İstanbuldakı sülh toplantısından diqqət çəkən KADR
Digərləri 16 May 2025 17:15:00 86 0
Ukrayna-Rusiya müharibəsinə son qoymaq məqsədilə İstanbulda keçirilən yüksək səviyyəli görüşlər dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Bu haberi de oku: Tanınmış iş adamı həbs olundu FOTO
Son.az xəbər verir ki, bu çərçivədə Dolmabahçədə yerləşən Prezident Ofisində Türkiyə, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edib.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, ABŞ nümayəndə heyətinə ölkənin xarici işlər naziri Marko Rubio, ABŞ-ın Ankaradakı səfiri Tom Barak və Prezident Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq daxil olub.
Ukraynanı isə Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sibiha və müdafiə naziri Rustem Umerov təmsil edib.
Toplantı öncəsi xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Marko Rubio arasında Dolmabahçe sarayının bağçasında baş tutan qısa söhbət kameralara tuş gəlib.
Görüntülərdə Fidanın arxayın şəkildə qollarını sinəsində birləşdirərək Rubioya diqqətlə izahat verdiyi, Rubionun isə onu maraqla dinlədiyi anlar sosial mediada geniş marağa səbəb olub.
Fidan Son.az