Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Digərləri 31 Dek 2022 17:36:00 343 0
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu xəbəri də oxu: Türkiyədə zəlzələ oldu
Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, bayram tədbirlərində yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyətin iştirakı ilə şəxsi heyətlə görüşlər, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib, onlara bayram sovqatları çatdırılıb.
Tədbirlərdə həmrəylik gününün yaranma tarixi, əhəmiyyəti, respublikamızın inkişafının möhkəm təməlini qoyan Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasını Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən, eləcə də bütün sahələrdə tərəqqinin təmin edilməsindən söz açıblar.
Bayramlarla əlaqədar şəxsi heyət şəhid məzarlarını ziyarət edib, şəhid və yaralıların ailələrinə baş çəkilib, onların övladlarına sovqatlar və hədiyyələr təqdim olunub.
Almaniyada yeni maye qaz terminalları açılacaq. Bununla da Almaniya və Avrop
Tonal krem xanımlar arasında ən lazımlı və populyar məhsullardan bi
2022-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərind
Dekabrın 30-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın
Rusiya Prezidenti Vladimir Putin Avropanın ortasında imperialist müharibə ap
Ermənilər Rusiya Müdafiə Nazirliyinə məxsus mikroavtobusun İrəvanda yol
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ö
Sabahdan miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli m
"Roskosmos"un keçmiş rəhbəri Dmitri Roqozin öz Teleqram kanalınd
Ağır iş günündən sonra gecə normal yuxuya gedə bilməyənlər bu effekti