Günün qoroskopu: Yaşamın xırdalıqlarına fikir verməyin
Digərləri 01 Yan 2023 00:01:00 395 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Bu xəbəri də oxu: İsmayıllıda ağır qəza ölənlər var
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Bu dünyada mütləq bir adam var ki, onun yanında olanda sizə dəyər verməyənləri unudacaqsınız. İlin son günüdür. Səbrli, eyni zamanda nikbin olun. Boş söhbətlər, mübahisələr və müzakirələrə vaxt ayırmayın. Əks təqdirdə münasibətlərin aydınlaşdırılması gərginləşəcək, münaqişə yaranacaq. Problemlər, maraqlar və niyyətlərin qovuşuğu indi informasiya, məlumatlardan yararlanma müstəvisindədir. Əlaqələr, təmaslar və qarşılıqlı tərəfdaşlıq da çox mühümdür. Yaxınlarınız və ya həmkarlarınızdan birinin həyatındakı olay sizi narahat edə bilər. Yəqin ki, həmin adama yardım etməli, onun həyəcanlarına qatılmalı olacaqsınız. Ev işləri üçün yaxşı gündür. Kiçik işləri başa vurun, yaşam arealınızı qaydaya salın, nizam yaradın, hər şeyi yerbəyer edin. Daha maraqlı və perspektiv fəaliyyətə hazırlaşın. Buğa - Doğrulmayan ümidlər, puç olan xülyalara görə dərindən təəssüflənməyin. Yeni il yeni şanslar və imkanlar vəd edir. Yaxın ətrafınızdakı insanlardan birinin fəaliyyəti və ya danışıqları "sürpriz"lər vəd edir. Çalışqan, qətiyyətli, inadkar olun. Cavab reaksiyası istədiyiniz kimi olmaya bilər. Sakit gün deyil. Münasibətləri gərginləşdirməmək, nəyisə korlamamaq üçün ehtiyatlı olun. Cari dəyişikliklərdən qəfil mənfəət əldə edə bilərsiniz. Uzaqdan xəbər, faydalı informasiya, dəstək gələcək. Hadisələrin bəzilərini, xüsusilə də bir neçə problemi qabaqlayaraq onlar barədə məlumat əldə etməyə çalışın. Yaxın günlərin, çətin də olsa, konstruktiv dəyişikliklərə səbəb olması üçün planlarınızda dəyişikliklər etmək gərəkdir. Əkizlər - 2014-cü ilin problemlərini gələn ilə daşımayın. Kollektiv iş və ya istirahətlə bağlı situasiyalar xüsusi diqqət tələb edir. Başqalarını təəccübləndirəcək əmələ yol verməyin. İndiyədək yaxşı tanıdığınızı düşündüyünüz insan hərəkəti ilə sizi heyrətləndirə bilər. Günün hadisələri və axarı sizi hələlik təfərrüatları olmayan fikirlərə istiqamətləndirir. Mühüm proseslərə nəzarət etməyə çalışacaqsınız. Gərəksiz, ballasta çevrilmiş münasibət və ya insandan qurtulun. İzafi gərginlikdən xilas yolu ev işləridir. Yaxınlarınızla mübahisələrə, yaxud da münaqişələrə rəvac verməyin. Çünki onların dəstəyi indi sizin üçün abstraksiya deyil. Xərçəng - Sakitlik, istirahət və əyləncə günü deyil. Bayramdır, şənlənin, sevinin. Sizə dəyər verənləri sevindirin. Dəyişikliklərə dərhal reaksiya verin. Cari situasiyalara münasibətinizi dərhal dəyişin. Qıvraq, çevik, cəld olun. Yaxşı reaksiya və problemləri anlamağınız gərəkdir. Şərtlərin sizi ritmdən sapdırmaması üçün əlavə səylərə ehtiyac duyulur. Hadisələrlə xəbərlərin məziyyətləri "partlayış"lıdır. Emosiyalarınıza nəzarət edin. Mühüm hadisələr bu gün inkişaf edəcək. Bəzi məsələləri özünüz həll edə bilərsiniz. Plan üzrə getməyən məsələlər və ya olaylar əlavə, ciddi diqqət tələb edir. Təhlükəsizliyinizi