Bakı 2023cü ili möhtəşəm atəşfəşanlıqla qarşıladı FOTO
Digərləri 01 Yan 2023 00:10:00 416 0
2022-ci il başa çatdı. Yola saldığımız il ölkəmizin inkişaf tarixinə daha bir uğur səhifəsi kimi yazıldı.
Bu xəbəri də oxu: Az adamın bildiyi xurmanın əsas təhlükəsi
Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, sosial-iqtisadi sahədə mühüm nailiyyətlər qazandı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2022-ci ildə həyatın bütün sahələrində əsaslı islahatlar aparılıb, ölkəmiz qarşıya qoyulan hədəflərə nail olub. Eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində önəmli addımlar atılıb. Odur ki, xalqımız 2023-cü ili böyük sevinc və nikbinliklə qarşılayıb. Yeni ilin ilk dəqiqələrində Dənizkənarı Milli Parkda yaşanan izdiham və möhtəşəm atəşfəşanlıq bunun əyani təcəssümü kimi qiymətləndirilə bilər.
Trend xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını on minlərlə insan maraqla izləyib.
Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.
Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan sakinlər və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan Bakı səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa ediblər.
Yeni ili Xankəndi-Laçın yolunda keçirən aksiya iştirakçıları Prezident
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimi
Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır.
Azərbaycan böyük ekoloji fəlakətlə, urbisidlə üzləşib.
Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən
Dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliy
Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəs
Dünyanın bir çox ölkələri Yeni ili fərqli şəkildə qarşılayır. Onlar
Böyük Qayıdış Proqramı uğurla icra edilir.
Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq.
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçü
Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət
Mədə xəstəliklərinin və qanda şəkərin qəfil yüksəlməsinin qarşıs