Bakıda iki marşrutun yolu dəyişdirilir


Digərləri 16 May 2025 19:13:00 163 0

Bakıda iki marşrutun yolu dəyişdirilir

Sabahdan Bakıda 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti dəyişdirilir.

Bu barədə Son.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Belə ki, sabahdan "Pirşağı-Xırdalan-Novxanı-M4" avtomobil yolu layihəsi ilə əlaqədar, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.