Müasir Fransa, 15 min Yamayka iti, "Avropalı zəncilər"...


Siyasət 01 Yan 2023 10:23:00 385 0

Müasir Fransa, 15 min Yamayka iti, "Avropalı zəncilər"...

Fransız-erməni qardaşlığının kökündə konkret nələrin dayandığını çoxlarının düşündüyü bir vaxtda bütün variantların üzərində düşünmək faydalıdır.

Bu gün yazmaq istədiyim mövzu ilə bağlı olan məsələ hər ikisinin - həm ermənilərin, həm də fransızların qaniçən, zülmkar, şovinist, qətliyamçı və bütöv millətləri öz mənafeyi naminə qırmağa hazır olmalarıdır. Ermənilərin necə qətliyamçı olduqlarını 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Osmanlı dövlətində gördük. Nə qədər türkü, kürdü qırdılar?!.. Azərbaycanda, Qərbi Azərbaycanda, Mərkəzi Asiya ölkələrində gördük. Fransızlar heç də onlardan geri qalmırlar. Tarixi faktların bir neçəsinə baxaq...

18-ci əsrin ortaları... 25 milyon əhalisi olan Fransanın şəkərə və qəhvəyə tələbatı artır. Afrikadan qara dərili insanları qul kimi indiki Haiti adasına (o zamankı Santa Dominqo) şəkər və qəhvə plantasiyalarında işləməyə daşıyırar. Qeyri-insani şəraitdə minlərlə qara dərili məhv olur, yeni-yeni partiya qullar daşıyırdılar. Adada qul üsyanları başladı. Dünənki qul Lüvertur general rütbəsinə yüksələrək adanın böyük hissəsini fransız qaniçənlərdən təmizlədi. Danışığa çağırıb onu aldatdılar, həbs edib Fransaya apardılar, edam etdilər. Yeni sərkərdə Dezalin üsyanın başına keçdi. Fransızların qara dərili insanlara misilsiz vəhşiliyi başladı. Napoleon 1802-ci ildə 5 min polyak əsgərini Haitiyə cəza əməliyyatına göndərdi. Yenə də fransız əclaflığı... Polyakları aldatdılar ki, Haitidə üsyan etmiş dustaqlarla döyüşə gedirsiniz. Haitiyə çatan kimi hər şeyi anlayan polyaklar qara dərili qul üsyançıların tərəfinə keçdilər. Haitililər bu gün də Polyaklara "Avropalı zəncilər "deyərək onları sevirlər.

Napoleon general Roşambunu böyük ordu ilə 1802-ci ildə Haitiyə göndərdi. Qaniçən Roşambu bilirsiz nə etdi? Qonşu Yamaykadan 15 min vəhşi iti gətirib Haitinin küçələrinə buraxdılar. Sənədlərdə yazılır ki, 10 minlərlə zəncinin ayaqları, qolları itlərin dişləri arasında qalmışdı. Fransızlar özləri söz qoşmuşdular -"Haiti fəlakətdi, ancaq zəngindi"...

Bir neçə gün əvvəl Hollandiyanın baş naziri 19-cu əsrin ortalarında yüz minlərlə Latın Amerikalısını qul edib satdıqları üçün üzr istədi. Ancaq fransızların hələ "vicdanı "Haitililərdən üzr istəməyə yetmir. Halbuki Haiti yüz minlərlə qulun qanı hesabına tarixdə qurulmuş ilk müstəqil zənci respublikasıdır...

Başqa fakt. 1907-ci il. Fransanın müstəmləkəsi olan Mərakeşin paytaxtı Kasablankada üsyan başlayır. Fransa bir neçə gün Kasablankanı bombaladı. On minlərlə qadın, kişi, uşaq, gənc qətlə yetirildi. Fransa yenə üzr istəməyib.

Digər fakt. Fransa əsarətinə alındığı 1836-cı ildən müstəqilliyə qovuşduğu 1961-ci ilədək Əlcəzairdə 5 milyon əlcəzairli dinc insan qətl olunub. Qətliamın ən "məhsuldar " dövrü 1953-1961-ci illərarası dövrdür. Bu dövrdə Fransanın ədliyyə naziri, sonradan prezident olmuş Mitteran bu qətliyamların iştirakçısı və təşkilatçısıdır... Üzr yenə yoxdur...

1945-ci il mayın 8 tarixində Suriyanın Dəməşq şəhərində Fransa ordusu faşizm üzərində qələbə paradı keçirir. Suriyanın müstəqillik istəyən mulli vətənpərvər qüvvələri, Hüseyn Faysalın tərəfdarları da meydanlara axışır. Fransızlar qorxur ki, bunların qabağında Suriyanı fəth edə bilməyəcəklər. Odur ki, düz 10 gün Dəməşq şəhərini aviasiya ilə vəhşicəsinə bombardman edirlər. Nəhayət, o zaman ölkədə olan ingilis komandanlığı fransızlara "qətliyamın dərhal dayandırılmadığı təqdirdə cavab veriləcəyi "barədə xəbərdarlıq edəndən sonra qətliyam dayandırılır... Suriya xalqından da üzr istəmək hələ yoxdur....

