Almaniya səfiri Azərbaycan XİNə çağırıldı
Siyasət 31 Mar 2025 18:44:00 56 0
Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Son.az-a XİN-dən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "bayrağını" paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.
Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb.
Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının Azərbaycana qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu qeyd edilib.
Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda "Dağlıq-Qarabağ" adlı inzibati ərazi vahidi olmadığı xatırlanıb. Ərazilərimizə istinad edərkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadə etməkdən çəkinməyin zəruri olduğu bildirilib.
Müasir texnologiya və süni intellekt dövründə "OpenAI" şirkəti

Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qa

Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyidlər kənd İnziba

Yazın ortası bəzi bürclər üçün yenilənmə və firavanlıq dövrü olaca

Şəmkir sakini ildırım vurması nəticəsində ölüb.

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb.

Kanal S-in efirində aparıcı Nigar Fərhadın "Mən oğluma atası olmaya

Azərbaycanda atların sayında azalma müşahidə edilib.

Milli Hidrometeorologiya Xidmətinin martın 31-i saat 17:00-a olan məlumatına

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Tanınmış qiraətçi Xəzər Süleymanlı meyxana ilə bağlı qalmaqallı fik

Fransa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu qəfil ürək dayanması ri

Qazaxıstan və Sloveniya nəqliyyat və logistika sektorunda kommunikasiyaları
