Özbəkistanda Türkiyə ilə bağlı elə şeylər tapıldı ki...
Digərləri 16 May 2025 22:28:00 63 0
Özbəkistanda Türk tarixi üçün mühüm əhəmiyyət kəsb edən bir kəşfə imza atılıb. Qərbi Göytürk dövrünə aid olduğu bildirilən və üzərində "Türk-Xaqan" ifadəsi yazılmış qədim metal sikkə tapılıb.
Bu haberi de oku: Bəzi ərzilərdən ət gətirə bilməyəcəksiniz Qadağan olundu
Son.az xəbər verir ki, Türk pulunu tapan Özbəkistan Elmlər Akademiyası Milli Arxeologiya Mərkəzinin mütəxəssisi Prof. Dr. Qayıbulla Babayarov bu sikkənin hansı Türk xaqanına aid ola biləcəyi, yazının necə oxunduğu və bu tapıntının Türk tarixi baxımından əhəmiyyəti barədə ətraflı məlumat verib.
Çat (indiki Daşkənd) bölgəsində aşkarlanmış bu sikkə, Sogd yazısı ilə yazılmış sikkələr arasında yer alır və "Türk-Xaqan" ifadəsi ilə xüsusi maraq doğurur.
Prof. Dr. Qayıbulla Babayarov bildirib ki, Daşkənd bölgəsindəki qədim şəhər qalıqlarından tapılmış bürünc sikkələr arasında 20-dən çoxu Qərbi Göytürk Kağanlığına aiddir.
Bu sikkələrdən:
3-ü "żpγw" - yəni "Yabğu",