təmin edin. Qəza risklərinin az olmadığı gündür. Şir - Yeni il yaxşı günlər, xoş arzular vəd edir. Rəqiblərin zərbələrini, dostlarla tərəfdaşların naqolay fəaliyyətinin yarada biləcəyi problemləri dəf etməyi bacarın. Təmaslar nə qədər çox olarsa, bir o qədər çox sinirlənəcəksiniz. Yaşananlara da sakit, soyuqqanlı yanaşın. Problemləri qeyri-standart şəkildə həll etmək olar. Təkliflər, informasiya çoxdur. Bu gün mühüm seçim günüdür. Romantik münasibətlər işgüzar planları poza bilər. Sizi nə isə narahat edirsə, nigaran qalıbsınızsa - qətiyyətlə davranın, çətinliyi aradan qaldırmağa cəhd göstərin. Ətrafınızdakı adamların problemlərdən bəhs etməsi və hadisələrin sürətli inkişafı qaçılmazdır. Qız - Fürsətlərdən yararlanın və gələn ildə də belə olun. Aktiv, qoçaq insan kimi tanının. Sürətli, aktiv, enerjili həllər tələb edən gündür. Belə həllər yaşam, işlər, fəaliyyət və tapşırıqlarda ciddi dəyişikliklərə səbəb ola bilər. Narazılıq yaranan müstəvidə dəyişikliklər edin. İstək və qüvvəniz olmasa belə, bunu reallaşdırın. Qəfil informasiya, görüş və ya problem fərqli davranmağınızı şərtləndirə bilər. İntuisiyanızın verdiyi siqnalları qulaqardına vurmayın. Diqqətli olun. Günün ümumi gərgin fonu münaqişələr üçün əlverişli zəmin yaradır. Ətrafınızdakı insanlardan birinin paxıllığının bədxahlığa çevrilməsini sezməyi bacarın. Tərəzi - Ötən ildə buraxdığınız səhvləri, yol verdiyiniz yanlışlıqları yeni ildə təkrarlamayın. Planlardakı gözlənilməz dəyişiklikləri labüd qəbul edin. Xəbərlər yenilənir, yanınızdakı adamlar arasında emosional davrananlar tapılır. Günün lüzumsuz gərginlik olmadan keçməsi üçün yaşananları həyatınıza müxtəliflik gətirə biləcək olaylar kimi dəyərləndirin. Hər şeyin plan üzrə getməsinə can atmayın. Maraqlar uyğundursa, qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil. Dostlarla görüş yaxşı keçəcək, yeni və ümumi ideyalar yaranacaq. Bir yerdə qalmayın. Mümkün qədər çox hərəkət edin, informasiya mübadiləsindən yararlanın. Vəd və öhdəliklərə riayət edin. Axşam saatlarında problemlərin həlli asanlaşır. Şərtlərin yeni məqamları əyan olur, imkanlarınızı genişləndirmək perspektivləri və imkanları yaranır.Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimi
Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır.
Azərbaycan böyük ekoloji fəlakətlə, urbisidlə üzləşib.
Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən
Dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliy
Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəs
Dünyanın bir çox ölkələri Yeni ili fərqli şəkildə qarşılayır. Onlar
Böyük Qayıdış Proqramı uğurla icra edilir.
Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq.
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçü
Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət
Mədə xəstəliklərinin və qanda şəkərin qəfil yüksəlməsinin qarşıs�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Dünya Azər
Bir çox inanc sisteminə görə, Yeni ili necə qarşılasaq, bütün təqvim i
Dövlət Sərhəd Xidməti (DSX) "Heydər Əliyev İli" münasibətil