"Bu məsələ çözülməsə, İranın "qorxu divarı" işə düşə bilər"


Siyasət 01 Yan 2023 14:23:00 454 0

"Bu məsələ çözülməsə, İranın "qorxu divarı" işə düşə bilər"

İranda etiraz aksiyaları 100 gündən çoxdur ki, davam edir. Repressiv hökumət qüvvələri etirazçılara qarşı ən sərt metodlardan istifadə edir.

Bəs proseslər necə davam edəcək?

Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk bildirib ki, beynəlxalq ictimaiyyətin diqqəti İran üzərində cəmlənib:

"İran rejiminin nümayəndələri müxtəlif mərhələlərdə bəyan etmişdilər ki, biz dünya ictimaiyyətinin, dövlətlərin, qurumların təzyiqlərini diqqətə almayacağıq, lakin bunu nəzərə almaq məcburiyyətində olduqlarını hər addımda görürük. Rejimi dəstəkləyən güclər isə artıq meydanda yoxdur. Məsələn, Rusiya sonu bəlli omayan bir durumdadır, İran rejimini dəstəkləməyə halı yoxdur. Çin bu proseslərdə tamamilə İranın arxasından geri çəkilib. Hətta ərəb ölkələri ilə birlikdə İrana qarşı bəyanat verib. Fransa başlanğıcda rejimi qurtarmaq üçün prosesi fərqli istiqamətlərə yönləndirməyə çalışsa da, prosesin davamında beynəlxalq ictimaiyyətin təzyiqi ilə rejimin arxasından geri çəkilmək məcburiyyətində qaldı. Hədsiz güc tətbiqini və insan haqları pozuntusunu qınamağa başladı. Rejimin 43 ildə edam (həm açıq, həm gizli formada), terror, təcavüzdən istifadə edərək yaratdığı bir "qorxu divarı" var idi. Millət artıq rejimin bu cinayətlər hesabına hördüyü "qorxu divarı"nı aşmağı bacarıb. Rejim repressiv tədbirlərini nə dərəcədə artırsa da, hədə-qorxunu gücləndirsə də proseslərin qarşısını almaqda tamamilə acizdir. Proseslər öz inkişafındadır.

Bu prosesdə həll olunması vacib olan ən önəmli məsələ rejim sonrası mərhələyə baxışın daha konkret, daha aydın cizgilərlə təsvir olunmasıdır. Kimsəyə sirr deyil ki, son 100 ildə hakimiyyətdə olan farsın İran birliyi və vahid İran milləti ideyası özünü doğrulda bilmədi, bu coğrafiyada problemlərin əsas qaynağına çevrildi. Yəni İranda problemlər sadəcə rejimdən qaynaqlanmır, dövlətin mahiyyəti burada əsas rol oynayır. İran adlanan məkanda qeyri-fars millətlərin yaşamaq hüququ yoxdur və onlara qarşı 100 ildir etnos siyasəti yürüdülür. Bu məsələ çözülməsə, prosesə qeyri-fars millətlərin ciddi şəkildə qatılması qətiyyən mümkün olmayacaq, millətlər bu proseslərə mahiyyət etibarilə fərqli yanaşmağa başlayacaqlar. Dolayısı ilə bütövlüyün təmini mümkün olmayacaq. Yəni rejim dəyişikliyi ilə yanaşı, rejim sonrası gələcəyin də dəqiq və bütün tərəflərin qatıldığı müzakirələrlə formalaşması bu prosesin qarşısında dayanan ən önəmli vəzifədir. Bu vəzifəni görməzlikdən gəlmək və ya daha sonrakı mərhələlərə buraxmaq qeyri-fars millətlərin proseslərə qoşulmasını əngəlləməkdən başqa bir işə yaramaz".

