“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi


Digərləri 11 Haz 2025 10:35:00 94 0

“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi

Qırmızı Ürəklər Fondu Qurban bayramı münasibətilə ölkənin 34 şəhər və rayonunu əhatə edən genişmiqyaslı "Qurban Payı" aksiyasını uğurla yekunlaşdırıb. Aksiya çərçivəsində aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan 376 ailəyə qurban payı təqdim edilib.

"Qurban payı" aksiyası Qırmızı Ürəklər Fonduna edilən ianələr hesabına həyata keçirilib. Birbank mobil tətbiqindən və redhearts.az veb-saytı üzərindən aparılan ianə toplama kampaniyası nəticəsində 1049 ianəçinin dəstəyi ilə 8975 AZN ianə toplanılıb.

Aksiyanın həyata keçirilməsində Kapital Bank-ın 52 könüllüsü fəal iştirak edib. Bayram payları könüllülər vasitəsilə yardıma ehtiyacı olan ailələrə çatdırılıb. Fond ənənəvi olaraq təşkil olunan bu aksiya ilə bayram günlərində yardıma ehtiyacı olan ailələrin sevincinə şərik olmağı, eyni zamanda cəmiyyətin hər bir fərdinə sosial məsuliyyət və həmrəylik hissini aşılamağı hədəfləyir.

Ətraflı məlumat üçün: https://rb.gy/5ked6i 


Habere ait fotoğraflar