Bakının bu qəsəbəsi ilanların hücumuna məruz qaldı


Digərləri 16 May 2025 18:39:00 57 0

Bakının bu qəsəbəsi ilanların hücumuna məruz qaldı

Bir neçə gün əvvəl, Bakı şəhəri Xətai rayonu Gəncə prospektində avtomobillərin mühərrik hissəsinə ilan girdiyi barədə məlumat yayılmışdı.

Son.az xəbər verir ki, bu dəfə Əhmədlidə oxşar hadisə qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, həyət evlərindən birinə uzunluğu 1 metrdək olan ağ rəngli ilan girib.

Bildirilir ki, o, avtomobilin altında gizlənib. Hətta ev sahibi fərqli qurumlarla əlaqə saxlasa da, heç biri məsuliyyəti öhdəsinə götürməyib.

Mütəxəssislərin sözlərinə görə, sözügedən problem şəhərdə əhalinin sıxlığından qaynaqlanır. İddia edilir ki, müxtəlif yerlərdə aparılan tikinti işləri ilanların öz yuvalarından çıxaraq, necə deyərlər, miqrasiya etməsinə səbəb olur.