Son.az musavat.com-a istinadən bildirir ki, Çingiz Göytürkün sözlərinə görə, İran İslam Respublikasının 43 illik hakimiyyəti dönəmində baş verən siyasi, ictimai, milli iğtişaşlarda sərt repressiv tədbirlərə əl atması dünya ictimaiyyətində belə bir fikir formalaşdırıb ki, rejimin "repressiya maşını" güclüdür və molla hakimiyyəti bu "maşın"ı bütün gücü ilə işə salarsa, böhranların qarşısını ala bilər:

"Hətta rejimin özündə də belə bir mövhumat formalaşıb. Halbuki gerçəklik görünəndən fərqlidir. Son 43 illik İslam Cümhuriyyəti hakimiyyəti dönəmində ictimai-siyasi böhranlar tarixinə obyektiv yanaşdığımızda bu proseslərin yatırılmasında sadəcə rejimin limitsiz şiddət və repressiv gücdən istifadə etməsi deyil, həm də bir sıra obyektiv və subyektiv səbəblərdən qaynaqlandığını görürük. Məsələn, İslam İnqilabının qələbə çalmasından dərhal sonra Güney Azərbaycanda, Bəlucistanda və kürdlərin yaşadığı bölgələrdə baş verən üsyanlarda fars dövlətçiliyinin hədsiz şiddət və repressiv tədbirlərlə yanaşı, söykəndiyi paniranizm və İslam ideologiyalarından məharətlə istifadə etdiyini görürük. 1981-88-ci illərdə siyasi müxalifətsiz bir mühit yaratmaq üçün rejimin reallaşdırdığı edamlarda ölkənin müharibə şəraitində olması faktorunu nə dərəcədə qabartmasının şahidi oluruq. Rejim öz içərisindən islahatçı qrupu, yaşıl hərəkatı çıxarır və bu yolla daxildə toplumun enerjisini boşaldır, xaricdə isə dünya ictimaiyyətinin diqqətini digər alternativlərinə yönəldir. Rejim bu islahatçılıq tamaşasından 20 ildən çoxdur ki, istifadə edir".

Siyasi şərhçi vurğulayıb ki, 100 gündən çoxdur davam edən hərəkat bir sıra nöqsanları olmasına baxmayaraq, keçmişdə buraxılan səhvlərdən nəticə çıxara bilib:

"Məsələn, bu hərəkat rejim tərəfindən ona təqdim edilən alternativlərə dərhal reaksiya verdi. Bu da hərəkatın ən güclü məqamlarından biridir. Bu proseslərdə səsləndirilən şüarlardan ən önəmlisi budur: "Vilayətə də, səltənətə də yox". Yəni fars dövlətçiliyinin iki müxtəlif rejiminə - İslam Cümhuriyyəti rejiminə də, səltənət rejiminə də (Pəhləvi rejimi) yox. İslam Cümhuriyyəti zaman-zaman islahatçılar alternativini önə sürərək öz içərisindən alternativlər təqdim edib və cəmiyyəti buna inandırıb. Biz həmin islahatçıların sonda proseslərə xəyanət edərək geri oturduğunun şahidi olmuşuq. Bir sıra xarici mərkəzlər isə yenidən səltənət rejimini və onun nümayəndəsini önə çəkərək İranda inqilabi proseslərin qarşısını almaq və bu prosesləri irticaya yönəltmək məqsədilə Pəhləvi rejimini önə çıxarmağa çalışdılar. Millət isə dərhal vilayətə də, səltənətə də yox dedi. Yəni bu hərəkat keçmişdəki hərəkatın səhvlərini təkrarlamaq niyyətində deyil.

Digər güclü nöqtə isə ondan ibarətdir ki, hərəkat bu rejimin islahatlarla düzələcəyi fikrinə qətiyyən inanmır. Sosial tələblərlə başlayan prosesin dərhal rejim dəyişikliyi tələbini ortaya qoyması heç də təsadüfi deyil. Çünki bu rejimin düzələ biləcəyinə inanmır və onun getməsini əsas şərt olaraq qoyur. Digər tərəfdən, rejimin bu proseslərdə limitsiz repressiv gücə əl atmasının mümkün olmaması çağdaş hərəkatın ən şanslı tərəflərindən biridir. Çünki rejimdaxili parçalanma həddindən artıq güclüdür və onlar rejimin etirazçılara qarşı hədsiz şiddətini qınayırlar. Artıq cəmiyyət içərisində rejimin söykəndiyi ideologiyaların heç birinin qarşılığı mövcud deyil. Yəni rejim hədsiz repressiyanı əsaslandıra bilmir. Dünyanın diqqəti İran rejiminin üzərindədir. 1988-ci ildəki rejimin davranışları ilə bugünkü davranışları müqayisə edərkən açıq şəkildə görürük ki, limitsiz güc tətbiqi məsələsində beynəlxalq ictimaiyyətin təzyiqləri güclüdür".

