Hemolitik anemiyalar
Digərləri 01 Yan 2023 06:05:00 374 0
Hemolitik anemiyalar etiologiya, patogenez, klinika və müalicəsi müxtəlif olan xəstəliklərin geniş bir qrupunu əhatə edir. Hemolizin artması bütün bu xəstəlikləri bir qrupda birləşdirən patoloji prosesdir. Hemoliz hüceyrədaxili və damardaxili ola bilir. Normada eritrositlərin yaşama müddəti 100-120 gün olur. Hemolitik anemiyalarda isə eritrositlər 12-14 gün yaşayır. Hemolitik anemiyalar zamanı aşağıdakılar baş verir: - Qanda sərbəst bilrubinin miqdarı artır ki, bu da dəri və selikli qişalarda müxtəlif dərəcədə ifadə edilmiş sarılıq ilə təzahür edir. - İzafi miqdarda yaranmış qeyri-düz bilirubin hepatositlərdə düz bilirubinə çevrilir və nəticədə öd intensiv rənglənir. Öd kisəsində və öd yollarında daş əmələ gəlməyə başlayır. - Bağırsaqlarda ödün çox olması ilə əlaqədar nəcisin rəngi dəyişir. - Sidikdə urobilinin miqdarı artır. - Periferik qanda ümumi eritrositlərin miqdarı artır, retikulositlər artır, həmçinin sümük iliyində eritroblast və normositlərin miqdarı artır. Hemolitik anemiyalar 2 qrupa bölünür: - anadangəlmə - qazanılmış Anadangəlmə anemiyalar genində eritrositlərin deffekti olan şəxslərdə, qazanılmış anemiyalar isə mexaniki təsirlərin təsirindən, hemolitik zəhərlərdən əmələ gəlir. Qazanılmış hemolitik anemiyaların əmələ gəlməsində bəzi xəstəliklərin də rolu vardır: - autoimmun xəstəliklər - paroksizmal gecə hemoqlobinuriya - eritrositlərin kimyəvi zədələnməsi - vitamin E çatışmazlığı - parazitlərin təsiri (malyariya) Hemolitik anemiya xəstəliyi Aralıq dənizi hövzəsində, Yaxın Şərqdə və Qafqazda daha çox yayılmışdır.
Bu xəbəri də oxu: Ən təhlükəli bürclər: Onları əsla qarşınıza almayın!
Yaşından asılı olmayaraq bütün insanlar aktiv hərəkət tərzi keçirməl
2007-ci ildə Münhen konfransı Rusiya ilə Qərb arasında münasibətlərdə
Albinosluq. Bu xəstəliyin baş verməsində səbəb dəriyə rəng verən mel
Dünyanın ən gözəl qızı model Kristina Pimenova yeni il ilə bağlı payla
Son.az kulis.az-a istinadla aktrisa, Əməkdar artist Vəfa Zeynalova haqqında
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
2022-ci il başa çatdı. Yola saldığımız il ölkəmizin inkişaf tarixinə
Yeni ili Xankəndi-Laçın yolunda keçirən aksiya iştirakçıları Prezident
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimi
Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır.