Nefronun quruluşu
Digərləri 01 Yan 2023 08:01:00 468 0
Böyrəyin əsas struktur-funksional vahidi nefrondur. Sağlam insanın hər böyrəyində 1,2 milyon nefron vardır.Hər bir nefron böyrək cisimciyi və kanalcıqdan ibarətdir.Böyrək cisimciyi nefronun başlanğıc hissəsi olub yumaqcıq və onu örtən kapsuldan ibarətdir.Yumaqcıq damar törəməsi kimi 50 kapilyar ilgəyindən ibarətdir.Yumaqcıq kapsulasının daxili qatı yumaqcıq kapilyarlarının divarına birləşərək və eyni zamanda onların xarici qatını(epitelini) təşkil edir. Kapsulun xarici qatı daxili qatdan bir qədər aralı yerləşir və nəticədə onların arasında mikroskopik boşluq əmələ gəlir.Yumaqcıq kapsulunun boşluğu kanalcığın mənfəzinə,yəni kanalcıq divarına keçir.Böyrək yumaqcıqlarının gətirici və çıxarıcı arteriyaları bir-birinin yanında yerləşərək onun qütbünü əmələ gətirir və kapsulla örtülmür.Hesablamalar göstərir ki,hər bir kapsulun uzunluğu 30-50mm olmaqla ümumiyyətlə bütün nefronların uzunluğu 25 km yumaqcıqların filtirasiya səthi 1,5 kv.m-ə bərabərdir. Elektron mikroskopla müayinə etdikdə böyrək kapilyarlarının divarının 3 qatdan ibarət olması aydınlaşır. Daxili qat endoteldən ibarətdir. Endotelial qat özünəməxsus xəlbir qatı təşkil etdiyi üçün fenestrara adlanır.Normada endotelial hüceyrələr arasında sahə birləşdirici toxumanın əsas maddəsi olan maddə tutur. Kapilyar divarının xarici qatı epitel hüceyrələrindən ibarətdir.Bunlara podositlər də deyilıir.Podositləri trabekula adlanan perpendikulyar vəziyyətdə olan çıxıntılar ayırır.Podosit özü membrana yapışmır.Bazal membran ilə podosit,trabekula və bir-birinə dolaşan çoxlu pedikula arasında ultra mikroskopik sahə əmələ gətirir. Yumaqcıq kapilyarının orta qatının qalınlığığını əsas zar təşkil edir.Üç qatdan ən çox bu qat kapilyarlarda dövr edən qanla böyrək yumaqcığı kapsulunun boşluğu arasında fasiləsiz baryerdir. Nefronun böyrək kanalcığı şərti olaraq üç əsas hissəyə bölünür.Hər bir kanalcığın uzunluğu 35-50 mm-ə qədər olur.Nefron ilgəyinin qalxan hissəsinin yoğun seqmentində və ikinci dərəcəli qıvrım kanalcıqlardakı epitel örtüyü proksimal kanalcıq epitelisinə oxşayır.Bu hüceyrələrin sitoplazmasında çoxlu hüceyrədaxili membran vardır.Sitoplazmada hidrolitik,qlükolitik fermentlərin yüksək aktivliyi təyin olunur ki,bu da suyun,natriumun və başqa maddələrin fakultətiv resorbsiyası kimi mürəkkəb funksiyaları təmin edir.
Bu xəbəri də oxu: Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
Böyrək xəstəlikləri zamanı diaqnozu dəqiqləşdirmək üçün müxtəlif
Böyrəyin biopsiya olunmasına vacib göstərişlərdən biri kəskin böyrək
Böyrəklərin əksər xəstəliklərinin kəskin dövründə və ya onların k�
Şəkərli diabet zamanı böyrəklərin zədələnməsinin mexanizmi indiyə q�
Diabetik nefropatiya şəkərli diabet xəstəliyi zamanı böyrək zədələnm�
Hemolitik anemiyalar etiologiya, patogenez, klinika və müalicəsi müxtəlif
Yaşından asılı olmayaraq bütün insanlar aktiv hərəkət tərzi keçirməl
2007-ci ildə Münhen konfransı Rusiya ilə Qərb arasında münasibətlərdə
Albinosluq. Bu xəstəliyin baş verməsində səbəb dəriyə rəng verən mel
Dünyanın ən gözəl qızı model Kristina Pimenova yeni il ilə bağlı payla
Son.az kulis.az-a istinadla aktrisa, Əməkdar artist Vəfa Zeynalova haqqında
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi