Bayram günü yediklərinizə diqqət edin! Türkiyəli həkim
Digərləri 31 Dek 2022 23:46:00 350 0
Mədə xəstəliklərinin və qanda şəkərin qəfil yüksəlməsinin qarşısını almaq üçün həmişə olduğu kimi Yeni il günü də az miqdarda, tez-tez yemək lazımdır.
Bu xəbəri də oxu: Azərbaycanda ev quşları kütləvi tələf oldular
Son.az axar.az-a istinadən bildirir ki, bunu türkiyəli həkim Tuba Ustaoğlu deyib.
"Sevdiklərimizlə birgə xoş gecə keçirmək üçün hər birimiz diqqətlə hazırlaşırıq. Buna görə də gün ərzində çox az qidalanır və özümüzü gecəyə saxlayırıq. Uzun müddətlik ac qalandan sonra çox yemək isə edilən ən böyük yanlışlardan biridir", - o bildirib.
T.Ustaoğlu deyib ki, yemək seçərkən insanlar diqqətli olmalıdır:
"Əvvəla ət, toyuq, balıq tərkibli yeməklərin yağ miqdarı və bişirmə üsuluna diqqət etmək lazımdır. Bunların yanında zeytunyağlı tərəvəz yeməkləri hazırlana bilər. Ayrıca süfrəmizdə mayonezi bol olan yeməklərdənsə mövsüm tərəvəzləri ilə az yağlı salatlar hazırlana bilər. Qızartma üsulu ilə hazırlanan qəlyanaltılara gəlincə, onları qatıq, pendir, noxud əlavə edilmiş salat və qəlyanaltılarla əvəzləmək olar. Qan şəkəri balansı üçün makaron yerinə düyü və bulqur plovu tövsiyə edilir. Yeməklərin sayı çox olsa belə, yağ və duz tərkibinə, yeyilən miqdarına diqqət edərək bu yeməkləri istehlak etmək daha məqsədəuyğundur".
Həkim qeyd edib ki, yemək arasında qazlı içkilər əvəzinə ayran və evdə hazırlanan az şəkərli meyvə suları içmək olar:
"Ac qarına spirtli içki istifadəsi də tövsiyə edilmir. Çünki bu mədəyə ziyandır.
Atışdırma olaraq istehlak edilən çips kimi məhsullar yüksək yağ ehtiva etdiyi üçün duzsuz qoz-fındıq, quru meyvə, şabalıd kimi qidalara, şirniyyat istehlakında isə südlü və meyvəli desertlərə üstünlük verilməlidir".
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Dünya Azər
Bir çox inanc sisteminə görə, Yeni ili necə qarşılasaq, bütün təqvim i
Dövlət Sərhəd Xidməti (DSX) "Heydər Əliyev İli" münasibətil�
Rusiya Prezidenti Vladimir Putin təqdim etdiyi Yeni il mesajında Ukraynadakı
Rusiyanın Kazan şəhərində Şaxta baba və Qar qız qəzaya düşüb.
1918-ci il. Mayın ortaları. Yekaterinburqun mərkəzi küçəsi ilə axşamça
Azərbaycanla 12 birgə təlim keçirərək hərbi imkanlarımızı nəzərdən
BMT Təhlükəsizlik Şurasının Laçın yolu ilə bağlı bəyanatı bəzi Tel
Quba rayonunda avtoqəza nəticəsində 200 abonent qazsız qalıb.
24 iyul 2015-ci il tarixindən indiyədək Türkiyədə, eləcə də İraqın ş
Laçın yolunda aksiya iştirakçıları üçün konsert təşkil olunub
Adətən Yeni il süfrəsi olduqca rəngarəng təamlarla zəngin olur. Masa ət
Yevlax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyy