Suriyaya qarşı bütün sanksiyaları ləğv elədi


Dünya 14 May 2025 15:48:00 69 0

Suriyaya qarşı bütün sanksiyaları ləğv elədi

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən onlayn görüş zamanı mühüm açıqlama verib.

Son.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya prezidentinin də qatıldığı görüşdə Tramp Suriyaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğv olunacağını bəyan edib.

"İndicə türkiyəli dostumla danışdım. Düşünürəm ki, o, Suriyaya böyük şans verəcək. Suriyaya qarşı bütün sanksiyaları qaldıracağıq. Bu, həqiqətən də yaxşı olacaq. Sanksiyaları ləğv etmək qərarım böyük alqışlarla qarşılandı", - deyə Tramp çıxışı zamanı bildirib.

Tramp əlavə edib ki, bu qərar Suriyanın yenidən qurulması və beynəlxalq aləmə inteqrasiyası üçün ciddi fürsət olacaq.