Reallıqda Fransa və fransızlar bax budur... Beləsinin Ermənistanın yanında yer alması təsadüf deyil...

Aydın Quliyev Bakı-Xəbər qəzetinin baş redaktoru

Cildi yeniləyir, sızanaqları aradan qaldırır like
  • 01 Yan 10:20  
Digərləri Cildi yeniləyir, sızanaqları aradan qaldırır

Yağlı dəriyə sahib olanlar sızanaq problemlərindən əziyyət çəkir. Sı

arrow Ətraflı
Bu gündən bu şəxslərə 600 manat müavinət veriləcək like
  • 01 Yan 10:11  
Digərləri Bu gündən bu şəxslərə 600 manat müavinət veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis

arrow Ətraflı
Goranboyda qanlı torpaq davası: "Arzuna çatdın, bizi bədbəxt etdin..." like
  • 01 Yan 10:00  
Kriminal Goranboyda qanlı torpaq davası: "Arzuna çatdın, bizi bədbəxt etdin..."

Goranboy rayonunda 1965-ci il təvəllüdlü İlham Haqverdiyev 1970-ci il təv�

arrow Ətraflı
Pensiya və müavinətlərlə bağlı əhaliyə ŞAD XƏBƏR like
  • 01 Yan 09:51  
Digərləri Pensiya və müavinətlərlə bağlı əhaliyə ŞAD XƏBƏR

Əmək pensiyalarının orta aylıq məbləği 12 faiz artıb.

arrow Ətraflı
Sizi soyuqdan qoruyan isti TOXUNMA GEYİMLƏR like
  • 01 Yan 09:40  
Digərləri Sizi soyuqdan qoruyan isti TOXUNMA GEYİMLƏR

Hər birimiz ilin istənilən vaxtı gözəl görünmək istəyirik. Amma bu soy

arrow Ətraflı
Azərbaycanda yeni ilin ilk körpəsi dünyaya gəlib like
  • 01 Yan 09:31  
Digərləri Azərbaycanda yeni ilin ilk körpəsi dünyaya gəlib

Azərbaycanda 2023-cü ilin ilk körpəsi dünyaya gəlib.

arrow Ətraflı
Zədələnmiş saçları bu üsulla bərpa edin like
  • 01 Yan 09:20  
Digərləri Zədələnmiş saçları bu üsulla bərpa edin

İsti hava, günəş şüaları, dəniz suyu saçların nəm balansını pozur,

arrow Ətraflı
Bu gündən bəzi tibb müəssisələri TƏBİBin tabeliyindən çıxarılıb like
  • 01 Yan 09:11  
Digərləri Bu gündən bəzi tibb müəssisələri TƏBİBin tabeliyindən çıxarılıb

Bu gündən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarıl�

arrow Ətraflı
Ana ola bilmədi, Azərbaycanı həmişəlik tərk etdi, like
  • 01 Yan 09:00  
Kriminal Ana ola bilmədi, Azərbaycanı həmişəlik tərk etdi,

Son.az Kulis.az-a istinadən aktrisa Zemfira İsmayılova haqqında on maraqlı

arrow Ətraflı
Fibrozlaşan alveolitlər like
  • 01 Yan 08:59  
Digərləri Fibrozlaşan alveolitlər

Fibrozlaşan alveolitlər diffuz ağ ciyər fibrozuna qədər proqressivləşən

arrow Ətraflı
İnfeksion endokarditin klinikası like
  • 01 Yan 08:55  
Digərləri İnfeksion endokarditin klinikası

İnfeksion endokarditin klinikası adətən infeksiyanın orqanizmə daxil olmas

arrow Ətraflı
Plevral punksiya like
  • 01 Yan 08:51  
Digərləri Plevral punksiya

Plevra boşluğunda mayenin olması plevral punksiyanın keçirilməsinə göst�

arrow Ətraflı
Bronxağciyər amiloidozu like
  • 01 Yan 08:46  
Digərləri Bronxağciyər amiloidozu

Bronx-ağciyər amiloidozu ağciyərlərin parenximasında,damarların divarınd

arrow Ətraflı
Plevrit və plevral möhtəviyyat like
  • 01 Yan 08:41  
Digərləri Plevrit və plevral möhtəviyyat

Plevrit plevranın səthində möhtəviyyat əmələ gəlməsi və plevral boşl

arrow Ətraflı
Leyomiomatoz Şüşəyə dönən ağciyər like
  • 01 Yan 08:35  
Digərləri Leyomiomatoz Şüşəyə dönən ağciyər

Leyomiomatoz disseminasiyalı patoloji proses olub,ağ ciyər toxumasının sonr

arrow Ətraflı