Rəisin sirriPutin ona niyə
Siyasət 01 Yan 2023 14:28:00 339 0
Şaymiyev üçün prezidentlik onun siyasi irsinin simvollarından biri idi, Minnixanov üçün isə...
Bu xəbəri də oxu: Ermənistanla bağlı 1919cu il planı gerçəkləşir
Dekabrın sonunda Tatarıstan Dövlət Şurası respublika prezidenti vəzifəsinə yeni ad - "Tatarıstan Respublikasının başçısı - Rəis" təklif ediblər. Bu hadisənin əhəmiyyətini anlamaq üçün respublikada prezident üsul-idarəsinin yaranması tarixi və siyasi kontekstini xatırlamaq lazımdır.
1991-ci ildə Boris Yeltsin Kazanda səfərdə olarkən tatarlara belə demişdi: "Uda bildiyiniz qədər suverenliyi götürün". O vaxta qədər, digər milli bölgələr kimi, Tatarıstanda hələ Rusiya Federasiyasından müstəqil kvazi-dövlətlərin formal əlamətləri yox idi. Lakin tezliklə onlar meydana çıxdı: öz qanunverici orqanları, xarici dövlətlərlə müstəqil münasibətlər qurmaq hüququ və s. Təbii ki, hər bir belə suveren quruma öz prezidenti rəhbərlik edirdi. 1991-ci ilin avqust çevrilişi günlərində Mintimer Şaymiyev əhalini sakitləşdirdi: Rusiyanın öz prezidenti var, Tatarıstanın öz prezidenti...
Son.az musavat.com-a istinadən bildirir ki, 2000-ci illərin əvvəllərində Rusiya Federasiyasının Konstitusiyasında hələ də " suveren dövlətlər" kimi qeyd olunan milli regionlar tədricən mərkəzə tam inteqrasiya olundular, amma onlar hələ də prezident olaraq qalırdılar.
2010-cu ilin avqustunda Çeçenistan prezidenti Ramzan Kadırov Rusiyada yalnız bir nəfərin prezident adlandırılmaq hüququ olduğunu deyərək, regional rəhbərlərin statusunun dəyişdirilməsini təklif etdi. Həmin ilin dekabrında Dövlət Duması və Federasiya Şurası tələsik müvafiq qanunu qəbul etdi. Regionlara qanunvericilikdə dəyişiklik etmək üçün 2015-ci ilin yanvarınadək "keçid dövrü" verildi. Respublikanın keçmiş prezidenti Mintimer Şaymiyev Vladimir Putini respublika üçün istisna etməyə inandırmağa çalışdılar. Görüşlərtin birində isə Putinə Tatarıstan prezidentinin adının dəyişdirilməsinə münasibəti soruşuldu. Putin cavab verdi ki, bu, respublika əhalisinin işidir, özü qərar verməlidir. Putinin açıqlaması Tatarıstan üçün "keçid dövrünü" daha 7 il uzatdı.
Kazan vəziyyətdən çıxmaq üçün başqa variantları da nəzərdən keçirdi. Hətta 2014-cü ildə yeni seçilmiş respublika parlamentinin buraxılması da ciddi şəkildə müzakirə edilirdi. Çünki formal olaraq qanunları yalnız regional deputatlar dəyişə bilərdi: parlament yoxdursa, qanun da yoxdur. Yenisi seçilənə qədər, işə başlayana qədər, mübahisə edənə qədər vaxt keçəcək.
Bəzilərinə bu prezident adı israrı qəribə görünə bilər. Doğrudanmı, vəzifənin adı Kazan üçün qədər önəmlidir? Tatarıstan rəhbərliyi federal Mərkəzə və şəxsən Putinə həmişə sadiq olub. Sabiq prezident Mintamir Şaymiyev üçün prezidentlik onun siyasi irsinin simvollarından biri idi. O, özünü tatar xalqının tarixində tatarların dövlətçiliyini çox daralmış formada da olsa, dirçəltmiş ilk şəxsiyyət kimi görürdü.
Amma hazırkı rəhbər Rüstəm Minnixanov üçün vəziyyət başqadır. Bundan əlavə, 2014-cü ildə Minnixanovun Rusiya elitası daxilində mövqeyi kəskin şəkildə gücləndi. O, fevral-mart aylarının dramatik günlərində Krıma təxminən beş dəfə gəldi - Krım tatar icmasını "Rusiyanı qəbul etməyə" inandırmağa çalışdı. Bu missiyasına görə Aleksandr Nevski ordeni də aldı. O vaxtdan bəri Putin dəfələrlə onu Rusiyanın regional liderləri arasından açıq şəkildə fərqləndirib. Məsələn, o, Minnixanova Rüstəm adı ilə müraciət edir. Minnixanov indi bəzi regional liderlərdən fərqli olaraq Qərb sanksiyalarından kənardadır. O, "Rusiya-İslam Dünyası" qrupuna rəhbərlik edir. Çox güman ki, sanksiyalar Minnixanova o səbəbdən şamil edilmir ki, o, diplomatik kommunikasiya kanalı rolunu oynayır. İndi Minnixanovun statusu hakimiyyət daxilində o qədər möhkəmdir ki, vəzifəsinin adı artıq xüsusi rol oynamır. Bununla belə, Minnixanov dəfələrlə ictimaiyyətə xatırladıb ki, Rusiya Federasiyasının Konstitusiyası regional hakimiyyət orqanlarını müstəqil formalaşdırmaq və adlandırmaq hüququnu birbaşa müəyyən edir.
Qanunla icazə verilən müddət demək olar ki, başa çatdıqda, Tatarıstan orijinal addım atmaq qərarına gəldi: Minnixanov 2020-ci ildə yenidən prezident seçildi, ona görə də o, 2025-ci ildə səlahiyyət müddətinin sonuna qədər belə qalacaq. Regionun yeni rəhbəri isə rəis adlanacaq. 1920-ci ildə Tatarıstan Xalq Komissarları Sovetinin ilk sədri Səid-Qəliyev rəsmi olaraq Tatar Respublikasının sədri (rəisi) adlanırdı.
Ermənistan rəhbərliyi 2022-ci ili də sülh boşboğazlığı ilə başa vurd
Bu il yanvarın 1-dən fərdi hesabında pensiya kapitalı olanlara 25 il staj h
Kardioloq Anastasiya Yusupova Yeni il yeyib içməyindən sonra çox insanlarda
İranda etiraz aksiyaları 100 gündən çoxdur ki, davam edir. Repressiv hökum
Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlar yuxudadırlar, o zaman ki, ö
Çoxsaylı elmi araşdırmalar sübut edib ki, soğan və sarımsaq həqiqətən
Qiyamət mövzusu önəmli və vacib mövzulardan olduğundan Qurani-Kərimdə b
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil
Con Hopkins Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə q�
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliya, Qvatemala və
Tərtər rayonunda 2004-cü il təvəllüdlü Cəlil mübahisə zamanı Əzizi (
Şimali Koreya lideri Kim Çen In taktiki nüvə silahının kütləvi istehsal�
Çəki gündəlik həyatla yanaşı sağlamlığı da ciddi təhlükə altına s