Bu həkimlər 9000 manat cərimələnəcək
Digərləri 16 May 2025 13:28:00 76 0
Milli Məclis sağlamlıq sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə cərimələrin artırılmasını nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.
Bu haberi de oku: Azərbaycanda yüksək vəzifəli şəxs həbsxanada öldü
Yeni qaydalara əsasən, tibb işçilərinin vicdansız və ya laqeyd davranışı nəticəsində sağlamlığa yüngül zərər vurulduqda fiziki şəxslər 500-800 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 7000-9000 manat arası cərimə olunacaq.
Qanun layihəsi vətəndaşların sağlamlıq hüquqlarının daha yaxşı qorunmasını təmin etmək məqsədi daşıyır.
Kaynak: milli.az