Prezident İlham Əliyev: Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir
Siyasət 31 Dek 2022 23:59:00 363 0
Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir.
Bu xəbəri də oxu: 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xaqla müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Mən bu ili "Şuşa İli" elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. Gələn il isə "Heydər Əliyev İli" elan edilib. Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq səmimiyyətlə salamlayır, onlara uğurlar arzulayıram. Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır. Əminəm, bu gün xaricdə yaşayan azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladlarıdır.
Bu il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayı tarixi hadisə idi. Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır".
Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır.
Azərbaycan böyük ekoloji fəlakətlə, urbisidlə üzləşib.
Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən
Dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliy
Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəs
Dünyanın bir çox ölkələri Yeni ili fərqli şəkildə qarşılayır. Onlar
Böyük Qayıdış Proqramı uğurla icra edilir.
Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq.
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçü
Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət
Mədə xəstəliklərinin və qanda şəkərin qəfil yüksəlməsinin qarşıs�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Dünya Azər
Bir çox inanc sisteminə görə, Yeni ili necə qarşılasaq, bütün təqvim i
Dövlət Sərhəd Xidməti (DSX) "Heydər Əliyev İli" münasibətil�
Rusiya Prezidenti Vladimir Putin təqdim etdiyi Yeni il mesajında Ukraynadakı