Böyrək xəstəlikləri zamanı ultrasəs dopleroqrafiyası
Digərləri 01 Yan 2023 08:21:00 413 0
Bu metod 1842-ci ildə İsveçrə alimi İ.Doppler tərəfindən kəşf edilmiş və onun şərəfinə ad almış fiziki fenomenə əsaslanır. Doppler effekti ondan ibarətdir ki, ultrasəs siqnalı hərəkət edən obyektdən siqnalın yayılma oxu boyunca əks olunduqda hərəkət sürətinə mütənasib olaraq dəyişir. Ultrasəs dalğalarını generasiya edən obyekt ötürücüyə doğru hərəkət etdikdə əks olunan siqnalların tezliyi artır və əksinə, uzaqlaşan obyektdən əks olunduqda - azalır. Böyrək arteriyalarının vizualizasiyası və dopler informasiyasını almaq üçün müxtəlif yollardan istifadə edilir. Bu zaman böyrək arteriyalarına ön, arxa və yandan baxılır. Böyrək arteriyasının bütün boyunu müayinə etmək üçün polipozision üsuldan istifadə olunur. Qarın boşluğunda mayenin toplanması, damarların kalsifikasiyası, xəstənin artıq bədən çəkisi müayinəyə mane olan faktorlardır. Böyrək qan dövranı keyfiyyət və kəmiyyətcə qiymətləndirilir. Böyrək qan dövranının keyfiyyətcə qiymətləndirilməsi üçün aşağıdakı göstəricilər nəzərə alınır: - böyrək damarlarının keçiriliciyi(var və ya tutulub) - damarların ölçüsü(norma, daralma, dilatasiya) - damar divarının hərəkətliliyi (rigid, artıq hərəkətli) - intima-mediya kompleksinin vəziyyəti (bərkliyi, qalınlığı, səthin forması, enliliyi) - damardaxili dəyişikliklər (aterosklerotik deyenlər, tromblar, intimanın aralanması, anevrizmalar) - perivaskulyar toxumanın vəziyyəti. Böyrəyin qan dövranının kəmiyyətcə qiymətləndirilməsi üçün müxtəlif indekslər hesablanır. Bu üsulun köməyi ilə böyrək arteriyaları vizualizə olunur, onun diametri ölçülür, qan dövranı keyfiyyət və kəmiyyətcə öyrənilir və lazım olduqda yükləyici farmokoloji sınaqlar da aparılır, müalicənin təsiri yoxlamaq üçün müayinələr dinamikada təkralanır, alınmış nəticələr kontralateral böyrəyin müayinəsindən alınan nəticələrlə müqayisə edilir.
Bu xəbəri də oxu: Gündə yalnız bir stəkan: Toyuqlar qışda da yumurtlayacaqlar
Cinsi əlaqə iki əks cinsin bir-biri ilə daha yaxın intim əlaqədə olması
Lazım olan ərzaqlar - 0,5 kq vanilli dondurma - 2 xörək qaşığı portağ
Sarkoidoz böyrəküstü vəzdən başqa bütün orqanlarda əmələ gələn bir
Böyrəyin əsas struktur-funksional vahidi nefrondur. Sağlam insanın hər b�
Böyrək xəstəlikləri zamanı diaqnozu dəqiqləşdirmək üçün müxtəlif
Böyrəyin biopsiya olunmasına vacib göstərişlərdən biri kəskin böyrək
Böyrəklərin əksər xəstəliklərinin kəskin dövründə və ya onların k�
Şəkərli diabet zamanı böyrəklərin zədələnməsinin mexanizmi indiyə q�
Diabetik nefropatiya şəkərli diabet xəstəliyi zamanı böyrək zədələnm�
Hemolitik anemiyalar etiologiya, patogenez, klinika və müalicəsi müxtəlif
Yaşından asılı olmayaraq bütün insanlar aktiv hərəkət tərzi keçirməl
2007-ci ildə Münhen konfransı Rusiya ilə Qərb arasında münasibətlərdə
Albinosluq. Bu xəstəliyin baş verməsində səbəb dəriyə rəng verən mel