Qarabağa fərdi avtomobillərlə getmək istəyənlərin NƏZƏRİNƏ


Digərləri 14 May 2025 12:14:31 71 0

Qarabağa fərdi avtomobillərlə getmək istəyənlərin NƏZƏRİNƏ

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

Son.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə məlumat yayıb.

2025-ci ilin mayın 20-dən etibarən vətəndaşlar "Yolumuz Qarabağa" portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər. Qeyd edək ki, öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.

"Yolumuz Qarabağa" portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq.