İcma: “Doyçe Velle” Azərbaycan xalqından üzr istəməlidir


Siyasət 31 Mar 2025 20:33:00 64 0

İcma: “Doyçe Velle” Azərbaycan xalqından üzr istəməlidir

Biz, Qərbi Azərbaycan İcması olaraq, Almaniya Federativ Respublikasına məxsus, "Alman Dalğası" ("Doyçe Velle")ictimai yayımçı qurumu tərəfindən 30 mart 2025-ci ildə efirə verilmiş "Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi" adlı verilişi qətiyyətlə pisləyirik. Bu veriliş jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurur.

Son.az Qərbi Azərbaycan İcmasına istinadən xəbər verir ki, ilk növbədə, veriliş Azərbaycan xalqının əzablarını tamamilə göz ardı edərək, tarixi faktları təhrif edir. Keçmiş münaqişə ilə bağlı tarixçəsi tam şəkildə radikal erməni millətçilərinin narrativinə uyğun verilib.

Verilişdə Ermənistandan azərbaycanlıların tamamilə etnik təmizləməyə məruz qalması, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, oradan 800 mindən çox azərbaycanlını öz yurd-yuvalarından didərgin salması, 1000-ə yaxın Azərbaycan şəhər və kəndinin viran qoyması, ölkəmizin ərazilərinin böyük bir hissəsini minalarla çirkləndirməsi və 150 milyard ABŞ dollarından çox ziyan vurması faktları gözardı edilir. Keçmiş münaqişə zamanı 20 mindən artıq azərbaycanlının qətlə yetirilməsi, 4000 nəfərin hələ də itkin düşməsi və Ermənistanın öz ərazisindən zorla çıxardığı yüz minlərlə azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan verməməsi kimi mühüm məqamlar da görməzdən gəlinir. Bu, jurnalistikanın obyektivlik və həqiqət prinsipinin açıq-aşkar pozulmasıdır.

Verilişin tonu dini təəssübkeşliyə söykənir və azərbaycanlılara qarşı qərəzli bir yanaşma sərgiləyir. Xüsusilə ikrah doğuran hal odur ki, azərbaycanlı qaçqınların görüntüləri ermənilər kimi təqdim olunaraq izləyicilər aldadılır. Bu cür manipulyasiya yalnız dezinformasiyanı yaymaqla kifayətlənmir, həm də ermənilər və azərbaycanlılar arasında sülhə əngəl törətməyə xidmət edir. Hesab edirik ki, bəzi Avropa kütləvi informasiya vasitələrində davamlı şəkildə yol verilən bu hallar Azərbaycan xalqının heysiyyatına toxunmaq üçün qəsdən edilir. Xatırladaq ki, bundan əvvəl fransız-alman "Arte" ictimai yayımçısı da eynişəkildə azərbaycanlı qaçqınların görüntülərini ermənilər kimi təqdim etmişdi.

Biz Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, "Doyçe Velle"-nin bu verilişi təkcə jurnalistika etikasını ayaqlar altına almır, həm də regionda sülh və barışıq səylərini zədələyərək, sülhə mane olmaq məqsədi daşıyır. Beynəlxalq miqyasda fəaliyyət göstərən media qurumunun ondan gözlənilən obyektivlik və məsuliyyət əvəzinə, bu cür birtərəfli və təhrif edilmiş yanaşma sərgiləməsi qəbuledilməzdir. "Doyçe Velle"nifrət və irqi ayrı-seçkilik xarakterli bu verilişi özünün ictimai resurslarından yığışdırmalı və Azərbaycan xalqından üzr istəməlidir. Son.az

Netanyahunun sözçüsü və müşaviri həbs olundu like
  • 31 Mar 20:30  
Dünya Netanyahunun sözçüsü və müşaviri həbs olundu

İsrailin baş naziri Binyamin Netanyahunun sözçüsü Eliezer Feldstein və m�

arrow Ətraflı
“Lütfən, öləndə məni dəfn etməsinlər”  İllər öncəki vəsiyyəti like
  • 31 Mar 20:27  
Şou-biznes “Lütfən, öləndə məni dəfn etməsinlər” İllər öncəki vəsiyyəti

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasında konsert verən tür

arrow Ətraflı
Bakıda minlərlə taksi sürücüsü tətil elan edəcək like
  • 31 Mar 20:15  
Digərləri Bakıda minlərlə taksi sürücüsü tətil elan edəcək

"Aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taks

arrow Ətraflı
Bakıda mağazanın tualetində meyit tapıldı like
  • 31 Mar 19:45  
Digərləri Bakıda mağazanın tualetində meyit tapıldı

Bakıda mağazanın tualetində meyit tapılıb.

arrow Ətraflı
"Dedi ki, yoldaşın nə çəkir səndən?" like
  • 31 Mar 19:32  
Şou-biznes "Dedi ki, yoldaşın nə çəkir səndən?"

Əməkdar artist Dilarə Əliyeva müğənni İzzət Bağırovla İzmir səfəri

arrow Ətraflı
Tramp Zelenskiyə xəbərdarlıq etdi like
  • 31 Mar 19:20  
Dünya Tramp Zelenskiyə xəbərdarlıq etdi

"Volodimir Zelenski ABŞ və Ukrayna arasında nadir torpaq mineralları il

arrow Ətraflı
Maqnit kimi pulu cəlb edir!  1 ədəd qoymaq kifayətdir like
  • 31 Mar 19:11  
Digərləri Maqnit kimi pulu cəlb edir! 1 ədəd qoymaq kifayətdir

Bolluq və bərəkət cəlb etmək üçün ənənəvi metodlar

arrow Ətraflı
İtaliyada "Tesla"nın mağazasında yanğın  17 avtomobil külə döndü like
  • 31 Mar 19:00  
Dünya İtaliyada "Tesla"nın mağazasında yanğın 17 avtomobil külə döndü

İtaliyanın paytaxtı Romada "Tesla" dilerində (satış nöqtəsind�

arrow Ətraflı
”O sözləri Nəzakət Teymurovaya deməmişəm” like
  • 31 Mar 18:54  
Şou-biznes ”O sözləri Nəzakət Teymurovaya deməmişəm”

Əməkdar artist Nüşabə Ələsgərli "Leyli və Məcnun"u cavanlar

arrow Ətraflı
Keçmiş "Meta" menecerindən şok iddialar: Cinsi qısnama, yalan və diqqətsiz idarəetmə like
  • 31 Mar 18:48  
Dünya Keçmiş "Meta" menecerindən şok iddialar: Cinsi qısnama, yalan və diqqətsiz idarəetmə

Dünyanın aparıcı sosial media şirkətinin qurucusu Mark Zukerberq ictimaiyy

arrow Ətraflı
Almaniya səfiri Azərbaycan XİNə çağırıldı like
  • 31 Mar 18:44  
Siyasət Almaniya səfiri Azərbaycan XİNə çağırıldı

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyə

arrow Ətraflı
Mövqelərimiz yenə atəşə tutuldu like
  • 31 Mar 18:38  
Siyasət Mövqelərimiz yenə atəşə tutuldu

Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qa

arrow Ətraflı