıb "İşıq" nəşriyyatında işləyir. O dövrün kitablarının bir çoxunun redaktə olunmasında onun böyük olub. Lakin çox təəssüf olsun ki, poliqrafiya sahəsi onu kinodan tamamilə uzaqlaşdırır.

***

Zemfira xanım kitab oxumağı çox sevirmiş. Dostları xatırlayır ki, onun evinin iki otağı kitabla dolu olub. Çoxları onu aktrisalıqdan əlavə həm də jurnalist kimi tanıyır.

Bəzi mənbələrə görə, aktrisanın atasının adı Aleksey olduğu üçün onu başqa millətə aid edirlər. Amma Zemfira əsl azərbaycanlı olub, atasının isə əsl adı Əli idi.

***

Deyilənrə görə, aktrisa heç vaxt hansısa rola iddia irəli sürməyib. Ona hansı filmdə, hansı rol deyilsə, razılaşıb, ifa edib.

***

Xalq artisti, kinorejissor Əbdül Mahmudov da Zemfira İsmayılova ilə yaxın dost olub. O, müsahibəsində xatırlayır:

"Zemfira İsmayılova qısa müddətdə çox sürətlə filmlərə çəkilməyə, uğur qazanmağa başladı. Həqiqətən də o çox şirindilli, istiqanlı qız idi. Zarafatı, deyib-gülməyi də çox sevirdi. Boşuna ona "Güləyən qız" adını qoymamışdıq. Ən adi zarafata belə ürəkdən gülürdü. Bəzən iş rejimi çətin olurdu, yorğun olurduq. Elə olanda Zemfiranı danışdırıb güldürürdük, inanın bütün kollektivin kefini aça bilirdi.

***

Aktrisa kino sahəsində çox az müddət olsa da, çalışdığı müddətdə müxtəlif mükafatlar da alıb. Deyilənlərə görə çox təmizkar, özünə baxımlı və mehriban qadın olub. "Yeddi oğul istərəm" filmindəki Humay obrazı ilə böyük populyarlıq qazansa da, qətiyyən qürrələnmir. Hətta film çəkilişləri zamanı lazım olanda kollektivdə hamıya çay süzüb qulluq da edirmiş.

***

Milyonçu-xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva ilə Zemfira xanım yaxın rəfiqə olublar. Onun sözlərinə görə Zemfira İsmayılova hazırda sağdır. Gözləri tutulan aktrisa anası ilə birgə İsrailə köçüb və orada bacısının yanında yaşayır:

"Hazırda Zemfira İsmayılova İsraildə yaşayır. Onunla çox yaxın rəfiqə olmuşuq. İki ildir ki, onunla əlaqəm yoxdur. Ora gedəndən bir dəfə telefonla danışdıq, amma sonra nə qədər zəng etdimsə, mənə cavab vermədi. Lakin bilirəm ki, sağdır, yaşayır. Orda bacısı və anası ilə qalır, özünün ailəsi yoxdur. Cavan yaşlarında bir dəfə ailə qurdu, o da çox çəkmədi, boşandı. Sonra daha ailə qurmaq istəmədi".

Son.az 

Fibrozlaşan alveolitlər like
  • 01 Yan 08:59  
Digərləri Fibrozlaşan alveolitlər

Fibrozlaşan alveolitlər diffuz ağ ciyər fibrozuna qədər proqressivləşən

arrow Ətraflı
İnfeksion endokarditin klinikası like
  • 01 Yan 08:55  
Digərləri İnfeksion endokarditin klinikası

İnfeksion endokarditin klinikası adətən infeksiyanın orqanizmə daxil olmas

arrow Ətraflı
Plevral punksiya like
  • 01 Yan 08:51  
Digərləri Plevral punksiya

Plevra boşluğunda mayenin olması plevral punksiyanın keçirilməsinə göst�

arrow Ətraflı
Bronxağciyər amiloidozu like
  • 01 Yan 08:46  
Digərləri Bronxağciyər amiloidozu

Bronx-ağciyər amiloidozu ağciyərlərin parenximasında,damarların divarınd

arrow Ətraflı
Plevrit və plevral möhtəviyyat like
  • 01 Yan 08:41  
Digərləri Plevrit və plevral möhtəviyyat

Plevrit plevranın səthində möhtəviyyat əmələ gəlməsi və plevral boşl

arrow Ətraflı
Leyomiomatoz Şüşəyə dönən ağciyər like
  • 01 Yan 08:35  
Digərləri Leyomiomatoz Şüşəyə dönən ağciyər

Leyomiomatoz disseminasiyalı patoloji proses olub,ağ ciyər toxumasının sonr

arrow Ətraflı
2 həftəyə tökülmüş saçları bərpa edən möcüzəli yağ qarışımı like
  • 01 Yan 08:31  
Digərləri 2 həftəyə tökülmüş saçları bərpa edən möcüzəli yağ qarışımı

Aşağıda adları yazılan yağların qarışımından hazırlanan məlhəmdən

arrow Ətraflı
Üzünüzdəki ləkələrdən xilas olmaq istəyirsinizsə, aşağıdakıları oxuyun like
  • 01 Yan 08:25  
Digərləri Üzünüzdəki ləkələrdən xilas olmaq istəyirsinizsə, aşağıdakıları oxuyun

Piqment ləkələri gün şüalarının dəriyə təsirindən,müxtəlif keyfiyy

arrow Ətraflı
Böyrək xəstəlikləri zamanı ultrasəs dopleroqrafiyası like
  • 01 Yan 08:21  
Digərləri Böyrək xəstəlikləri zamanı ultrasəs dopleroqrafiyası

Bu metod 1842-ci ildə İsveçrə alimi İ.Doppler tərəfindən kəşf edilmiş

arrow Ətraflı
Köklük cinsi həvəsin azalmasına səbəb ola bilərmi? like
  • 01 Yan 08:15  
Digərləri Köklük cinsi həvəsin azalmasına səbəb ola bilərmi?

Cinsi əlaqə iki əks cinsin bir-biri ilə daha yaxın intim əlaqədə olması

arrow Ətraflı
Ballı portağal dondurması like
  • 01 Yan 08:11  
Digərləri Ballı portağal dondurması

Lazım olan ərzaqlar - 0,5 kq vanilli dondurma - 2 xörək qaşığı portağ

arrow Ətraflı
Müxtəlif orqanların sarkoidozu like
  • 01 Yan 08:05  
Digərləri Müxtəlif orqanların sarkoidozu

Sarkoidoz böyrəküstü vəzdən başqa bütün orqanlarda əmələ gələn bir

arrow Ətraflı
Nefronun quruluşu like
  • 01 Yan 08:01  
Digərləri Nefronun quruluşu

Böyrəyin əsas struktur-funksional vahidi nefrondur. Sağlam insanın hər b�

arrow Ətraflı
Böyrək xəstəlikləri zamanı müayinə üsulları like
  • 01 Yan 07:51  
Digərləri Böyrək xəstəlikləri zamanı müayinə üsulları

Böyrək xəstəlikləri zamanı diaqnozu dəqiqləşdirmək üçün müxtəlif

arrow Ətraflı
Böyrək biopsiyasına göstərişlər like
  • 01 Yan 07:41  
Digərləri Böyrək biopsiyasına göstərişlər

Böyrəyin biopsiya olunmasına vacib göstərişlərdən biri kəskin böyrək

arrow Ətraflı