Azərbaycanda yeni şəlalə
Digərləri 16 May 2025 23:20:00 70 0
Mayın 5-də və 6-da Şəkinin Şin kəndindən təxminən 7-8 km (hava xətti ilə) şimal-şərqdə yerləşən və əsas sel ocaqlarından biri olan Bırkaş (Salavat aşırımı ilə Böyük Qoruq dağları arasındakı ərazi) qolu və eyniadlı dərədə ekoloji monitorinq işləri aparılıb.
Bu haberi de oku: Azərbaycanda ticarət mərkəzində FACİƏ
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin (REM) Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev məlumat verib.
O qeyd edib ki, monitorinq işləri şöbənin əməkdaşı Elvin Qarayev tərəfindən aparılıb.
"Çay yatağındakı gətirmə konusların həcmi, suyun səviyyəsi və digər ölçmələr zamanı suyun səviyyəsinin yüksəldiyi və gətirmə konuslarının həcminin artdığı müəyyənləşdirilib.
Əməkdaşımız Böyük Qoruq dağının şimal yamacında baş verən səthi eroziya ilə bağlı tədqiqatlar apararkən sözügedən ərazidə (Şin kəndindən hava xətti ilə 7.3 km) heç bir elmi mənbədə qeyd olunmayan, dəniz səviyyəsindən 1 290 metr hündürlükdə yerləşən və koordinatları 41°23′24″ N, 47°10′51″ E olan yeni şəlalə qeydə aldığı barədə məlumat verib.