İmamoğlunun həbs müddəti uzadıldı
Digərləri 17 May 2025 00:26:00 73 0
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlunun da daxil olduğu ümumilikdə 31 şübhəli barəsində aparılan "maliyyə cinayətləri" ilə bağlı istintaqda mühüm irəliləyiş yaşanıb.
Bu haberi de oku: Enerji içkilərindəki böyük təhlükə Diqqətli olun
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Sülh Cinayət Hakimliyi, şübhəlilərlə bağlı aylıq həbs vəziyyətinə dair yoxlamasını tamamlayaraq həbsin davam etməsinə qərar verib.
Xatırladaq ki, 2025-ci il 23 mart tarixində "tenderə müdaxilə", "mənimsəmə" və "ictimai vəsaitlərin qanunsuz istifadəsi" kimi ittihamlarla saxlanılan və sonradan həbs olunan Ekrem İmamoğlu, Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı.
Kaynak: milli.az