Bu iPhone modellərindən istifadə edənlərə pis xəbər


Digərləri 11 Haz 2025 10:30:00 93 0

Bu iPhone modellərindən istifadə edənlərə pis xəbər

iOS 26 yeniləməsini alacaq iPhone modelləri açıqlandı

iOS 26 yeniləməsini alacaq iPhone modelləri açıqlanıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, "Apple" 2025-ci ilin payızında yayımlanacaq iOS 26 yeniləməsi ilə bəzi iPhone modellərinə dəstəyi dayandıracağını açıqlayıb.

"WWDC 2025" tədbirində verilən məlumata görə, iPhone XR, iPhone XS və iPhone XS Max modelləri bu yeniləmədən kənarda qalacaq. Apple bu modellərə iOS 26 göndərməyəcək.

iOS 26 yeniləməsini alacaq iPhone modelləri bunlardır:

iPhone SE (2-ci nəsil və sonrası), iPhone 11 / 11 Pro / 11 Pro Max, iPhone 12 / 12 mini / 12 Pro / 12 Pro Max, iPhone 13 / 13 mini / 13 Pro / 13 Pro Max, iPhone 14 / 14 Plus / 14 Pro / 14 Pro Max, iPhone 15 / 15 Plus / 15 Pro / 15 Pro Max, iPhone 16e / 16 / 16 Plus / 16 Pro / 16 Pro Max.

iOS 26-nın əsas yenilikləri arasında ən diqqətçəkən xüsusiyyətlərdən biri "Liquid Glass" adlı yeni vizual dizayndır. Bu dizayn sayəsində tətbiq ikonları, qaranlıq rejim və şəffaflıq elementləri ilə birlikdə daha müasir görünür. Bundan əlavə, "Phone" (Telefon) tətbiqi tamamilə yenilənib - artıq əlaqə siyahısı, zəng tarixçəsi və səsli mesajlara tək ekrandan baxmaq mümkün olacaq.

Yeni təqdim edilən "Hold Assist" funksiyası isə müştəri xidmətlərinə bağlanmaq üçün gözləyərkən istifadəçini məlumatlandıraraq vaxt itkisini azaldır.

Telefon zəngləri və mesajlaşmalar zamanı real vaxtda dil tərcüməsi edən "Canlı Tərcümə" funksiyası, iOS 26-nın əsas yeniliklərindən biridir. Bundan başqa, "Mesajlar" tətbiqinə əlavə edilən sorğu (anket) funksiyası da qrup söhbətlərində qərar verməyi asanlaşdırır. Bu funksiya daha öncə WhatsApp-da mövcud idi.

iOS 26 yeniləməsinin sentyabr ayında tanıdılması gözlənilən iPhone 17 ilə birlikdə təqdim ediləcəyi bildirilir. Keçən il iOS 18 sentyabrın 16-da istifadəyə verilmişdi və bu il də oxşar tarixdə yayımlanacağı təxmin edilir.

İsmayıl Son.az