Dəm qazı yenə can aldı
Digərləri 16 May 2025 20:54:00 62 0
Sumqayıt şəhərində dəm qazı zəhərlənməsi nəticəsində ölüm hadisəsi baş verib.
Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
1977-ci il təvəllüdlü Nəsirova Həqiqət İmran qızı yaşadığı evin hamam otağında ölü tapılıb. İlkin ehtimala görə, qadın dəm qazından zəhərlənib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırma aparılır. Son.az
Kaynak: milli.az