Bronxağciyər amiloidozu
Digərləri 01 Yan 2023 08:46:00 412 0
Bronx-ağciyər amiloidozu ağciyərlərin parenximasında,damarların divarında,tənəffüs yolunun selikli qişasında,plevrada,divararalığı limfa düyünlərində amiloidin çökməsi isə xarakterizə olunur. Xəstəliyin etiologiyası elmə məlum deyil.Xəstəliyin 3 sintez mərhələsi var. I mərhələ - amiloidönü mərhələ hesab edilir.Bu zaman retikuloendotelial sistemin amiloidoblast təzahürləri ilə hüceyrə transformasiyası baş verir. II mərhələ - Bu zaman amiloidoblastlarla fibrilyar zülalın sintezi,fibrillərin amiloid substransiyasının "karkası" əmələ gəlməklə aqressiyası baş verir. III mərhələ - Bu zaman amiloid fifrillərinin plazma zülalları, qlükoproteidləri və toxumanın turş mukopolisaxaridləri ilə birləşməsi baş verir. Amiloidozun patogenezi immunogenetik nəzəriyyəyə uyğundur. Tənəffüs sisteminin amiloidozunun aşağıdakı klinik formaları ayırd edilir. * traxeya və bronxların lokallaşmış amiloidozu * ağ ciyərlərin lokallaşmış amiloidozu * diffuz alveollar-septal amiloidoz * plevranın amiloidozu * mediastinal limfa düyünlərinin amiloidozu * müştərək formalar Traxeyalar və bronxlardakı amiloid çöküntülər özlüyündə 1 sm-ə qədər diametrli bozumtul-ağ hamar düyünlərdir.Bu zaman bronxun divarı infiltiratlaşa bilir ki,bu da onun daralmasına kömək olur.Ağciyər amiloidozunun solitar formasında amiloidin bir və ya bir-neçə çökmə ocağı olur.Çökmələr psevdoşiş törəmələr şəklində olur.Bu amiloidin alveollararası arakəsmədə,kapilyarlar,arteriyalar,venalar ətrafında çökməsi ilə xarakterizə olunur.Nəticədə ağ ciyərlərdə hipertenziya inkişaf edir və xroniki ağ ciyər ürəyi formalaşır. Xəstəliyin diaqnozu histokimyəvi müayinələrlə aşkar edilir. Bronx-ağ ciyər amiloidozu zamanı xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir: *əziyyətverici quru öskürək *bəzən qanhayxırma *səsin xrıltılı olması *çətinləşmiş,fitverici tənəffüs *ağ ciyərlərin uyğun hissəsinin atelektazı * fitverici xırıltılar Xəstəlik ağırlaşanda bronxopulmonal infeksion-iltihabi xəstəliklərin,tənəffüs çatışmazlığının,xroniki ağ ciyər ürəyinin inkişaf etməsinə səbəb olur. Çöküntü böyük olduqda səsin kütləşməsi mümkündür.Bunu ancaq rentgenoloji müayinə zamanı müəyyən etmək olar. Xəstliyə diaqnozun qoyulmasında rentgenoloji müayinələrlə birlikdə bronxoskopiya və EKQ-nin də nəticələri əsas götürülür. Amiloidozun effektli müalicəsi yoxdur.Xəstəyə yalnız sakitləşdirici müalicə təyin edilir.
Bu xəbəri də oxu: 10 minə arvad alan azərbaycanlı məhkəməlik oldu
Plevrit plevranın səthində möhtəviyyat əmələ gəlməsi və plevral boşl
Leyomiomatoz disseminasiyalı patoloji proses olub,ağ ciyər toxumasının sonr
Aşağıda adları yazılan yağların qarışımından hazırlanan məlhəmdən
Piqment ləkələri gün şüalarının dəriyə təsirindən,müxtəlif keyfiyy
Bu metod 1842-ci ildə İsveçrə alimi İ.Doppler tərəfindən kəşf edilmiş
Cinsi əlaqə iki əks cinsin bir-biri ilə daha yaxın intim əlaqədə olması
Lazım olan ərzaqlar - 0,5 kq vanilli dondurma - 2 xörək qaşığı portağ
Sarkoidoz böyrəküstü vəzdən başqa bütün orqanlarda əmələ gələn bir
Böyrəyin əsas struktur-funksional vahidi nefrondur. Sağlam insanın hər b�
Böyrək xəstəlikləri zamanı diaqnozu dəqiqləşdirmək üçün müxtəlif
Böyrəyin biopsiya olunmasına vacib göstərişlərdən biri kəskin böyrək
Böyrəklərin əksər xəstəliklərinin kəskin dövründə və ya onların k�
Şəkərli diabet zamanı böyrəklərin zədələnməsinin mexanizmi indiyə q�
Diabetik nefropatiya şəkərli diabet xəstəliyi zamanı böyrək zədələnm