Bakıda minlərlə taksi sürücüsü tətil elan edəcək


Digərləri 31 Mar 2025 20:15:00 94 0

Bakıda minlərlə taksi sürücüsü tətil elan edəcək

"Aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taksi sürücüsü tətil elan edəcək".

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib. 

Onun sözlərinə görə, tələbləri yerinə yetirilməsə, etiraz tətillərini davam etdirəcəklər. Tələblərə gəlincə, E.Eldarov deyib ki, sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər:

"Sürücülər minimum 2 manat 50 qəpiyə 3 kilometr yol qət edirlər, lakin onlar minimal qiymətə maksimum neçə kilometr yola qət edə bilərlər - bununla bağlı hədd müəyyənləşməyib. Buna görə də bəzən sərnişinlər 10 kilometr yolu da 3 manata gedə bilirlər. Digər tələbimiz şəhərin mərkəzində taksi dayanacaqlarının sayının artırılmasıdır. Məsələn, Neftçilər, Azərbaycan prospektlərində, Yusif Səfərov, Rəşid Behbudov və s. kimi küçələrdə taksi dayanacağı yoxdur.

Biz bu məsələyə sərnişin tərəfdən də baxırıq. Yaşlı, xəstə bir adam taksiyə minmək istəsə və mobil tətbiq vasitəsilə olduğu yerə taksi sifariş etsə, sürücü məkana çatıb onu götürə bilmir, cərimə yazılır. Məsələn, sərnişin Dövlət Kukla Teatrının qarşısında dayanıbsa, taksi sürücüsü onu necə götürsün? Orada heç qırıq xətt də yoxdur ki, daxil olub sərnişini götürə bilək. Buna görə tələb edirik ki, fərqlənmə nişanı olan taksi sürücülərinə avtobus zolağına daxil olub 2-3 dəqiqə ərzində sərnişin götürməyə və düşürməyə icazə verilsin. İnsanlar taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün əziyyət çəkib, yeddiillik sertifikat alıblar, amma onlara fəaliyyət imkanı yaradılmır. Taksi sürücüləri avtobus zolağında sərnişin mindirib-düşürdükdə 100 manat, avtobus zolağının yanında sərnişin mindirib-düşürdükdə isə 80 manat məbləğində cərimə olunurlar. Bu isə onlar üçün maddi zərərə gətirib çıxarır".

Mövcud problem və həll yolları barədə nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, taksi sürücüləri uzun zamandır, bu problemlərlə bağlı danışır, kömək gözləyirlər:

"70 minə yaxın taksi sürücüsü ixtisar olunaraq 30 minə endirilib. Bu ixtisarlar "təmizləmə" baxımından təqdir olunandır, lakin bunun paralelində bu gün taksi sürücülərinin üzərinə ciddi tələblər qoyulub. Məsələn, sözügedən problemlər onların fəaliyyətinə mane olur. Taksi dayanacaqlarının sayı azdır. Bu halda taksi sürücüləri əlacsız halda avtobus zolağına daxil olsalar, 3 bal, 100 manat, zolağın yanında saxladıqda isə 2 bal, 80 manat cərimə olunurlar".

E.Muradlının fikrincə, taksi sürücüləri ictimai nəqliyyatın bir növünü idarə edənlər kimi qəbul olunmalıdırlar: "Vaxtilə Bakı Nəqliyyat Agentliyi (BNA) bildirirdi ki, taksi ictimai nəqliyyatın komfortlu növüdür, amma bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bunu qəbul etmir. İndi başqa bir qurum yaradılsa, o da taksi fəaliyyətini başqa cür dəyərləndirə bilər, lakin bu, doğru yanaşma deyil. Məsələ qanunla tənzimlənməlidir. Taksini biz ictimai nəqliyyatın bir növü kimi görürük, yoxsa yox? Bu suala konkret cavab tapmalıyıq".

