“Şairlərin cırıb atdıqları meyxanaçıların ən yaxşı misrasından üstündür”
Şou-biznes 31 Mar 2025 17:49:00 76 0
Tanınmış qiraətçi Xəzər Süleymanlı meyxana ilə bağlı qalmaqallı fikirlər səsləndirib.
Bu xəbəri də oxu: Verilişi də BAĞLANDI
Son.az olay.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Pərvizə görə"də danışıb. O, jurnalist Pərviz Hüseynin "Rep, yoxsa meyxana" sualına bu cavabı verib:
"Rep. Səbəb çox sadədir. Ola bilər ki, repin sözündə bayağılıq olsun. Onsuz da rep dinləyən insanlar bunu gözə alırlar. Lakin elə reperlər var ki, onlar həm də musiqinin də səviyyəsinə üstünlük verirlər. Məsələn, dostumuz Orxan Zeynallı tək sözünün yox, aranjimanın keyfiyyəti var. Konsertləri möhtəşəmdir. Bu insan tək repə yox, Azərbaycan mədəniyyətinə xidmət edir. Mən Orxanı sevə-sevə dinləyirəm. Amma meyxanaçılardan Namiq Qaraçuxurlunu çıxmaq şərtilə... Çünki o, tam başqa səviyyədir, onun sənətini ifaçılığa aid edirəm.
Bu gün həm musiqini, həm də sözü yaxşı səviyyədə təqdim edən kim var? Ancaq özbək, iran, hind ritminin üzərində qurulur. Bunlar bizim mədəniyyət deyil, bizi bayağı istiqamətə çox aparır. Məsələn, Xpertin gördüyü işləri danmaq olmaz. Onun da meyxanaçı Pünhan Azimlə işbirliyi var idi, Rəşad ifaçı kimi oxumuşdu. Keyfiyyətli işlər var, baxanda tək-tük olur, amma indi meyxananın vəziyyəti acınacaqlıdır. 2000-lərin əvvəlində meyxana özü idi. Bu gün avam uşağı elmi konfransa çıxarıb, deyə bilməzsən ki, fizikadan yeni nailiyyətləri onunla bölüşün. Adama deyərlər ki, axı nə söyləsəm, başa düşməyəcək. Meyxananı da eləcə elmi konfransa çıxarmağa çalışdılar. Ortalıqda qaldı. Meyxana küçədə yaxşı idi, küçəni loru dildə deyirəm. Demirəm ki, gedib tində davam etsinlər. Amma meyxana "palatka" toylarında ənənəvi formada gözəl idi. Sonradan lazımsız müdafiə başladı ki, biz 13 saniyəyə şairlərin yaza bilmədiklərini deyirik. Hansı ki, şairlərin cırıb atdıqları belə indi ən güclü meyxana deyənin ən yaxşı misrasından üstündür.
Bu barədə mənimlə heç kim mübahisə edə bilməz. Çünki mən meyxananın dərinliklərini bilirəm. Meyxanaçılar da bilirlər ki, mən meyxananı hansı səviyyədə bilirəm. Keçmişimdə meyxana sənəti ilə yaxın əlaqəm olub. Söz elə bir şeydir ki, nənəmiz də durduq yerə, maraqlı ifadə işlədə bilər. İstənilən insan elə bir söz deyər ki, baxarsan ki, bu hardan gəldi. Söz İlahi ilə işləyir. Allah dünyanı yaradanda birinci sözü yaradıb. Söz də bizə keçən birinci məsələdir. İstənilən insanda var. Elə meyxanaçılar var ki... Məsələn, Ağakərim. Onun dediyi elə meyxanalar var ki, poeziyadır".
Fransa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu qəfil ürək dayanması ri

Qazaxıstan və Sloveniya nəqliyyat və logistika sektorunda kommunikasiyaları

Saqqız, tərkibindəki bəzi hissəciklərə görə sağlamlıq riski yarada bi

2025-ci ilin mart ayının 31-dən aprelin 6-dək bürcləri maraqlı sürprizl�

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini v�

Zaqatala rayonu Muxax kəndi ərazisində 21 yaşlı Əhməd Matiyev və 50 yaş

Amerikalılar Ukraynadakı "faydasız" münaqişəni maliyyələşdirm

Böyükşor-Pirşağı yolunda "Land Rover" markalı avtomobil yanıb.

Rusiyada 2025-ci ilin aprelin 1-dən rus dilini bilməyən miqrant övladların�

"Bəzən həyat bizə seçim haqqı verir. Mən atasız böyümüşəm, amm

Pedaqoq və təlimçi anlayışları bir-birindən fərqlənir. Məktəblərdə

Müğənni Elariz Məmmədoğlu mərhum Xalq artisti Həsən Məmmədovla bağl�

Sabahdan Azərbaycanda 12 günlük bayram tətili başa çatır.

İsrailin Baş naziri Benyamin Netanyahu Hərbi Dəniz Qüvvələrinin keçmiş