Qəbirdə keçirəcəyimiz ilk gecə üçün lazım olan əməllər like
  • 01 Yan 14:20  
Digərləri Qəbirdə keçirəcəyimiz ilk gecə üçün lazım olan əməllər

Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlar yuxudadırlar, o zaman ki, ö

arrow Ətraflı
Soğansarımsaq qarışığı  soyuqdəymə və qripp sizi qorxutmasın! like
  • 01 Yan 14:15  
Digərləri Soğansarımsaq qarışığı soyuqdəymə və qripp sizi qorxutmasın!

Çoxsaylı elmi araşdırmalar sübut edib ki, soğan və sarımsaq həqiqətən

arrow Ətraflı
Xorvatiya Şengen vizasına qoşulub like
  • 01 Yan 14:13  
Dünya Xorvatiya Şengen vizasına qoşulub

Xorvatiya yanvarın 1-dən Şengen Viza Sazişinin üzvü olub.

arrow Ətraflı
Yəcuc və Məcuc qövmü Quran və hədislərdə like
  • 01 Yan 14:10  
Digərləri Yəcuc və Məcuc qövmü Quran və hədislərdə

Qiyamət mövzusu önəmli və vacib mövzulardan olduğundan Qurani-Kərimdə b

arrow Ətraflı
Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin like
  • 01 Yan 14:05  
Digərləri Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil

arrow Ətraflı
Siqaret çəkən insanla bir evdə yaşayırsınızsa... like
  • 01 Yan 14:01  
Digərləri Siqaret çəkən insanla bir evdə yaşayırsınızsa...

Con Hopkins Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə q�

arrow Ətraflı
Çavuşoğlu bir sıra görüşlər keçirib like
  • 01 Yan 13:51  
Dünya Çavuşoğlu bir sıra görüşlər keçirib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliya, Qvatemala və

arrow Ətraflı
Bakıda ağır qəza like
  • 01 Yan 13:47  
Digərləri Bakıda ağır qəza

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

arrow Ətraflı
Orta məktəbdə oxuyan qıza görə qanlı dava: "Şərəfsiz, gündə biriylə..." like
  • 01 Yan 13:40  
Kriminal Orta məktəbdə oxuyan qıza görə qanlı dava: "Şərəfsiz, gündə biriylə..."

Tərtər rayonunda 2004-cü il təvəllüdlü Cəlil mübahisə zamanı Əzizi (

arrow Ətraflı
Kim Çen In taktiki nüvə silahlarının kütləvi istehsalına çağırıb like
  • 01 Yan 13:31  
Dünya Kim Çen In taktiki nüvə silahlarının kütləvi istehsalına çağırıb

Şimali Koreya lideri Kim Çen In taktiki nüvə silahının kütləvi istehsal�

arrow Ətraflı
6 gündə 3 kiloqram arıqlamaq istəyirsinizsə, oxuyun like
  • 01 Yan 13:20  
Digərləri 6 gündə 3 kiloqram arıqlamaq istəyirsinizsə, oxuyun

Çəki gündəlik həyatla yanaşı sağlamlığı da ciddi təhlükə altına s

arrow Ətraflı
Rusiya Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib, like
  • 01 Yan 13:11  
Dünya Rusiya Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib,

Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 "

arrow Ətraflı
16 yaşında ərə getdi, 27 il tənha yaşadı, oğlunun ölümünə dözə bilmədi like
  • 01 Yan 13:00  
Kriminal 16 yaşında ərə getdi, 27 il tənha yaşadı, oğlunun ölümünə dözə bilmədi

Son.az Kulis.az-a istinadən əməkdar artist Zöhrə Abdullayeva haqqında mara

arrow Ətraflı
İranın hərbi elitası kütləvi etirazlara görə parçalanıb like
  • 01 Yan 12:51  
Dünya İranın hərbi elitası kütləvi etirazlara görə parçalanıb

İranın hərbi elitası ölkədə bir neçə aydır davam edən etirazların ya

arrow Ətraflı
Uşaqlara necə telefonlar alınmalıdır? like
  • 01 Yan 12:40  
Digərləri Uşaqlara necə telefonlar alınmalıdır?

Müasir zamanda insanları telefonsuz təsəvvür etmək olmur. Hətta artıq u�

arrow Ətraflı