Ekspertin sözlərinə görə, dünya təcrübəsində taksilərin avtobus zolağına daxil olmasına və hətta hərəkət etməsinə icazə verilir. "Yol o qədər geniş deyil ki, hər nəqliyyat növü üçün bir zolaq çəkəsən. Taksi sürücülərini dinləmək və həll yolları tapmaq lazımdır. İkinci cərgədə sərnişin mindirib-düşürmək böyük təhlükədir. Faktiki olaraq, taksi sürücüləri özlərini bu təhlükəyə atan insanlardır. Onlar həm cərimə olunurlar, həm də öz həyatlarını və sərnişini təhlükəyə atırlar", - deyə o qeyd edib.

Bakıda mağazanın tualetində meyit tapıldı like
  • 31 Mar 19:45  
Digərləri Bakıda mağazanın tualetində meyit tapıldı

Bakıda mağazanın tualetində meyit tapılıb.

arrow Ətraflı
"Dedi ki, yoldaşın nə çəkir səndən?" like
  • 31 Mar 19:32  
Şou-biznes "Dedi ki, yoldaşın nə çəkir səndən?"

Əməkdar artist Dilarə Əliyeva müğənni İzzət Bağırovla İzmir səfəri

arrow Ətraflı
Tramp Zelenskiyə xəbərdarlıq etdi like
  • 31 Mar 19:20  
Dünya Tramp Zelenskiyə xəbərdarlıq etdi

"Volodimir Zelenski ABŞ və Ukrayna arasında nadir torpaq mineralları il

arrow Ətraflı
Maqnit kimi pulu cəlb edir!  1 ədəd qoymaq kifayətdir like
  • 31 Mar 19:11  
Digərləri Maqnit kimi pulu cəlb edir! 1 ədəd qoymaq kifayətdir

Bolluq və bərəkət cəlb etmək üçün ənənəvi metodlar

arrow Ətraflı
İtaliyada "Tesla"nın mağazasında yanğın  17 avtomobil külə döndü like
  • 31 Mar 19:00  
Dünya İtaliyada "Tesla"nın mağazasında yanğın 17 avtomobil külə döndü

İtaliyanın paytaxtı Romada "Tesla" dilerində (satış nöqtəsind�

arrow Ətraflı
”O sözləri Nəzakət Teymurovaya deməmişəm” like
  • 31 Mar 18:54  
Şou-biznes ”O sözləri Nəzakət Teymurovaya deməmişəm”

Əməkdar artist Nüşabə Ələsgərli "Leyli və Məcnun"u cavanlar

arrow Ətraflı
Keçmiş "Meta" menecerindən şok iddialar: Cinsi qısnama, yalan və diqqətsiz idarəetmə like
  • 31 Mar 18:48  
Dünya Keçmiş "Meta" menecerindən şok iddialar: Cinsi qısnama, yalan və diqqətsiz idarəetmə

Dünyanın aparıcı sosial media şirkətinin qurucusu Mark Zukerberq ictimaiyy

arrow Ətraflı
Almaniya səfiri Azərbaycan XİNə çağırıldı like
  • 31 Mar 18:44  
Siyasət Almaniya səfiri Azərbaycan XİNə çağırıldı

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyə

arrow Ətraflı
Mövqelərimiz yenə atəşə tutuldu like
  • 31 Mar 18:38  
Siyasət Mövqelərimiz yenə atəşə tutuldu

Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qa

arrow Ətraflı
Yazın ortalarında böyük uğur qazanacaq DÖRD BÜRC like
  • 31 Mar 18:30  
Digərləri Yazın ortalarında böyük uğur qazanacaq DÖRD BÜRC

Yazın ortası bəzi bürclər üçün yenilənmə və firavanlıq dövrü olaca

arrow Ətraflı
Mərakeş kralı yüzlərlə məhbusu əfv edib like
  • 31 Mar 18:27  
Dünya Mərakeş kralı yüzlərlə məhbusu əfv edib

Mərakeş kralı yüzlərlə məhbusu əfv edib.

arrow Ətraflı
Azərbaycanda 56 yaşlı kişini ildırım vurub öldürdü like
  • 31 Mar 18:23  
Digərləri Azərbaycanda 56 yaşlı kişini ildırım vurub öldürdü

Şəmkir sakini ildırım vurması nəticəsində ölüb.

arrow Ətraflı