Biləsuvar sakinini ildırım vurdu


Digərləri 16 May 2025 21:54:00 53 0

Biləsuvar sakinini ildırım vurdu

Biləsuvarda əkin sahəsində olan şəxsi ildırım vurub.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, rayonun Xırmandalı kəndi ərazisində  44 yaşlı Ramin Bəşirov həmkəndliləri ilə birgə örüşdən mal-qaranı evə ötürən zaman yağışa düşüblər. Bu zaman ildırım onu vurub. 

Bundan əlavə, ildırım kənddə Nazim Adıgözəlovun evinə düşərək zərər yetirib.

İldırım vurması nəticəsində xəsarət alan Ramin Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda həkim nəzarətindədir.

Daha ətraflı videomaterialı təqdim edirik. Son.az