Sabah yağış yağacaq,
Digərləri 15 May 2025 12:29:00 71 0
Bakıda və Abşeron yarımadasında mayın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu haberi de oku: Mayın son günləri 5 BÜRCƏ "dərman" olacaq Şans qayıdır
Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 15-dən 16-na keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Kaynak: milli.az